Qarabağda yaşayan Azərbaycan erməniləri N.Pelosidən Kosovo ssenarisini tətbiq etməyi xahiş edirlər. Məlumdur ki, Pelosinin səfəri ayın 12-də Qafqaza səfər edən Filip Rikerin ziyarətindən səviyyəsinə görə daha ciddidir.Xatırlayırsınızsa, ötən ay Nensi Pelosinin Tayvan təxribatı dünyanın iki ən böyük gücü arasında diplomatiya savaşına dönməklə yadda qaldı və bu ad- hoc mübarizənin qalibini feyk və manipulyasiya ilə çoxları ABŞ-in qazandığını elan etdi.Bizim üçün isə Pelosinin Qafqaz təxribatı sırf ABŞ – Rusiya münasibətlərinin və ya Ukrayna – Rusiya müharibəsinin yan elementin kimi çıxış edir deyə kifayət qədər ciddi əhəmiyyət kəsb edir.Qayıdaq Kosova və Qarabağ analogiyasina.Əsas sual budur:Qarabağ Kosova kimi müstəqil ola bilərmi və ya ABŞ onun müstəqilliyini tanıya bilərmi?

1. Kosovada təxminən bir milyon əhali yaşayır, ərazisini 10 min kvadrat kilometrə bərabərdir.Özü də Qarabağ kimi daxili ərazi vahidi deyil, Albaniya, Serbiya, Qaradağ və Makedoniya ilə sərhəddir.Əhalinin 90 faizi etnik albanlardir və birbaşa sərhəddin olması (digər ölkələr də daxil, Serbiya istisna) təminat problemini həll edir.Qarabağda isə Azərbaycan ordusu, nəzarət mövcuddur və ABŞ -in müstəqillik qərarından əvvəl bölgədə rus varlığı kifayət qədər daha həlledicidir.

2. Kosovada beynəlxalq qurumlar – əvvəlcə BMT, daha sonra isə Avropa Birliyi tərəfdaş kimi çıxış edir.Qarabağda isə münasibətlər ikili səviyyədə – Azərbaycan – Rusiya münasibətlərinin əsasında həll edilir.

3. Rusiya və qərb müharibəsi davam etdiyi bir şəraitdə Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından biridir. AB vətəndaşı üçün qış fəslində evinin istiliyi daha önəmlidir, nəinki yerini bilmədiyi Qarabağ.Azərbaycan isə Avropanın neft və qaz sahəsində əsas təchizatçısı olmaq yolunda addımlayır.

4. Pelosi və ermənilər mürəkkəb prosesləri daha da mürəkkəb etməyə çalışırlar. Onlar nə müstəqillik tanıya bilərlər, nə də qlobal sərmayənin nökəri Makron kimi bölgəyə ordu yollaya bilərlər.Bu şərtlərdən əvvəl Razdan meydanda dar ağacları asarlar, amma bir də o addımı atmazlar.

Əziz Əlibəyli- Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri