Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağının ucaldılmasına dair məlumat yayıb. Öncə onu deyək, bu məlumatın informasiya müharibəsinin elementi olması istisna deyil. Hətta mümkündür ki, yayılan foto həqiqəti əks etdirməsin. Hər halda müasir dövrdə analoji hallara rast gəlinməkdədir.
İkinci bir tərəfdən, nəzərə almaq lazımdır ki, Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski dəfələrlə deyiblər ki, məqsəd 1991-ci il sərhədlərini bərpa etmək, Krımı azad etməkdir. Rəsmi Kiyev müharibənin başa çatmasının yeganə yolunu bundan görür. Bu isə, əlbəttə, Qərb dövlətlərinin Ukraynaya verdikləri dəstəklə bağlıdır.


Müxtəlif proqnozlara görə, müharibə bu il başa çata bilər. Ukrayna rəsmiləri də bu barədə fikirlər səsləndiriblər. Onların fikrincə, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq.

Üçüncü bir tərəfdən, qarşıdakı həftələrdə Qərb ölkələrinin Ukraynaya ağır və müasir tanklar verəcəyi gözlənilir. Polşa “Leopard- 2” tanklarının ilk partiyasını artıq Ukraynaya təhvil verib. Həmçinin uzaqmənzilli raketlərin də Ukraynaya tədarükü ilə bağlı müzakirələr gedir. Yaxın gələcəkdə bu raketlərin də Ukraynaya təhvil verilməsi mümkündür.
Hər üç məqam onu deməyə əsas verir ki, yaxın vaxtlarda Krımda döyüşlərin başlanması mümkündür. Qarşıdakı günlərdə bu konteksdə növbəti məlumatlar yayıla bilər.
Amma Krımın yaxın vaxtda işğaldan azad olunacağı ağlabatan görünmür. Əksinə, məhz Krım döyüşləri ilə müharibənin növbəti, daha şiddətli mərhələsi başlayacaq.
Nəzərə almaq lazımdır ki, Qərb müharibənin mümkün qədər uzanmasında maraqlıdır. İkincisi isə Rusiya 10 ilə yaxın müddət ərzində Krımda möhkəmlənib, güclü istehkamlar qurub. Deməli, yarımada uğrunda döyüşlər başlayarsa, Ukrayna ciddi itkilər verməli olacaq.
Kənan Novruzov