Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-də Müdafiə Nazirliyinin Sülhməramlı Briqadasının “Zar” Təlim Mərkəzində #Ermənistan#ABŞ birgə “QARTAL PARTNER 2023” təliminə start verilib.

Maraqlıdır. Ermənistanın hansı sülhməramlı fəaliyyətə cəlb edilməsi gözlənilir? Yaxud da bu qərarı verənlər #İrəvanın işğalçı olması faktını necə unudurlar? Ya da ki, bölgənin ən zəif bəndi ilə hansı siyasi və tarixi gedişi etmək olar?

Suallar çoxdur və bu sualların ən vacib birini də əlavə etsək, nə üçün 11 sentyabrın ildönümü günündə ABŞ – Ermənistan əməkdaşlığı başladı?

Məntiq düz gəlmir axı...

Dünyanın ABŞ-ın “hoqqasI” ilə başlatdığı kampaniya Əfqanıstan, İraq və sonralar #Suriyanın darmadağın edilməsi ilə başa çatdı ki, müasir dövrdə əslində Vaşinqtonun yeni dünya nizamı qurmaq və yaxın şərqdə düzəni dəyişdirmək, yeni oyun qaydaları müəyyən etmək üçün belə bir terror aktını törətdiyi dünyaya məlumdur. Bəs Ermənistan? Bu ki açıq -aşkar terror dövlətidir və çılpaq formada illərdir icra edir…

İlk dəfədir ki, #Amerika#erməni hərbçiləri Ermənistanda birgə hərbi təlimlər keçirir. Bu sülhməramlı təlim #Kremldə kəskin narazılığa səbəb olub. Lakin Rusiyanın açıq-aşkar şikayətlərinə baxmayaraq, #İrəvan ABŞ-ın təklifini qəbul edib hərbi təlimləri təşkil etmək qərarına gəlib. #Avropa İttifaqının müşahidəçiləri də Ermənistandadır və onlar da Kreml və #Bakının hədəfindədir. Aydındır ki, Ermənistan öz təhlükəsizlik sistemini balanslaşdırır və bir mərkəzdən (#Rusiya) kəskin təhlükəsizlik asılılığını zəiflətməyə çalışır.

Ermənistanın #təhlükəsizlik sistemini guya balanslaşdırdığının başqa bir sübutu #Hindistan və digər ölkələrdən #silah almaq təcrübəsidir.

Məlumdur ki, #Ukraynaya hücum edəndən sonra Rusiya özü problemlərlə üzləşir və Ermənistana silah sata bilmir. Bu, Ermənistan üçün silah alışında Rusiyadan asılılığını azaltmaq üçün çox yaxşı fürsət doğurur ki, Rusiya bu haqda düşünməmiş deyil.

“Təhlükəsizlik sisteminin balanslaşdırılması Ermənistanın təhlükəsizliyini daha da artırır”. Deyirlər, amma bu, bölgədə yeni müharibə üçün İrəvana müharibə alternativi verməkdən başqa bir şey deyil.

Qayıdaq mövzunun başqa bir hissəsinə:

ABŞ-ın təlimləri Azərbaycan üçün də ciddi təhlükəsizlik siqnalları doğurmaqdadir. Belə ki, Qarabağ bölgəsində Ermənistan bütün etiraflarına, ərazi bütövlüyümüzü tanımasına rəğmən, separatçıların seçkilərini keçirir və bölgəyə külli miqdarda yardım ayırır.

Hazırda Qarabağ bölgəsində vəziyyət belədir ki, Ermənistan və İran daxil bir çox ölkə və Avropa İttifaqı seçkiləri tanımamaqla Azərbaycan üçün imkan yaradır ki, bölgəyə hərbi əməliyyatlar üçün müdaxilə etsin və yerli erməni vətəndaşını separatçıların girovluğundan xilas etsin.

Digər mühüm bir məsələyə baxaq:

#Naxçıvanda Amerika general-qubernatorluğu — #Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənmək və Naxçıvanı erməni nəzarətinə vermək üçün zəmin hazırlamaq məqsədilə yaratdığı hərbi inzibati idarəçilik forması.

Qafqazda nüfuz dairəsi qazanmağa çalışan ABŞ-nin əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları Antanta dövlətlərinin #Ermənistana ali komissar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919-cu ilin sentyabrında irəli sürdüyü “Haskel layihələri” adlandırılan sənəddə öz əksini tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu.

ABŞ-nin himayəsi altında Naxçıvana yiyələnməyə çalışan Ermənistanın daşnak hökuməti “Haskel layihələri”nin gerçəkləşməsi üçün canfəşanlıq göstərirdi. 1919-cu ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini — Naxçıvan diyarını ələ keçirməyə cəhd göstərdi. Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türkiyənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji əhəmiyyəti olan ərazi kimi baxırdı. V.Haskelin Azərbaycan və daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi ki, Naxçıvan #Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin mənafeyinə zidd olan bu layihələri qətiyyətlə rədd etdi və onların gerçəkləşməsinə imkan verməyəcəyini bildirdi.

Haskelin müavini polkovnik Ceyms Rey 1919-cu il oktyabrın 24-də Naxçıvana gəldi və #Müsəlman Milli Şurası qarşısında V.Haskelin bəyanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bəyanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı və Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidiylə Ceyms Rey qərarını dəyişməyə məcbur oldu. Delli Naxçıvanda general-qubernator kimi deyil, #Antanta ali komissarı V.Haskelin nümayəndəsi kimi qaldı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-nin yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə puça çıxardı.

Qayıdaq yüz il sonraya:

Bölgədə #Ermənistan ABŞ hegemonluğuna daxil ola bilərsə, bu Azərbaycan, Türkiyə, Rusiya ilə yanaşı, İran üçün olduqca ciddi təhlükəsizlik problemləri yaradır.

Bəs indiki vəziyyətdə hansı addımları proqnoz edə bilərik:

Maraqlıdır ki, hələ 2020-ci ildə, müharibədən dərhal sonra İran və Rusiyaya aid bəzi mənbələr təklif edirdilər ki, Astana formatı Qarabağa tətbiq edilə bilər.

Astana formatı: İran, Rusiya və Türkiyə arasında Suriyada sülhü nizamlama fəaliyyətinin adıdır və əslində bölgənin üç gücü birləşərək ABŞ üçün regionda reallıqların qarşısında dayandı və İranla Rusiya Əsədin yanında, Türkiyə isə əməliyyatlara #PYD-nin qarşısında dayanmaqla gedişata təsir göstərə bildilər.

Qarabağda isə Atət-in Minsk qrupunun Astana formatını tətbiq etmək ilkin fikir olsa da, Əliyev üç ilin sonunda faktiki Qarabağı daxili məsələyə çevirə bildi və masaya böyük ölçüdə Ermənistan məsələsini çıxara bildi.

Hazırkı məqamda #Astana formatı Ermənistan üçün ideal zəmin olmaq yolunda irəliləyir.

Məlumdur ki, ən son çıxışlarda Rusiya tərəfi Ukraynada nə qədər məşğul olsalar da Ermənistanda mövqeyini verməsi mümkün görünmür.

Paşinyan və iqtidarının maximum şəkildə ABŞ-ı onun da istəyi ilə bölgədə saxlamağa çalışması Rusiyanın addım atması ilə yekunlaşa bilər. Bu məsələdə #Rusiyanın bir sıra addımları mümkün görünür.

1. Ermənistana qarşı ərazi iddiası.

2. Rusiya arxivlərinin açılması.

3. Ermənistanda rus əhalinin təhlükəsizliyinin təmin edilməsi.

4. İranın potensialından istifadə.

5. Astana formatının tətbiqi + Azərbaycan əlavə.

6. Ermənistan daxilində qiyam.

7. Ermənistanda terror.

8. Bölgədə dağıdıcı müharibə.

Kim hansı rola malikdir?

#Iran:

Ermənistan İran üçün strateji müttəfiq və hazırda bölgədəki əsas dayağı hesab edilir. İki ölkə arasında münasibətlərin əsas məğzi ortaq təhlükəsizlik maraqlarının olmasıdır.

Tehran və İrəvan birini – digəri olmadan təsəvvür etmir.

#Türkiyə: bölgə və Ermənistan üçün Avropa qapısı, investisiya mühiti, böyük bazar və maraqlı qonşudur. Çətiri altına sığına biləcək Ermənistan üçün yaxşı imkanlar vəd edir.

#Azərbaycan: sülh imzalaması mümkün olarsa, enerji layihələri, investisiya mühiti və yaxşı qonşuluq, iş yerləri vəd edir.

#Rusiya : Erməni çoxluğun yaşadığı əsas ölkə, Ermənistanın əsas qaranti və təminatçısı.

Göz görə – görə bölgənin əldən getməsinə heç bir region ölkəsinin izin verməsi mümkün görünmür:

Hələ Cənubi Ermənistanda İran qoşunları, Qərbi Ermənistanda rus qoşunları varkən, Türkiyə və Azərbaycan nə üçün iki coğrafi qonşu təhlükəsizlik nöqtəsindən yanaşmasın və preventiv davranmasınlar ki?…

İndilik gözlər #Putindədir.

Ermənistan çalışacaq ki, 9 gün müddətində Azərbaycan ilə hansısa toqquşmağa nail olsun. Bununla da əsaslandırmaq mümkün olsun ki, Amerika qoşunları bölgədə qalmalıdır.

Hər halda görünür ki, Ermənistan rəhbərliyi iki qartalın üz – üzə gəldikləri coğrafiyadan ya xəbərsizdir, ya da çalışdığı Suriya modelidir.