Soyuq müharibənin təhlükəli divarları arasında sıxışıb qalan üçüncü dünya ölkələri, başqa sözlə, bitərəflər özləri üçün fərqli platforma axtarmağa məcbur oldular. Hərbi meydandan kənarda qızışan hibrid savaşlar, ulduz müharibələri, kəşfiyyat qarşıdurmaları və başgicəlləndirici atom yarışı, silahlanma, paralelində partyalış yaşayan təbii artım dünya üçün qaranlıq gələcəklə yanaşı, işıq axtarmağa, qurtuluş ideyalarını əməkdaşlıq və iqtisadi inkişafla süsləməyə çalışaraq nə NATO-nun, nə də VMT-nin silahlarının kölgəsində olmayan dünyanın inşasına qərar verdilər. Yuqoslav Tito, Nehri və o dövrlərdə Süveyş kanalı savaşında qərbin azman dövlətlərini məğlubiyyətə uğradan BAAS ideloqu, Misir lideri Nasır – dünyanın üç ən nüfuzlu siyasi siması Bandunqda Bloklara Qoşulmama ideyasını masaya daşımağı bacarmışdılar. Sonrakı 60-70 il ərzində dəfələrlə ideya tənəzzülə uğramiş kimi görünsə də, Ukrayna savaşından sonra bir daha gün üzünə çıxdı – dünyanı qlobal toqquşmalardan xilasın yolu əməkdaşlıqda və silahsız Yer kürəsindədir.
2010-cu ildən etibarən, neft diplomatiyasına paralel xarici siyasətdə aktiv – atak münasibətlərinə keçən Azərbaycan regional və qlobal təhdidlərə qarşı həsass durumda olan milli təhlükəsizliyi təmin etmək üçün multikulturalizm, dinlərin dialoqunu siyasətdə mərkəzə daşımaqla qalmadı,dünyadakı bütün ölkələrin suverenliyini, ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyən, lakin özü selektiv yanaşmaya məruz qalan Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə dəstək vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatına daxil oldu.
Qəribədir ki, sözügedən illərdən sonra sanki dünyada da yeni bölünmə, sürətli toqquşma və ya yeni dünya düzənini inşası prosesi başlamaqla yanaşı, sülhün vəziyyəti kifayət qədər təhlükə altında düşdü ki, heç vaxt olmadığı qədər bəşəriyyət müharibə, daha dağıdıcı toqquşmaların məkanına çevrilmək üzrədir.
Belə bir qlobal kataklizmlərə hamilə dünyanın ikinci güc mərkəzinin – BMT-dən sonra ən böyük qlobal qurum olan BQ-nın sıralarında artıq 120 ölkə birləşir və nəhayət, üçüncü dönəmdir ki, təşkilatın sədrliyi Azərbaycanda qalmaqdadır.
Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə işə başlayan Təmas Qrupunun Zirvə görüşünə rəhbərlik edən prezident Əliyevin mesajları bu baxımdan mühüm kodlarla yadda qaldı.
• Yeni dünya nizamı
• Yeni müstəmləkəçilik
• Dekolonizasiya
• Fransaya Qəmər və Mayot adaları
• Dünyadakı proseslərdə idarəçilik
Şübhəsiz ki, sözügedən sərlövhələrə dair kifayət qədər araşdırmalar aparmaq mümkündür. Amma yalnız bir suala cavab verək:
Fransa – Azərbaycan problemlərinin səbəbi nədir?
Fransa nə etdi – ATƏT-dəki mövqeyini sarsıtdı və ötən il Fransa Senatı noyabrın 15-də Ermənistanın xeyrinə kəskin qərəzli qətnamə qəbul edib. Bunun ardınca başqa bir qətnamə, bu dəfə parlamentin aşağı palatası eyni xətti qəbul etdi.
Fransa Senatı rəsmi erməni mövqeyindən kənara çıxaraq, Qarabağda ermənilər üçün müstəqil dövlət elan edilməsini təklif etdi.
Fransanın münasibəti beynəlxalq aləmdə bütün dövlətlərin, o cümlədən Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi hesab etməsi faktına tamamilə məhəl qoymur.
İndi Fransa parlamentinin hər iki palatasının kobud qərəzli münasibəti açıq-aydın göründüyünə görə, Əliyev hesab edir ki, Fransanı Qarabağ məsələsi ilə bağlı heç bir işə cəlb etməyin mənası yoxdur.
Şübhəsiz ki, yeni dünyanın inşasında vaxtilə Hindistanın, Misirin, Yuqoslaviyanın rolunu oynayan bir ölkə var – Azərbaycan, arxasında isə 120 dünya ölkəsinin olduğu qos-qoca təşkilat.
Önündə isə yeni müstəmləkəçi ölkələr – Bu, çox vaxt təbii sərvətlərin istismarı, borc və ədalətsiz ticarət müqavilələri, eləcə də yoxsul ölkələrin hökumətləri və institutları üzərində incə nəzarət və təsir formaları ilə əlaqələndirilən geniş ölçülü münasibətlər daxildir. Afrikanın ac ölkələri, Asiyanın kasıbları, Amerikanın yoxsullarını ilahi ədaləti Azərbaycandan ummaqdadırlar. Bunun yolu isə Əliyevin nüfuzlu dünya siyasətini yönləndirməsindən, təsirindən və gedişatı dəyişdirməsindən keçir.
O baxımdan Azərbaycan xəritədə o qədər böyükdür ki, 86, 6 min kv km-a sığmaz.
Əziz Əlibəyli