Qarabağdakı istehkamlar göstərir ki, burda böyük və professional müqavimət göstərmək üçün dizayn edilmiş ordu yaratmağa cəhd olub. Mahiyyəti terrorçu olan güclərin mənşəyi birinci müharibədən qalıb. O savaşın bir parçasıdır.

Amma

Azərbaycan 10 min erməni əsgəri rəqəmini açıqlayanda məni böyük təəccüb bürüdü: səngərlərin dizaynı Suriyada, Afrində PKK terrorçularının gizləndiyi yerlə eyni idi. Fransa şirkəti burda da ekskovator və traktorlarla səngər qazıb.

Müharibədən sonra bizim də müdafiə etdiyimiz “Ermənistan ordusunun qurulması üçün 15-20 il lazımdır” tezisini təkzib etdirdilər və güman ki, üzərlərindəki Azərbaycan təsirini nəzərə alaraq bu fikrin Azərbaycan ictimai rəyində möhkəmləndirilməsi üçün onlar da az iş görmədilər.

Nəticədə Fransa və Amerikanın sayəsində qısa müddətdə Qarabağda ən müasir silahlar və hazırlıqlı ordu əldə etməyə yaxın oldular.

Üç il ərzində isə Laçın yolunun açıq olmasından maximum faydalanan erməni gücləri arxalarındakı qüvvələrlə istifadə edib, bölgəyə doluşublar.

Deməli, bütün təchizata malik ordunu ac Ermənistanın qurması real deyildi qənaəti önə çıxır.Və daha bir suala cavab artıq aydındır: ABŞ təlimlərinin məqsədi nə imiş?

Təlim bəhanəsi ilə bölgəyə soxulmaq.

Bilirsiz, siyasi nəzəriyyəyə görə dövlətin yaradılması üçün bir neçə elementə ehtiyac var; biri də ordudur.

Ermənistanın Qarabağda saxladığı 10 min nəfərin məqsədi dövlətçilik oyununda fakt yaratmaq, sonra da onun müdafiəsi üçün beynəlxalq mexanizm qurmaq imiş.

Kim bilir:

Müstəqillik oyunu bitmiş, yenidən qondarma rejimin Ermənistana de-fakto birləşmə müraciətinə əsaslı hazırlıq imiş:

Yoxsa hansı haqla Ermənistan bölgədə vardı:

– ordusu

– silahları

– seçki “institutu”.

İndi məlum oldu ki, cənab Əliyev prosesin üzərində imiş və nə üçün BMT-yə getmədiyi aşkarlandı.

Bəs Nikol Paşinyan niyə orda yox idi?

Çünki Nikol Paşinyan bu ssenarinin bir elementi idi və prosesin ortasında yer alan əsas üz fiqur sayılır.

Məqsədİ dərhal və qəflətən müharibə etmək və Qarabağ zonasını Ermənistana bağlamaq imiş.

Daha bir fakt: Azərbaycan müdafiə nazirliyi bölgədəki quldur toplumunu Ermənistan silahlı qüvvələrin adlandırmaqla ən doğru yanaşmanı göstərdi. Və prosesin əslində kim tərəfindən icra edildiyini ortaya çıxardı.

Və daha bir ölkə – İranın bəyanatı Azərbaycan ərazisində planlaşdırılan prosesi ifşa etdi;

İran: “Qarabağ Respublikası”nın özəl statusuna qarşısı deyilik…

Necə yəni özəl status?

Ümumiyyətlə, hansı status eyhamindan söhbət gedə bilər ki?

Hə, mollalar arzusunda olduqlarını ifadə ediblər axı.

Və nəhayət, bir daha Amerika generalları haqda…

Bir payız günü amerikan hava yollarından düşən 6 general Kiyev aeroportunda mindikləri maşını Zelenskinin kabinetinə südürüb, ona Rusiya ilə potensial müharibənin konturlarını verdilər.

Sonrası məlum…

Dünənki yazılarımda Ermənistani qonşudaki Suriya adlandırmaq səhv idi. Onlar öz dünyalarında Ermənistandan Ukrayna düzəltmək arzusunda imişlər.

Deməli, məsləhətçisi Amerika generalları olan oyuncaq ordu əməliyyata hazırlaşır və gün sayırdı:

Əliyev dəqiqliklə zərbəni endirdi və qlobal strateji planı Qarabağda birdəfəlik dəfn etməyə qərar verdi.