Şərqin idarəetmə fəlsəfəsində saray, ordu, hiylə, casusluqla yanaşı, qadın həmişə xüsusi rolda çıxış edib.
Ən qədim sivilizasiyalardan olan İranda qadın siyasi idarəetmənin vacib atributuna çevrildi.
İran qadınları deyəndə istər -istəməz Xilafətin son dövrlərində baş qaldıran fars millətçiliyinin kökü də burdan başlamaqda idi:
İmam Hüseyn, Fars hökmdarı Yezdəgirdin qızı ilə evlənib. Və 12 imam dediklərinin 9-u, yəni Hüseyindən sonra gələn bütün övladların hamısı fars qızındandır.
Maraqlıdır ki, Firdovsi Şahnamədə onlarla müsbət qadın obrazı yaratsa da “Sürəyya” adı ilə əsl fars qızının portretini də çizə bilib.
Sudabə Keykavusun arvadı və Hamaveran hökmdarının qızıdır.
“Şahnamə”də pis işlərinə görə qınanılır. Gözəlliyi ilə məşhurdur. O, Şahnamədəki qadınların ən hiyləgəridir.
Heç bir pislik yoxdur ki, onun şəhvətini sakitləşdirmək üçün etməsin. O, həyat yoldaşını aldadıb və ögey oğlu Siyavusa aşiq olur. Siyavuşdan sevgisinin qarşılığını almayanda onu zorlamaqda ittiham edir.
Siyavuş günahsız olduğunu sübut etmək üçün atəşin üstündən keçdi, lakin günahsız olduğu üçün atəş onu yandırmadı. Siyavuşun yanğından xilas olmasını həzm edə bilməyən Südabə başqa qadına məxsus iki ölü uşağı Kavusa göstərərək Siyavuşun ucbatından belə doğulduğunu deyir.
Siyavuş hiylələrindən qurtulmaq üçün döyüşə gedir Siyavuş Turanda öldürüləndə Rüstəm Südabəni ittiham edərək onu öldürur.
Açığı, bütün fars tarixi bu cür mənbələrlə doludur.
Şərqin parlaq saray həyatının gizli baş oyunçuları həmişə qadınlar idi ki….
Bunlardan biri Almaniyada bir fars qızına aşiq olan azərbaycanlı tələbə Fərid Səfərlinin başına gəlib.
Fərid sevdiyi qizin arxasınca İrana gedib və həbs edilib, onu casusluqda ittiham edirlər. Hətta tələbə yoldaşları prezidetn Əliyevə müraciət ediblər ki, azad edilməsinə yardım etsin.
Dövlət ayağa qalxdı, XİN İrana nota verdi.
Bunlar öz yerində, mən isə kiçik bir qənaətimi bölüşüm:
Fərid data analitik olmalı idi, təhsili onu vacib ixtisas sahibi edəcək.
Qız kimdir?
Təkcə sevgimi?
Bəlkə qiz İran agenti idi və Fəridi tora salıb, apardı..
Bəlkə niyə ki…
İran kəşfiyyati qadın üzərindən şəkillənərək Azərbaycana qarşı meydanı genişləndirir.
Ümumiyyətlə, Azərbaycan tarixi dövlətçiliyi fars və erməni qadınlarının ucbatından çox itkilər yaşayıb.
Ən son Xocalı qətliamını törədənlərin böyük əksəriyyətinin atası türk, anası erməni idi…