Dünən sentyabrın 12-də İcevanda Aİ-nin Ermənistandakı müşahidə missiyasının əməliyyat mərkəzinin ofisi açıldı.
Maraqlıdır ki, bu, Ermənistanda açılması planlaşdırılan 6 mərkəzdən beşincisi idi ki, gətirib, olduqca strateji bir nöqtədə reallaşdırdılar.
(Niyə belə bir koordinat seçilib sualına bir az sonra cavab verə bilərik).
Açılışda Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos, Aİ-nin Müşahidə Missiyasının rəhbəri Markus Ritter, Tavuş qubernatoru Hayk Qalumyan, ER müdafiə nazirinin müavini Hraçya Sarkisyan, Noyemberyan və Berd icmalarının rəhbərləri, hərbi strukturların rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter çıxışında bu mərkəzin açılmasının Tavuşa və regiona sülh gətirməsini arzuladığını bildirib. O, həmçinin qeyd edib ki, İcevandakı mərkəz hərbi baxımdan çox önəmlidir, onların vəziyyəti yaxından müşahidə etməyə və hesabat verməyə imkan verəcək. Tavuş qubernatoru Hayk Qalumyan mərkəzin açılışını xüsusi qeyd edib və Aİ-nin müşahidə missiyasına təşəkkür edib. Qubernator ümid etdiyini bildirib ki, müşahidə missiyasının iştirakı sülh və sabitlik gətirəcək.
Gəlin bir az təhlil etməklə bu addımın nəticəsini aydınlaşdıraq:
Avropa Müşhidə missiyası gətirib, Tovuzda mərkəz açması özü ayrıca maraq doğuran faktdır.
Missiyanın rəhbəri iddia edir ki, ofislərin açılışı Azərbaycanın gözlənilən hücumlarının qarşısını aldı, fiksasiya etdi və açıq formada qeyd etmələri ki, bu, DAİMİ ofisdir, deməli, Tovuz bölgəsinin regionun təhlükəsizliyinin təmin edilməsindəki roluna ciddi yanaşa biliblər, ayrıca, 2020-ci il müharibəsinin ön məşqi olan Tovuz döyüşləri haqda geniş hərbi-coğrafi bilgilərə malik olublar.
Və Ritter Mərkəzin qırmızı lentini kəsə -kəsə deyir ki, Azərbaycana mane olduq ki, bölgəyə cəbbəxana doldurmasın. Axı bütün faktlar fikir yürütməyə imkan verir ki, bölgədə bütün hallarda ilk gülləni erməni tərəfi atıb və hətta təkcə ordakı döyüşdə Azərbaycan generalı Polad Həşimov şəhid olub.
Və Ritter deyir ki, biz paralel olaraq Azərbaycana təzyiq edib, siqnallar verdik.
Görünür ki, Ritterin dediyi Makronun Əliyevə zəngi imiş. İndi anlaşılır ki, Makron növbəti dəfə Əliyevə telefon açaraq hərbi mənada və digər sahələrdə sanksiya və ya adekvat cavablarla təhdid etməyə çalışıb. Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, şəxsən Makronun nüfuzunun ən çıx sındırıldığı yer Azərbaycandır və Əliyevlə münasibətdə həmişə burunu ovulub. Amma fikirlərini görünür ki, digər agentura nümayəndələrinə də ötürməmiş deyil.
Əsas məsələ: Son 30 ildə Aİ ofisini nə Goranboyda, nə Tovzuda, nə Bərdədə açıb.
Ümumiyyətlə, nədir axı bu ofis açmaq xəstəliyi? Ukraynada da ofis açıb, Rusiyaya da nəzarət edirlərmi?
Niyə AB qəflətən belə bir ehtiyac hiss etdi ki, Ermənistanla sərhəddə daimi müşahidə missiyasının mərkəzini açsın.
Bəs bu günə qədər digər dörd mərkəz sərhədi nəzarətdə saxlayarkən, Ermənistan tərəfindən törədilən təxribatların neçəsini arxivləşdirib və hesabatında açıqlayıb?
Sualların cavabı yoxdur, çünki aydındır ki, onların missiyası Azərbaycan əleyhinə dosye toplamaq və onları sistemləşdirmək, nəhayət, hüquqi aktlarla çevirmək. Ən sonda da müxtəlif qondarma təşkilatların sənədləri, hesabatları halında BMT-nin Cinayət Məhkəməsinin, Avropa İHM-nin və ya digər müxtəlif tribunalların yeminə çevirmək, ATƏT-də qərara nail olmaq, son məqsəd kimi isə BMT qətnaməsi əldə etmək…
İkincisi, Daimi OFİSİN məqsədi Qafqazda niyə daim qalmaq olmalıdır ki..
Yüz il əvvəl də, bu gün də Qafqaz mühüm nöqtə idisə, indi də parçalanmış hərbi-strateji nöqtədir və AB-nin addımları dünyadakı gərgin atmosferi bizim coğrafiyaya daşımaqla Qafqazda sülhə yox, qarşıdurmaya və növbəti toqquşmalara səbəb olmaq üçün davranır. Bu, həm də Cənubi Qafqazı sülhə aparacaq formul deyil, bütün Qafqazı, elə Şimali Qafqazı da savaşa sürükləyən addımdır.