12 iyul 2023-cü il tarixində Elon Maskın rəhbərliyi ilə xAI şirkəti yarandı. Şirkətin rəsmi saytında elan olunub ki, xAI şirkətinin məqsədi “Kainatın Əsl Mahiyyətini Anlamaq”-dır. Bu barədə şirkətin eyni adlı rəsmi saytı olan, https://x.ai/ adlı saytda elan edildi. Komandanın hər bir üzvü barədə məlumat verən saytın adı da xüsusi diqqət çəkdi. Şirkətə yeni texniki heyət və tədqiqatçıların da cəlb olunması üçün, müracətlər qəbul olunur və bunun üçün, saytın aşağı hissəsində müraciət linki yerləşdirilmişdir.
Geniş təcrübəyə malik ciddi və maraqlı komanda barədə detallı məlumatları isə Twitter üzərindən təqdim etməsi də maraqli gedişdir.
Ümumiyyətlə Elon Mask bu tipli gedişləri hər zaman edir. Misal üçün: Marsa göndərilən gəmi ilə öz Tesla markalı maşınını yola salmışdı. Biznesin müxtəllif qolları ilə məşğul olan Texno Milyarder onlar arasındakı əlaqələri də peşəkar formada quraraq, istinad etməyi unutmur. Elon Mask ümumiyyətlə Süni intellekt və Sosial Şəbəkə sahələrində ortaya qoyduğu rəqabətin nəticəsi maraqla izlənilən məsələlərdəndir. Hələlik Tesla və SpaceX şirkətləri ilə ciddi uğurlar qazanan milyarder digər daxil olduğu sahələrdə ciddi davamlı uğur qazanması müşahidə olunmur. Arzu olunan odur ki, yaradılan hər bir yenilik insanlığın xeyrinə, sülh içində, sağlam, eyni zamanda rahat yaşamasına xidmət etsin.

İnformasiya texnologiyaları üzrə Mühəndis-Ekspert, Tədqiqatçı: Bəhruz Əliyev