Azərbaycan regionun təhlükəsizliyinə təhlükə yaradan səbəbləri tək-tək aradan qaldırır. Qarabağ ərazisində keçirilən əməliyyat gələcək qarşıdurmanın qarşısını almaq üçün keçirilən əməliyyatdır. Ərazi rus-erməni birliklərinin destruktiv fəaliyyəti nəticəsində yarana biləcək qarşıdurma hərəkətlərinin artırılmasından müfafiə olundu. Qeyri-qanuni silahlanma və silahlı ünsürlərin əraziyə keçməsi nəticəsində orda mövcud olan Azərbaycanın potensial vətəndaşları ola biləcək əhaliyə təhlükə yaradılmasının qarşısı alınıb.
Rus sülhməramlı kontingentinin fəaliyyəti qənaətbəxş olmadığı üçün Azərbaycan bu işi öz üzərinə götürüb və bundan sonra da belə davam edəcək. Məsələ ondadır ki, Rusiya tərəflərin heç birinin fəaliyyətinə qarışmır. Hər iki tərəfə də loyal yanaşır. Həm ermənilərin istəklərinə dəstək olur, məlum bir sıra fəaliyyətləri təmin edir, həm də Azərbaycanın keçirdiyi əməliyyatlara və atdığı addımlara neytral mövqedə qalır. Bununla Rusiya demək istəyir ki, mənim qərar qəbul etmək səlahiyyətim yoxdur, mən ancaq sizlərə dəstək oluram və çalışıram ki, açıq qarşıdurma olmasın. Yox, əgər, biriniz silah daşıyırsınızsa, biriniz də buna mane olursunuzsa, bu, sizlərin işidir, bunun mənə aidiyyəti yoxdur.
Azər Qasımov, politoloq