Qəflətən bu gün məlum olub ki, Çin Kubada – Amerikadan 150 kilometr aralıda dinləmə mərkəzi və hərbi baza quraşdırmaq üçün Havanaya milyardlarla dollar təklif edib.
İnformasiyanın dəqiq olub – olmaması önəmli olsa da, daha önəmlisi iki tərəfdən birinin aktiv zərbə mooduna keçəcəyi dəqiqdir.
1962-ci ildə baş verən Karib böhranında hadisələr iki nəfərdən birinin – Xurussov və Kennedinin düyməyə basmasına qədər inkişaf etmişdi ki, son anda ABŞ tərəfi nüvə silahından istifadədən çəkilmişdi.
Bəs indi nə baş verir?
Rusiyanın yerini tutan digər qlobal oyunçu Çin meydana çıxıb.
Doğrudur, Tayvanda mövcud olan ABŞ gücünün Sakit Okean doktrinasina qarşı Karib dənizi strategiyasıyla cavab verməyə çalışan Çindirsə, zəif qalacaq. Çin ondansa ildə ən azı 10 faiz böyüməklə ABŞ-a çatmağı hədəfləməlidir. Yox bu Abş-ın blefidirsə, Çini də Rusiyanın gözünə qatmağa böyük bir proses gedir deməkdi.