Erməni mənbələrinin iddiasına görə və dünyadakı tirajladiqlari qənaətə görə, Azərbaycan yeni müharibəyə başlamağı və İrəvana dağıdıcı hərbi zərbələr endirməyi planlaşdırıb. Azərbaycan mülki əhali arasında itkilərə səbəb olacaq uzaqmənzilli raketlərlə Ermənistanın paytaxtına hücum etməyə hazırdır. Bu, Prezident İlham Əliyevin çox konkret hesablamasıdır. Azərbaycan niyə İrəvanın özünə hücum etməyi və dinc əhali arasında itkilər verməyi planlaşdırır? Şübhəsiz ki, bu olduqca quru bir iftiradır və bütövlükdə dünyada hər kəs bilir ki, Azərbaycan iki leqal halda ordudan istifadə edib. Biri daxili əməliyyatlarda antiterror məqsədilə, digəri isə Ermənistan ilə sərhəddə yenə BMT nizamnaməsi ilə uyğun olan təhlükəsizlik məqsədilə keçirdiyi preventiv və ya cavab xarakterli adekvat addımlar olub.Digər arqument Əliyev – Putin paralellik aparılmasına cəhddir. Guya Əliyev də Ermənistana qarşı müharibədə Putinin taktikasını mənimsəyib. Əliyev görür ki, Vladimir Putin Ukraynanın dinc yaşayış məntəqələrini dağıtır, dinc insanları və uşaqları öldürür, amma cəzalandırılmır. Putinin cəzasız qalması Əliyevi cəsarətləndirir. Azərbaycan əmindir ki, Ermənistanın paytaxtına və digər yaşayış məntəqələrinə vurulan zərbələr beynəlxalq səviyyədə cəzalandırılmayacaq. Açığı, Rusiya – Azərbaycan oxşarlığı və Ukraynanın dünyadakı mağdur imici deyəsən Ermənistan üçün bir model olub və dərhal qərar veriblər ki, eyni yolu getsinlər, qərbin, dünyanın dəstəyini alıb, nifrət etdikləri iki mərkəzə qarşı təsirli dəstəyə malik olsunlar. Qəribə olsa da bu prosesdə baş rol Amma Akopyan məxsusdur. Neçə gündür Ukraynada Azərbaycan əleyhinə danışır və Zelenski də əllərini sıxır. Bu da necə deyərlər bizim Ukrayna.

Üçüncü arqument, Əliyev Qarabağ müharibəsi və sonrakı üç ildə nə üçün beynəlxalq təzyiqə məruz qalmayıb sualında gizlənir…Əvvəla, Əliyev suveren ərazində savaş aparıb ki, dünya dövlətlərinin ərazi bütövlüyünü əsas kimi qəbul edir. İkincisi, Ermənistan ilə hansı Sərhəd var ki, ərazinin də İrəvana aid olma faktı qəbul edilsin. Ən əsası da ölkələr arasında sülh müqaviləsi, tanıma yoxdur. Və güya Əliyev cəzasız qaldığı üçün#Rusiya prezidenti də bu günə kimi cəzasız qalıb və Putin Əliyevdən ilhamlanıb. Açığı Putin dünya dövlətinin rəhbəridir və onun qlobal savaşı bizim öz torpağımız uğrunda müharibə ilə eyni deyil. İkincisi, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvüdür. Hansı layihəyə veto qoysa, işləməyəcək. Azərbaycan isə hüquqa əsaslanmalıdır. Əks halda çox rahat formada beynəlxalq təzyiqə məruz qala bilər. Ayrıca, Azərbaycan nə mülki əhalini, nə də paytaxt şəhəri vurmayacaq. O başqa məsələdir ki, Ermənistan öz paytaxtını vura və Azərbaycana böhtan atar. Nəhayət, Gəncənin, Bərdənin, Tərtərin, hansı ki, cəbhə xəttinə aid olmayan şəhərlərdə gece evində yatan insanların bombalanması və öldürülməsi cinayəti Ermənistan dövlətinin aktivində qalmaqdadır.Ermənistanın hazırkı beynəlxalq böhtan atma siyasəti 2022-ci il sentyabr müharibəsindən sonra xüsusi müstəviyə keçdi. Iran, Hindistan, Fransa ilə blok yaratdılar.Azərbaycan Xankəndi məsələsini daxili məsələ, Ermənistan isə ən azı regional müstəvidə saxlamağa cəhd edir ki, bura digər aktyorlar daxil ola bilsin.

Ümumiyyətlə, Ermənistan Azərbaycanla bağlanacaq sülh müqaviləsində Qarabağda erməni varlığı və onun əlahiddə hüquqları məsələsini saxlamağa çalışır ki, burda da məqsəd gələcəkdə erməni kartından Azərbaycana qarşı istifadə etməkdir.Bəs Azərbaycana qarşı istifadə ediləcək olan raketlər İrəvandan fitili atəşlənsə, Azərbaycan İrəvandaki həmin leqal hədəfləri vurmayacaqmi?Əslində Ermənistan məhz buna çalışır ki, nəticədə Azərbaycanı mülki əhaliyə qarşı silah işlətməkdə, yəni müharibə cinayəti törətməkdə ittiham edə bilsin. Zatən prezident Əliyev Ermənistanın ordusuna imkan verməyəcəyini, harada olmasından asılı olmayaraq, Azərbaycan üçün təhlükə yaradan hərbi texnikanı məhv edəcəyini bəyan edib. Doğru olanı da budur.Azərbaycan ilə potensial müharibə Paşinyan üçün hakimiyyət dəyişikliyi deməkdir. Və ya Rusiyanın bu vəziyyətdən faydalanmaq ehtimalı yaranır. Ermənistanın iddiasına görə kütləvi ölümlərlə bağlı bu ssenarinin qarşısı yalnız bir halda alına bilər. ABŞ və Aİ Ermənistan və Dağlıq Qarabağa amansız hərbi hücumun qarşısını almaq və Azərbaycanı dinc danışıqlar prosesinə qaytarmaq üçün Azərbaycana təzyiqləri xeyli artırmalıdır. Maraqlıdır, hazırda Qarabağdakı separatçılar seçkilərə hazırlaşır. Ermənistandan isə cəbhə doğru artıq üç gündür ki, ağır texnikalar daşınır və müharibə ritorikası məhz Ermənistanla Xankəndi ermənilərin, ele de onların müttəfiqi İrana məxsusdur ki, onlar da canından bölgəyə ordu yığır.Indi əsas sual budur: Azərbaycan ona qarşı olacaq real hücumlar üçün hansı addım atmalıdır?Əlbəttə ki, hərbi addımlar leqallaşir. Və Ermənistan bu dəfə çox yaxşı hazırlaşdığı beynəlxalq qurumlardan da aşağı qiymət alacaq. Çünki Azərbaycan beynəlxalq hüquq çərçivəsində, BMT Nizamnaməsinin 51-ci bəndinə uyğun davranmağı məqsəd hesab edir.