Əgər Putin iddia etdiyi kimi öz dünyasını quracaqsa, buna başlamağa cəhd edəcəksə, o zaman ənənəvi üsulla – Polşanın bölüşdürülməsi ilə başlamalıdır.ABŞ prezidenti Bayden gələcəyi naməlum Ukraynadan sonra müharibəni koordinasiya etdiyi Polşadadir. Putinin imperiyanı – SSRİ-ni bərpa etmək üçün bu gün etdiyi tarixi çıxışına məşhur nitqi ilə cavab verdi:Bayden indi də Varşavadan Putinə meydan oxudu.ABŞ prezidentinin Varşava çıxışından:
◾ Bu – İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsidir. Rusiyanın addımları ABŞ, Avropa və NATO üçün bir sınaq oldu. Biz Ukraynaya kömək etməkdən yorulmayacağıq.
◾ Putin Avropanın NATO-dan çıxacağını düşünürdü, lakin əvəzində İsveç və Finlandiyanı NATO-ya qəbul etdik.
◾ Birləşmiş Ştatlar və Qərb dünyası rus mədəniyyətinə və tarixinə hörmətlə yanaşır. Biz heç vaxt rus xalqı ilə mübarizə aparmamışıq və aparmayacağıq.
◾ Əgər Rusiya ən azı bir NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək.
◾ ABŞ Ukraynaya kömək etmək üçün dünyanın 50-dən çox ölkəsi ilə koalisiya yaradıb.
◾ Əgər Rusiya dayansa, bu müharibənin sonu deməkdir. Əgər Ukrayna dayansa, bu Ukraynanın sonu deməkdir.
◾ Biz qaranlığın deyil, işığın, köləliyin deyil, azadlığın tərəfindəyik.
Maraqlıdır ki, hər iki gücün istinad nöqtəsi, başlanğıcı və ya sülhün adresi, ya da dünya müharibəsinin ünvanı yenə də ənənəvi məkan – Polşadir.Qlobal gücün biri Varşavadadir. Pilsudskinin məzarına gül düzür, panlari ayağa qaldırır. Gücün digəri isə Stalinqraddan, Qırmızı Meydandan meydanını oxuyur – müdafiədə müharibə aparmaq mümkün deyil. Rusiya mütləq Polşaya daxil olmağa məcburdur.Polşa tarixi boyu bir neçə dəfə bölünüb və ya ərazisi bölünüb. Ən mühüm bölmə hadisələri bunlardır:18-ci əsrin əvvəlində Polşa-Litva Birliyi üç müxtəlif dövlət tərəfindən paylaşıldı. 1772, 1793 və 1795-ci illərdə Rusiya, Prussiya və Avstriya arasında bağlanan üç ayrı bölünmə müqaviləsi ilə Polşa-Litva dövləti üçə bölünərək tarixdən silindi. Bu dövrdə Polşa 123 ərzində işğalda qaldı.Birinci Dünya Müharibəsi illərində Polşa ərazisi Almaniya İmperiyası və Avstriya-Macarıstan İmperiyası tərəfindən işğal edildi. Müharibənin sonunda Polşa yenidən müstəqil dövlət oldu və ərazisi xeyli genişləndi.II. İkinci Dünya Müharibəsi illərində Polşa faşist Almaniyası tərəfindən işğal edildi və onun ərazisi də Sovet İttifaqına məxsus idi. Müharibənin sonunda Polşanın sərhədləri qərbə keçdi və ölkə Sovet blokunun bir hissəsi oldu.Bu gün Polşa öz tarixi sərhədlərinə yaxın müstəqil dövlət kimi mövcud olmaqda davam edir.Amma müasir siyasət yenə Polşa səmalarında qara buludları gəzdirir.
Əziz Əlibəyli