Təbrizdə Azərbaycan konsulluğu qarşısında Huseyniyyun terror təşkilatının keçirdiyi aksiya sıradan bir aksiya deyil. Nəzərə alaq ki, bu təşkilat SEPAH tabedir. Əsas məqsəd və məramı ölkəmizə qarşı xaricdə və daxildə terror və təxribatlar həyata keçirməkdir. İran molla rejimi bütün qırmızı xətləri keçib və onun üçün müqəddəs deyiləm bir nəsnə yoxdur. Məhz Təbrizdə Azərbaycan konsulluğunun qarşısında keçirilən aksiya birbaşa Tehran rejimi tərəfindən həyata keçirilir.

Qeyd edim ki, Tehranda səfirliyimizə qarşı silahlı terrordan əvvəl bu kimi etiraz aksiyaları təşkil edilirdi. Sonrakı prosesdə silahlı terror əmri verildi. Təbrizdə konsulluğumuza qarşı etiraz aksiyaları məhz eyni işin davamıdır. İran Azərbaycan üçün Ermənistandan da təhlükəli bir ölkə olub. Ele bil konsulluq İranda deyil, Ermənistandadır. Bu etiraz aksiyasını təşkil etməklə, İran rejimi Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır. Yenidən terror planı keçirməyi planlaşdırır. Ona görə də Təbrizdəki konsulluğun təhlükəsizliyi təmin edilmirsə, oradakı diplomatları ölkəyə gətirmək lazımdır. Türkiyə səfirliyi Azərbaycanı orada təmsil etsin.

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq