Elə bir dövlət düşünə bilərsinizmi ki, adı İran olsun və düşmənini, nifrət etdiyi güc məhz onun ağılsız siyasıətinin nəticəsində düz sərhədinə gəlib yerləşsin.

Aha, bunu etiraf etməyə də mədəniyyət lazımdır axı.

Vətən müharibəsindən dərhal sonra İran Ermənistanla birləşdi. Onun bu birlikdəliyi bölgədə digər güclərə qarşı çevrilməklə yanaşı, məsələn, bölgədə biz Zəngəzuru həll edib, sülh bağlasaydıq, Türkiyə, İranla birlikdə, Rusiya daxil güc olur və digər qlobal hədələrə qarşı vahid cəbhədə müqvimət yarada bilədik.

Lakin, İran formalaşacaq buzu sındırdı və bu boşluğa onun öz bə öz düşməni Qərb rahatca daxil oldu.

İndi Amerikayla Ermənistan təlimlər keçirir, İrəvan Kiyevə yardım daşıyır və Peskov (Elə -belə adam deyil ki…) əsəbiləşdiyini açıq formada dilə gətirir.

Gegogiyevskdə ruslara sığınıb, gürcü çarlığı ilə ovunan gürcülər belə bu səhvi daha etməzdi, bu gün Qaribaşvili Saakaşvilinin 2008-ci il Rusiyayla müharibəsindən çoxdan dərs çıxarmışa bənzəyir axı.

Amma Nikolcum çox fərqli hərifdir.

Onlara dövlət quran rusları regiondan silirlər, nəinki silmək, Gümrü müqaviləsini gözgörə cırər, ordakı 102-ci bazanı arxivə göndərmək üçün meydan oxumaqdadər.

İş o yerə çatıb ki, təlim hətta Rusiya ilə yanaşı, (biz daxil) Türkiyədə də narazılıq doğurub.

Bilən varmı, Şahed istehsal edən mollalar din qardaşlarına bu mövzuda hansı ayar verib?

Təlimlər həmişə əsl savaşların məşqidir, unifikasiyasıdır, konkret hədəflərə çatmaq üçün yoxlamadır və bir gün mütləq işə salınmaq üçündür.

Çox maraqlıdır:

Bir müddət əvvəl Suriya, sonra Liviya, Sonra Ukrayna…

Axı bu modellər və rollar dünyada ola -ola Paşinyan nə üçün Əliyevin regiona sülh gətirmək missiyasını geri çevirib, qlobal toqquşan güclər üçün balaca Ermənistanda meydan yaratdı..

İran. qırmızı xətlərin batsın, yolumuzu bağladın, amma Paşinyan son addımları ilə bizə yol açmağı bacardı.

Əsas sual: Bu təlimlər Ermənistana nəyin bahasıına gələcək?

Nikolun ölümünə, Zəngəzurumuza qovuşmağımıza, ya nəyə və kimə?

Bəlkə İranın öz səhvini etiraf etməsinə səbəb olacaq?

P.S.

8 sentyabr tarixində Ermənistan və Türkiyənin futbol milliləri görüşür. Erməni sosial mediasında həştəq başladıblar ki, türklərə qalib gəlin, qələbəmiz davamlı olsun.

Nə deyirik ki, onsuz da sentyabr ayıdır və 27-nə də bir şey qalmayıb.