Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Əziz Əlibəyli Xankəndidəki tarixi hadisələri bir neçə tezizlə izah edib.
Yenipress.az həmin fikirləri təqdim edir:
1. Prezident İlham Əliyev Heydər Əliyevdən sonra Xankədidə olan yeganə liderdir. Çünki mərhum Heydər Əliyevin tikib, qurduğu Xankəndidəki bina önündə xalqa qalibiyyət raportu vermək ancaq İlham Əliyev kimi qalib liderin qisməti ola bilərdi.
2. Prezident Əliyev Xankəndidə sərkərdə kimi olub, qəribədir ki, hərbi mündirlə qalib sərkərdəni öz qarşısında görən xalq qələbə sevincinə doymur.
3. Dünyanın bütün dillərində “Xankəndi” sözü yazıldı, 30 ilin, bəlkə son 70 ilin siyasi ədəbiyyatına, ideologiyasına pərçimlənmiş “Stepanakert” adı əbədi dəfn edildi. Bu, artıq söz hadisəsi deyil, siyasi, ideoloji, diplomatik, psixoloji olaydır.
4. Xankəndi prosesi erməni lobbisinin ilk məğlubiyyətinin yekun nəticəsi hadisəsidir. Bu günə qədər dünyanın maliyyə dövriyyəsinə nəzarət edən, qara dövriyyədə milyardlarla payları olan böyük və şəbəkələşmiş bir korporasiyanın tənəzzülü idi.
5. Xankəndidə prezident “Böyük Ermənistan” adlı xəritədə ifşa etdi ki, onların xəstə ideologiyaları bütün qonşu ölkələrin ərazilərinə göz dikməkdən ibarət imiş.