Ermənistanın yeni fazaya daxil etdiyi Azərbaycanla bağlı yeni ziddiyyətlərin birbaşa və yan elementləri də xeyli maraq doğurur. Xüsusilə də Rusiya – Ermənistan platformasında yaşananlar çox manidar qəbildəndir.
Ermənistan-Rusiya diplomatik çəkişməsi davam edir. Yeni Dehlidə keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov #İrəvanın #Birləşmiş Ştatlarla birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüfləndiyini bildirib: “Biz aqressiv #NATO ölkəsinin müttəfiqimiz Ermənistanda (ABŞ nəzərdə tutulur) olmasında yaxşı heç nə görmürük. Zaqafqaziyaya nüfuz etməyə çalışır. Düşünmürəm ki, bu, heç kim üçün, o cümlədən #Ermənistanın özü üçün yaxşı deyil. Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik” #Lavrov bildirib. Açığı son 30 ildə, bəlkə də 1828-ci ildən bəridir ki, Rusiyanın Ermənistana dair belə sərt mövqeyi kimsə xatırlamır. Yəni ümumiyyətlə, tarixdə baş verməyib.
Sentyabrın 11-də Ermənistanda “Tərəfdaş Qartalı 2023” adlı #erməni-#amerikan birgə hərbi təlimləri başlayacaq və 10 gün davam edəcək. Təlimlər sülhməramlı missiyalar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edəcək.
Lavrovun sözlərinə görə, erməni-amerikan birgə hərbi təlimləri haqqında razılaşma “çox qəribə görünür, çünki Ermənistan iki ildir #KTMT hərbi təlimlərində iştirakdan imtina edir. Mən həqiqətən ümid edirəm ki, bizim aramızda mövcud olan bütün müttəfiqlik öhdəlikləri var və biz onları qiymətləndiririk. , hələ də qüvvəyə minəcək və Ermənistanın xarici siyasətində üstünlük təşkil edəcək”, – Rusiya XİN rəhbəri bildirib.
Rusiya artıq onun hərbi blokunun Ermənistanın mövqeyi nəticəsində çat verdiyini yaxşı anlayır. Ən pis ssenari isə İrəvandan sonra nümunə götürərək digər ölkələrin olma ehtimalıdır.
Gələk, Ermənistan ilə Rusiyanın ilk narazılıq səbəbinə…
Ermənistan iddia edir ki, ” #Azərbaycan 9 noyabr 2020-ci il tarixindən sonra ən azı 150 kvadrat kilometr ərazini işğal edərək Ermənistana onlarla hərbi hücumlar həyata keçirdi. Lakin Ermənistandakı rus qoşunları, #Gümrüdəki 102-ci hərbi baza və birləşmiş erməni-rus kontingenti təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib”.
Ümumiyyətlə, Ermənistanda ya beynəlxalq hüququ oxumurlar, ya oxuyub əməl etmək istəmirlər, ya da sadəcə yaşadıqları yalanı həyat tərzinə çevirib, nəinki indiki nəsli, gələcək nəsillərə də faciələri miras buraxmaq, 1915- çi il əfsanələri ilə (bu da bir növ erməni şiəliyi, erməni qaraciligi, erməni tarixi qaranlıği adlandırmaq düzgün olardı ki, farslarla eyni adət- ənənə daşımaları təəccüblü deyil) yenidən yüz illik inşa etmək xəstəliyi var. Və bu düşüncə təəssüf ki, hakimiyyətə gəlir, qərarvermə orqanına rəhbərlik edirsə, çıxış yolu yenidən baxış sərgiləməkdən keçir.
Və davamı:
İkinci arqument:
“Onlar Ermənistanın suveren ərazisinin qorunmasında Ermənistan silahlı qüvvələrinə dəstək vermədilər. Bu arada Ermənistan ABŞ, #Avropa İttifaqı, #İran, #Hindistan və #Fransadan diplomatik və siyasi dəstək alıb”.
Bu cümlənin təhlili əslində həqiqəti yox, planı, niyyəti göstərir.
Yəni konkret Rusiyasız gələcək hədəfindən söhbət getdiyini ortaya qoyur. Mövqe isə pərdələməkdən başqa bir işə yaramır.
Niyyət 2.
Ermənistanın KTmT-dən çıxmaq istəyir deyə Azərbaycanla bağlı ziddiyyətli manipulyasiya edir.
Ermənistanın KTMT-dən çıxmaq çağırışlarını şərh edən Lavrov qeyd edib: “Bir çox siyasətçilər var ki, #Rusiya haqqında kifayət qədər təkəbbürlü bəyanatlar verirlər. Biz bunu görürük, bu, dünən başlamadı”.
Bəhanə 1.
Yenə iddia edilir ki, Lavrov Ermənistanla bağlı ritorikasının həcmini azaltsa yaxşı olardı; “Rusiyanın Ermənistana qarşı xəyanətkar siyasəti dünən də başlamadı. Ermənistan həm 2021-ci il 12 may, həm də 13 sentyabr 2022-ci il hücumları zamanı Rusiya və KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT və Rusiya Azərbaycanın təcavüzünü qiymətləndirməkdən və dəstək verməkdən imtina ediblər”.
Axı bu Rusiyanın Azərbaycana müdaxiləsi üçün hüquqi səbəb ola bilməz. Çünki Rusiya başa bir suveren dövlətin açıq formada cəzalandırılması üçün addım atarkən nəzərə almalı olduğu reallıqlar var, üstəgəl, bu ölkə Moskva müqaviləsi ilə münasibət quruduğu müttəfiqi Azərbaycan olarsa z üstəgəl, mövcud münaqişənin əsasını qoyub, inşa edən ölkədirsə, tarixi sənədləri də arxivdən çıxara bilrsə…
Məsələn, Azərbaycan üçün Putinə Ukrayna etdiyini Ermənistana etsə necə, məsələn, desə ki, Ukraynanı Lenin Rusiya torpaqları hesabına yaradıb, eynən SSRİ Ermənistani Azərbaycan torpaqlarınds inşa edib.
Necə ssenaridir?
Bəhanə 2.
2022-ci ilin sonunda #BMT #Təhlükəsizlik Şurasında Azərbaycan – Ermənistan münasibətlərinin müzakirəsi zamanı Rusiya #Bakının tezislərini müdafiə edərək Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmadığını və Azərbaycanın addımlarının leqal olduğunu təsdiq etdi.
Sergey Lavrov həmçinin bildirib: “Ermənistan Milli Assambleyasının prezidentinin Rusiyanın Dağlıq Qarabağı Azərbaycana “təslim etməsi” ilə bağlı bəyanatı həqiqətə uyğun deyil.”
Bəhanə 3.
2020-ci il noyabrın 9-dan sonra #Rusiya Sülhməramlılarının gözü qabağında Azərbaycan Tağlar, Çaylaqaya, Farux kəndlərini, Ağdərə və Qaraqlux yüksəkliklərini, Xankəndi – Görüs yoluna bitişik yüksəkliklərdə nəzarəti bərpa edib.
Maraqlıdır ki, Rusiyanın düşmən obrazının yaradılmasında onların əl buyruqcusu Araik də rol alıb. Belə ki, o çıxışında Rusiyanın təzyiqi ilə Laçın dəhlizinin köhnə marşrutunun dəyişdirildiyini, “Sus, Ağavno və Berdzor qəsəbələrinin Rusiyanın təzyiqi altında Azərbaycana təhvil verildiyini iddia etmişdi.
Bəhanə 4.
Azərbaycan haqlı olaraq 2022-ci il dekabrın 12-də ekoloji aksiya ilə Azərbaycan Laçın dəhlizini bağladı, daha sonra nəzarət-buraxılış məntəqəsi qurdu. #Rusiya sülhməramlıları Azərbaycanın dəhlizi açması üçün heç bir tədbir görmədi ki, bu ermənilər üçün ruslarla bağlı səbr kasasını lap daşırib.
Üstəgəl, separatçılar inciyiblər ki niyə , #ruslar #azərbaycanlılara Həkəri çayı üzərindəki körpünün üzərinə Azərbaycan bayrağı sancmaqda kömək ediblər. Xüsusi əməliyyatda Rusiya komandiri Lentsov şəxsən iştirak edib.
Və maraqlı bir iddia daha…
Rusiya sülhməramlıları blokadada olan Dağlıq Qarabağa humanitar yüklərin daşınması üçün yerli ermənilərdən rüşvət tələb ediblər, nəticədə güya məhsulların qiyməti qalxıb.
Daha bir iddia: ,”Bu gün Rusiya sülhməramlıları vertolyotlarla Qarabağa yalnız özləri üçün ərzaq aparır, yerli ermənilərə vermirlər”.
Axı Azərbaycanın iki yük maşını, Indi də Rusiyanın yük maşını Ağdamda gözləyir ki, Xankəndiyə keçsin və rusları yazdığım mövzularda ittiham edən erməni separatçıları hansı məntiqlə yolu kəsiblər.
İttiham: Nəhayət, Lavrov Qarabağın Azərbaycana inteqrasiyasını təklif edir. Lavrovun planına görə, Qarabağın heç bir statusu olmayacaq, Ermənistanın və yerli idarə strukturları, Müdafiə Ordusu buraxılmalıdır. Üstəlik, Lavrovun ikinci planına görə, Azərbaycanın hərbi cinayətkar hesab etdiyi erməniləri həbs etmək hüququ olacaq.
Ortada bir problem var: yazmaq istədim, amma ortada bir yox iki problem var: Ermənistan Rusiyaya müharibə elan edir. Heç bir leqal əsası olmadan onu basqısınin torpağını işğal etdiyi üçün və çıxmağa səslədiyi üçün lənətləyir.
Açığı, Rusiyanın bugünki zəif performansı da anlaşılan deyil. Ukraynaya görədirsə, Ermənistanda Nikol üçün varfolomey gecesi yaşadacaq minlərlə muzdlu tapmaq olar.
Amma hələ də başa düşə bilmədiyim bu da var:
Nəyinə güvəndin, Ermənistan?!