Ermənistanın məğlub durumunu neytrallaşdırmaq üçün yollar axtardığını özləri bildirirlər. Ermənistan və Qarabağ erməniləri elə oyun qurublar ki, bir-birilərinin arqumentlərini gücləndirsinlər. Məsələ ondadır ki, sahədə məğlub olduqlarını özləri də bilir və bunun dəyişdirilməsinin mümkünsüz olduğunu da bilirlər. Bununla yanaşı, Ermənistanın həm də Azərbaycana vurduğu ziyana görə təzminat ödəməsi məsələsi də var. İndi Ermənistan çalışır ki, heç olmasa təxribatdan, yəni reparasiyadan yaxasını qurtarsın. Bunun da asan yolu soyqırım iddiasıdır. Nəzəri olaraq soyqırım üçün təzminat tələbi beynəlxalq tələbdir.

Bu durumda indi Ermənistan və Qarabağ ermənilərinin oynadığı oyun soyqırım iddiaları üzərindən Azərbaycanın reparasiya tələblərini neytrallaşdırmaq istəyidir. Bina görə də ermənilərin humanitar oyunu süni şəkildə gərginliyin artması xətti ilə inkişaf edəcək. Bu baxımdan Azərbaycan humanitar kriz adı ilə oynanılan oyunu dərhal pozmalıdır. Ermənilər bunun üçün özlərindən bir neçəsini lazım gəlsə ölməsinə belə gedəcəklər. Azərbaycan bu “humanitar fəlakat” məsələsinin mahiyyətini dünya ictimaiyyətinə bəlli edib, bunu təşkil etmək istəyənləri həbs etmək adı altında dərhal ərazidə antiterror əməliyyatı keçirməlidir. Bunun üçün ciddi informasiya dəstəyi hazırlanmalıdır. Sonra gec olacaq.

Azər Qasımov, politoloq