Türkiyə Suriyada PKK/YPG terror təşkilatına qarşı həlledici əməliyyata başlayır. Əməliyyata Rusiya da dəstək verəcək. 3 gün öncə nə yazmışdıq? Yazmışdıq ki, Qarabağ məsələsi bitdiyinə görə növbədə Suriya probleminin həlli var. Bizim yekə- yekə politoloqlarmiz, telekanalları dolaşan hay kuycu sərhcilərimiz neçə vaxtdır baş sındırırlar ki, Rusiya niyə Qarabağda separatizmin məhvinə göz yumdu. Rusiyaya hava su kimi Zəngəzur dəhlizi lazımdır. Rusiyaya Türkiyə ilə birgə Suriyada münaqişəni bitirmək lazımdır. Çünki Zəngəzur yolunun davamının bir hissəsi Suriyadan keçə bilər. Bəzilərinin iddia etdiyi kimi Paşinyanı devirmək deyil. Paşinyanı devirmək istəsəydi, bunu 1 saatın içində edə bilərdi. Son 1ildə ruslar İstanbul, Dubay, Riyad, Dohoda minlərlə ticari ofislər açıblar. Niyə? Bəlkə bizim telekanal ulduzu həşəmətli politoloqlarmız bunu açıqlasınlar? Muhammed bin Salman niyə ərəb dünyasının ən böyük bazara çevrilməsindən danışır? Niyə BƏƏ vəlihət şahzadəsi düşmən münasibət bəslədiyi Ərdoğanın əlini öpmək məcburiyyətində qaldı? Niyə Ərdoğan 2024 – cü ildə bölgədə iqtisadi sıçrayış olacağı haqda bəyanatla çıxış etdi?

Ruslan Bəşirli