YENİ TOQQUŞMA PLANI.

Bu gün Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatının başladığı tarix kimi nota düşəcək.

Hazırda Fransada imzalanması gözlənilən Ermənistan -Fransa HƏRBİ müqaviləsi tam da sülh müqaviləsi imzalamağa yaxın olan İrəvan üçün süni nəfəs vermək və onu yüksəkkalibrli silahlarla təchiz edib, yeni savaş səbəbi yaratmaq, bir neçə nəticə doğuracaq:

1. Fransa və ABŞ düşünür ki, mövcud Ukrayna, Yaxın Şərq müharibələri kontekstinə üçüncü ilgəyi əlavə etməklə Rusiya və İran, eləcə də Türkiyə sərhəddi boyunca əlavə münaqişə zonası yaradacaq və sözügedən ölkələrin reaksiya qabiliyyətini sıfırlayacaq.

2. Paralel formada Azərbaycan və Türkiyə “Atatürk” adına, F16-ların da qatıldığı birgə hərbi təlimlə buna cavab verirlər.

3. Rusiya Ermənistana daxil olan fransız silahlarını ələ keçirib, İrəvanda istifadə edəcəyinə dair artıq ehtimallarLa siqnal verir.

4. Dərhal bölgədə XİN səviyyəsində 3+3-ün İran raundu başlandı.

5. İran Ermənistanın qərblə yaxınlığına isti baxmır və hazırda İRƏVANIN apardığı siyasi xəttə ciddi etirazı var.

6. Ermənistan mövcud xarici siyasətini qərb xəttinə – məsələn, məhz dünən Baydenin dediyi məntiqə görə aparamaqdadır: 🔵 “Düşünürəm ki, biz dünyanı indiyə qədər heç vaxt görülməmiş bir şəkildə birləşdirəcək qədər cəsarətli və inamlı olsaq, bunu etmək imkanımız var. Bizə yeni dünya düzəni lazımdır.”

7. Ermənistan özünü bizim olmadığımız qərbmərkəzli yeni dünya düzənində görür düşüncəsini yaradır.

8. Azərbaycan ərazi bütövlüyünün təminatından sonra iki detalı nəzərə almalıdır: 1. Qlobal şəraitin milli maraqlarımıza təsiri. 2. Regional münasibətlərdə dəyişən dinamikanın yaradacağı təhdidlər.

9. Zəngəzur dəhlizini göründüyü kimi bizim hərbi müdaxilə ilə açmaq versiyamızı prezident təkzib etdi, amma bunu Rusiya açacaq kimi görünür.

10. Dünyada Rusiya, Türkiyə, İran, Çin, Macarıstan yeni blokaşması bizim üçün nə vəd edir? sualı gündəmdədir və addımlarımız buna görə gələcəyimizi, Ermənistanın da taleyini müəyyən edəcək.