Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevi Fondun yaradılmasının otuz illiyi münasibətilə təbrik edib.
Qurum adından rəsmi təbriki çatdıran İdarə Heyətinin sədr müavini Elşad Mirbəşir oğlu  Fond rəhbəri Umud Mirzəyevlə görüşündə bildirib ki, 30 il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayan qurum eyni zamanda media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqınların/məcburi köçkünlərin problemləri, sülhməramlı aksiyalar və münaqişələrin həlli ilə yanaş icma yönlü inkişafı proseslərinə böyük töhfələr verib.
STM əməkdaşlarını Fondun strukturu, fəaliyyət sahəsi və görülən işlərlə tanış edən Umud Mirzəyev bildirib ki, Mərkəz rəhbərliyinin onların fəaliyyətinə yönəlik verdiyi dəyər otuz illik görülən işlər barədə mühüm qiymətləndirmədir.
O daha sonra rəhbərlik etdiyi Fondla Mərkəz arasında reallaşdırılması nəzərdə tutulan layihələr barədə danışıb.