Qarabağ ona görə Azərbaycandır ki:

  1. Prezident ölkəni ordan idarə etməyə başladı.
  2. Prezident Xankəndiyi paytaxt edib və uzun müddətdir ki, o coğrafiyadan ölkəni, nəinki ölkəni geosiyasi yanaşanda regional idarəçilik təzahürləri önə çıxır.
  3. Onun Xankəndi mərkəzli siyasi addımları və fəaliyyəti ekranın digər üzündə – Ermənistanda da ən azından bir milyon maraq qrupu – auditoriya tərəfindən anbaan –  öz ölkələrinin rəhbər siyasi fiquru qədər izlənilir.
  4. Qarabağ Araza çox yaxındır – Araz siyasi vadisindən yeni sahillər görünür.
  5. Prezident Xankəndidə olmaqla coğrafi və siyasi, hərbi, iqtisadi mənada Zəngəzurda – ana damara. İqtisadi nəfəsliyə, regionun xilas yoluna  çox yaxındır.
  6. Prezidentin yolları bütün mütərəqqi siyasətinin fövqündə dayanır və dincə, dünyaca məşhur “Əli yolları” üzərində fərq qoymayaraq, Əlinin müqəddəs ruhunu öz soyadında da inikas etdirərək, Əliyev yollarını inşa etdir.
  7. Əliyev yollarının ilk yolçusu da Ali Baş Komandanın özüdür.

Şübhəsiz ki, böyük salnamələr və avtobioqrafik kitab müəllifləri Əliyevin Xankəndini azad etməsi mərhələsi haqda əlahiddə danışacaqlar, şübhə yoxdur ki, bu işin bizim tərəfimizdənbir hissəsinin icra edilməsi mümkün olacaq və biz bu tarixi hadisəni yeni dövr olaraq ayıracağıq, fərqləndirəcəyik və adını qoymağa cəhd edəcəyik.

Çünki Xankəndidə dalğalanan bayraqdan sonra Azərbaycan dövlətinin və dövlətçiliyinin yeni standartları, paradiqmaları meydana çıxmış oldu.

Təəssüf ki, günümüzün bəlkə Hüqosu, Russosu və ya Stefan Sveyqi olsaydı, vaxtilə Volterin dediyi “Roma sərkərdələri həmişə qalib gəlirdilər, amma bunun hansı gündə baş verdiyini bilmirdilər” fikrini dəyişdiri, qalibiyyətin dəqiq gününü, ayını, ilini təqvimləşdirərdilər və bəlkə daha fərqli yol seçərək, Azərbaycan üçün onun öz miladının tarixini kalendarlaşdırardılar –  Bu da Azərbaycana zəfər ilinin zəfər təqviminin, qalibiyyətlə dolu aylarının, illərinin mövcudluğunu və  bu zəfərin memarının addımlarının müstəsnalığını dünyaya çatdırardı. Bu təqvimlə də təkcə tarixlər şəhidlərin qurduğu güclü dövlətin hadisələrini yaşatmazdı, zəfər təqviminin səhifələrindəki qəhrəmanlıq öyküləri, dastanları, hekayələri, şeirləri, mahnıları yeni xalq yaradardı ki, artıq biz üçüncü ilimizin Xankəndi səhifəsində davamlı qabiliyyəti bir də ərazi bütövlüyü ilə tamamlamış olduq.

REPLİKA: 1991-ci ilin oktyabrının bu günü Azərbaycan Müstəqillik Aktını elan edəndə Xankəndi, Dağlıq Qarabağ bizim nəzarətimizdə deyildi. 32 ildən sonra Azərbaycan ilk dəfə Müstəqilliyin bərpası Gününü ərazi bütövlüyü  çərçivəsində qeyd edir.

Bəs, biz Xankəndidə başlayan tarixə qədər – Xankəndidə bitən tarixə necə başlamışdıq:

Təfərrüat üçün kiçik bir sənəd nümunəsi?

Fevralın sonu. Stepanakertdə bütün müəssisələr dayanıb. Şəhərdə “Bizə nə çörək, nə su, bizə yalnız ana Ermənistan lazımdır!”, “Heç vaxt Azərbaycanla!” şüarları altında mitinq keçirilib.

Ümumilikdə 1988-1989-cu illər ərzində bölgədə 10 tətil olub. 1988: 22 fevral -2 mart, 15 mart – 17 mart, 24 mart, 5 aprel, 12 may – 13 may, 23

may – 24 iyul, 12 sentyabr – 9 oktyabr, 14 noyabr – 7 dekabr. 1989: 13 fevral, 6 mart – 13 mart, 3 may – 21 avqust. Yəni iki ildir Şəhər əslində işləmir, amma işlədiyi dövrdən isə daha yaxşı yaşayır –  nonses.

Aqanbekyan, 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri deyir:

“Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”.

Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın “Humanite” (L’Humanité) qəzetinə müsahibəsində də dəfələrlə bəyan edir. Marqlıdır ki, Qorbaçova onun hərəkətləri ilə bağlı suallar veriləndə təkzib də etməmişdi.

Aqanbekyan Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri idi. İlham Əliyevin Xankəndi deyil, Myasum üzərində qələbə bayrağı qaldırdığı gündən 7 gün əvvəl, nə təsadüf ki, Aqanbekyanın doğum günü idi və Abel bu günləri dirigözlü, əməllərinin nəticəsinin hüsrana uğradığını görərək şahidi oldu.

Bu haqda ilk nəzər çarpan qəribə bir səciyyə var:

Ötən əsrin 80-ci illərində Azərbaycana qarşı istər siyasi, istərsə də hərbi formada mübarizə aparan erməni qruplaşmaları bəlli, güclü və məşhur liderlərlə zəngin idi.

Siyahıda kimlər yox idi ki:

Abel Aqanbekyan  – 1987-ci ildə Parisdəki çıxışı ilə Qarabağ münaqişəsinin təməlini qoyan iqtisadçı akademik.

Silva Kaputikyan –  Türkü öldürməyi zövq bilən, ömrünü nifrətə və Qarabağa həsr edən şəxs, Silva Kaputikyan erməni şair və siyasi fəal idi. XX əsrin ən tanınmış erməni yazıçılarından biri, “Ermənistanın aparıcı şairəsi” və “XX əsr erməni poeziyasının böyük xanımı” kimi tanınır. Kommunist Partiyasının üzvü olsa da, o, erməni milli davalarının tanınmış müdafiəçisi idi.

Zori Balayan – 80-ci illərin əvvəllərində yazılan “Ocaq” əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir.

Akademik Viktor Ambarsumyan   – bir ay ərzində bütün Ermənistanı şəhər-şəhər, rayon-rayon, kənd-kənd, darvaza-darvaza gəzib dolaşaraq bəyan etdi ki, “düz 17 il erməni xalqının düşməni Heydər Əliyev Dağlıq Qarabağın ana Ermənistanla birləşməsinə icazə verməyib. İndi o, partiya və dövlət işlərindən uzaqlaşdırılıb, biz bu tarixi əlverişli fürsəti əldən

verməməliyik.”  Sonralar Xalq Deputatlarının Qurultayında Ermənistan Elmlər Akademiyasının prezidenti Ambartsumyan saysız- hesabsız mətbuat konfransları keçirdi və orada çoxsaylı jurnalistlərə bu məsələni öz bildiyi kimi izah etdi. “Qarabağ xalqının azadlıq mübarizəsinin mahiyyəti” haqda yazır və dünyanın hər yerindən müxbirlərin ona baş çəkdiyi  “Rossiya” mehmanxanasında aclıq aksiyası keçirirdi.

İqor Muradyan – erməni politoloq,  Qarabağ hərəkatının ilk liderlərindən biri olmuşdur Zori Balayan, Silva Kaputikyan və Viktor Hambardzumyanla birlikdə.  Odessada anadan olan Muradyan sovet dövründə çoxlu ermənilərin yaşadığı Bakıda böyüyüb.

Hadisələr isə belə cərəyan etdi:

  • SSRİ Elmlər Akademiyasının erməniləşməsi və separatizm ocağına çevrilməsi.
  • Dünya elmi qurumlarının sepratizmə dəstəyi
  • Pamıq səneyesinin “yoxlanılması”
  • Üzüm sənayesinin “yoxlanılması”
  • Nəhayət, Heydər Əliyevin fəaliyyətinin “yoxlanılması”.
  • Heydər Əliyevin yaxınlarının şəxsi işlərinin yoxlanılması.

Şəxsən Heydər Əliyevlə bağlı vəziyyətin təftişi ilə əlaqədar Qorbaçov tərəfindən Respublikaya saysız-hesabsız komissiyaların göndərilməsinin separatizmi alovlandırması naminə separatçıların əl-qolunu açması.

  • Xankəndidə “Krunk” cəmiyyətinin təşkil edilməsi

21 fevral, 1988-ci il, DQMV Vilayət Şurası Ermənistana birləşmək haqda qərar qəbul edir: Lehinə 110, əleyhinə 17.

Qorbaçov start verdi və nəticə:

Qorbaçovun sözlərinə görə, “proses başladı” və nəticədə Azərbaycan ərazisinin 20%-ni itirdi və bir milyon qaçqın və məcburi köçkünü qəbul edib. Şübhə yoxdur ki, bütün bu düşünülmüş sistem əvvəlcədən hazırlanmışdı və fəaliyyətə başlamaq üçün siqnal Heydər Əliyevin istefası oldu.  Heydər Əliyev hakimiyyətdə qalsaydı, Azərbaycanda separatizm baş verməzdi, lakin heç bir şübhə yoxdur ki, Siyasi Büroda Heydər Əliyevin iştirakı ilə bu cür sürətlə və bu istiqamətdə getməzdi.

Azərbaycan tarixinin faciə günü məhz 21 oktyabr tarixidir – 21 oktyabr 1987-ci ildə Heydər Əliyevin istefaya məcbur edilməsi hadisəsi –  bu əsl hadisə idi və onda sonrakı bütün faciələr ondan törədi.

Azərbaycanlıların Ermənistandan kütləvi surətdə çıxarılmasına

başlandı.  Ermənistanın 185 azərbaycanlı kəndindən 230 mindən çox azərbaycanlı qovulub. 31 minə qədər yaşayış binası,165 kolxoz və sovxoz qarət edilmiş, çoxlu sayda mal-qara oğurlanmışdır. 57-si qadın, 5-i körpə və 18-i müxtəlif yaşlı uşaq olmaqla, ümumilikdə 216 nəfər

həlak olub, 1154 nəfər yaralanıb.  2 iyun 1989-cu ildə SSRİ Xalq Deputatlarının I Qurultayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin  birinci katib S.G. Arutyunyan azərbaycanlıların Ermənistandan qovulmasının nəticələrini belə yekunlaşdırıb: 1989-cu il iyunun 1-nə Ermənistanda bir nəfər də olsun azərbaycanlı ailəsi yoxdur.

Keçid: Bundan sonra Əsgəran rayonunda iki azərbaycanlı gənc qətlə yetirildi və Sumqayıtda erməni tərəfinin təşkilatçılığı ilə hadisələr baş verməklə proses real formada Azərbaycana köçürüldü.

Baş verən hadisələrə qısa da olsa baxmaqda ona görə fayda var ki, İlham Əliyev tarixi prosesə, tarixi mərhələyə, böyük imperiyaya, öz yolu, gücü, fəlsəfəsi, dünyada dəstəyi, bəlli ordusu və bütöv fikri olan bir cəbhəyə qalib gələ bildi.

Burda yüz ilə dayanan ideologiyanın süqutu, Myatsumun dəfni, Ermənistana dəstək olan dövlətlərin məğlubiyyəti, dünyaca məşhur erməmi terrorizminin kökünün kəsilməsi, erməni lobbi və diapsorunun uduzması, qırğınlarda əlləri olan müharibə cinayətkarlarının həbsi, minlərlə ermənizm ideologiyasının yoluxucu xəstəliyin daşıyan kitabların məğlubiyyəti var.

İlham Əliyev erməni işğal şüurunun kitabını bağladı, kitaba, onların şeytani kitabına qalib gəldi, bax, bu fikir zəfəri idi.

Prezident İlham Əliyev Zəfər strategiyası ilə Yeni Respublika və Yeni Konstitusiyaya zəruri keçidin  manifestini yazdı:

Onun aşağıdakı sahələrdə əks edilməsini görə biləcəyik:

  1. Zəfər iqtisadiyyatı –İlham Əliyevin Marşall Planı –  Azərbaycanı birincisi, güclü bölgə dövlətinə, ikincisi, regiona investisiya qoyan ölkəyə, üçüncüsü, qalıcı iqtisadi gücə çevirir. İnvesitisiyalar isə qalib gücün ən qəbul edilən və qalıcı təcəssümüdür.
  2. Zəfər siyasəti – bir dövlətin zəfər siyasəti, müharibənin məqsəd və hədəflərinə və münaqişənin növünə və mənbəyinə bağlı olaraq dəyişə bilər. Azərbaycanın zəfər siyasəti dəyişən təhlüklərə adekvat reaksiya verməyə və preventiv davranmağa əsaslanacaq və ən əsası qərarverici güc qalmağa davam edəcək. Lakin bu, xarici siyasət xətti kimi başa düşülmür, eyni zamanda daxili iqtisadi, sosial və mədəni siyasəti mühüm yüksəlişini, Böyük Qayıdışın formalarını da əhatə edir.
  3. Zəfər ideologiyası – biz nə üçün bu müharibəyə cəlb edildik, niyə qurbanlar verdik, niyə savaşdıq, qalib gəldik və bir daha unutmamaq üçün hansı baxışlar mənimsənilməlidir kimi suallarla formalaşan yeni ideoloji baxışda bunlar yer alacaq.

Nəticə əvəzi:

Tarixi mərhələlərin başlanğıcını çox zaman dərk etmək  mümkün olmur. Lakin bizim xoşbətliyimiz ondandır ki, nə kitablar yanır, nə ictimai yaddaş unudur və nəhayət, sosial şəbəkələr dünyasında yaşayırıq. Biz şahidik və yaşadıq, gördük ki, tarix necə yazılır, işğala necə son qoyulur, bir dövr necə bitir və yeni bir era necə başlanır.

Biz gördük ki, yeni eranın memarı kimdir və onun tarixi rolu nə idi..

Biz həm də onu gördük ki, hər tarixi prosesin bir adı var, bizimkinin adını Ölkə rəhbərinin elə  özü də qoydu:

Azərbaycan tarixinin XANKƏNDİ DÖVRÜ!

Əziz Əlibəyli/

STM-in departament müdiri