Dünyada analoqu olmayan hadisələr baş verir deyənlər yəqin bunu nəzərdə tuturlar:

#ABŞ Azərbaycana Ermənistanla sürətlə danışıqlara başlamaq üçün ultimatum təqdim edir.

Yəni hansısa xüsusi təklif yox, birbaşa sərt ultimatum.

Başqasının meydanında rəqs etməyə adətkərdə olmuş İrəvana isə Bakı  təklif edir ki, onlar ikitərəfli müzakirələr yolu ilə müqavilə bağlasınlar.

Hətta Prezident köməkçisi Hikmət Hacıyev yolun məhz Ermənistanın “meydanı”da olduğunu da dilə gətirdi.

Ermənistan isə Qərb formatı deyib, durub ki, mütləq danışıqlar masasının bir küncündə hansısa Mişel və ya Ceyms əyləşməlidir.

Nəhayət, dünən Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı hərəkətə keçdiyi məlum olub. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bəyan edib ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq.

Əlavə:

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsində “Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib .

Dinləməni Komitənin üzvü, Avropa Məsələləri üzrə Alt Komitənin sədri, respublikaçı konqresmen Tomas Kin təşkil edib.

Nümayəndələr Palatasına çıxarılan istənilən bir məsələnin sifarişçisinin dərhal Ermənistan və erməni lobbisi olduğu aydındır.

Hələ  noyabrın 1-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Tomas Kin ilə görüşüb və onunla Qarabağdan ermənilərin kütləvi köçünü (erməni səfiri bu nəticəni “etnik təmizləmə” adlandırıb )və yaranan problemləri müzakirə edib.  Maraqlıdır ki , bu görüşün də adı sülh əldə etmək perspektivləri kimi ictimaiyyətə təqdim edilib.

ABŞ və Aİ Ermənistanın transatlantik müttəfiqləri ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayırlar.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıq şəkildə bəyan edib ki, o, İrəvanı Avropaya yaxınlaşdırmaq üçün bizimlə Ermənistan arasında görüş keçirmək niyyətindədir.

Eyni gündə Türkiyə BMM türk qoşunlarının Azərbaycanda daha bir il qalmasını uzadan qanunu qəbul etdi.

Ankaradan boylananda görünən Tiflisdən isə Qaribaşvili avropalı Kauma ilə görüşündə bildirdi ki, Tiflis sülh platforması rolunu oynamaqda maraqlıdır və daha üç -dörd gün əvvəl İrəvana göndərilən silahlar üçün yol verdiklərinə isə izahat gətirmədən…

Qayıdaq mövzumuza:

ABŞ Azərbaycana hərbi və digər yardımları dayandırıb və bir neçə yüksək səviyyəli səfərləri ləğv edib. Nəticədə ABŞ Bakıya siqnal verir ki, Ermənistanla danışıqlarda irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlər normallaşmayacaq.

#Amerika administrasiyası hesab edir ki, Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının əldə olunması indi Bakıdan asılıdır. James O’Brien deyir ki görünür, o (Nikol Paşinyan) sülh naminə riskə getməyə hazırdır. Məsələ burasındadır ki, Azərbaycan prezidenti İlham Əliyev də bunu etməyə hazırdırmı. Biz sentyabr hadisələrindən sonra açıq şəkildə bildirdik ki, 19-da biz sülh yolu ilə həllə doğru irəliləyiş görməyincə, Azərbaycanla normal münasibətlər olmayacaq, – yüksək səviyyəli amerikalı diplomat qeyd edib.

ABŞ-ın məlum siqnallarında ittiham edilən Bakının isə mövqeyinə kimsə aydınlıq gətirməyə, sərf etmir deyə çalışmır.

Halbuki, bütün qərb diplomatları Azərbaycana dair “etnik təmizləmə”, “DQR” taleyi kimi absurd ittihamlarla çıxış edirlər.

Azərbaycana işğalçı donu geyindirməyə çalışan qərb bununla təkcə rəsmi Bakını qeyri-leqal duruma salmağı hədəfləmir, eyni zamanda silahlandırdığı İrəvandan balaca Ukrayna düzəldir və onun qarşısındakı vitrinə iki ölkəni birdən dikməyə çalışır – Azərbaycan və Rusiyanı.

Obrien  həmçinin bəyan edib ki, ABŞ Ermənistana qarşı güc tətbiqinin qəbuledilməz olduğunu dəfələrlə təsdiqləyib.

Diplomatın sözlərinə görə, Azərbaycan ABŞ-a belə bir niyyətinin olmadığını bildirib. “Bakıdakı hökumət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur. Biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti diqqətlə izləyirik.

Reallıq ondan ibarətdir ki, Azərbaycanı Zəngəzur tələsinə salmağa çalışan qərb Hikmət Hacıyevin açıqlaması ilə qane olmamaqdadır. Azərbaycan isə bu planı boşa çıxararaq Zəngəzur dəhlizinin əhəmiyyətini artıq itirdiyini açıqladı və problemi Ermənistan – Rusiya dairəsinə itələdi.

Dünən ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien #Ermənistan-Azərbaycan sərhədinin Tavuş hissəsinə baş çəkib və #Avropa İttifaqı müşahidəçilərinin müşayiəti ilə Azərbaycan ərazisini müşahidə edib.

Bu, simvolik jest olsa da, Azərbaycana ABŞ  hərbi mənada güclü mesaj verir. Aydındır ki, Qərbin danışıqlar formatını boykot edən Azərbaycanı ABŞ və #AB-nin sanksiyaları ilə təhdid edir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı bildirib ki, #Qarabağdan məcburi köçkün düşmüş erməni əhalisinin vətənə qayıtmaq hüququ var və bu hüquq qorunmalıdır.

Bu o deməkdir ki, Vaşinqtonun Qarabağ məsələsi ilə bağlı Azərbaycandan gözləntiləri var və onu bitmiş hesab etmir.

Bu necə ola  bilər ki, həm Azərbaycanın ərazi bütövlüyünü şübhə altına sal, həm də Azərbaycandan özünə uyğun mövqe icrası tələb et. Və ya Azərbaycan tam  haqla Vaşinqtonda sülh müqaviləsinə razılıq verə bilər. Bu iki şərti tələb etməklə:

  1. Bütün tərəflər (Ermənistan və Qərb) ittihamları dayandırsın, revanşa cəhd etməsin, 8 kənd qaytarsın, Zəngəzur açılsın və vurulan ziyana görə təmzinat, öhdəliklər götürülüsün.

Bu, mümkündürmü? Xeyr, ABŞ bunu deyil, üç Qafqaz ölkəsindən yeni Suriyalar, Ukraynalar istəməkdədir axı Rusiyaya qarşı.

Sentyabrın 19-da Qarabağda baş verən hərbi əməliyatdan sonra Azərbaycan Qərbin vasitəçi kimi çıxış etdiyi #Qranada və #Brüsseldə planlaşdırılan yüksək səviyyəli Ermənistan-Azərbaycan danışıqlarını boykot etdi. Azərbaycanın hesablaması ondan ibarət idi ki, Qərb formatlarını boykot etmək onun üçün ən optimal variantları seçə bilmək imkanını gücləndirir.

Əks halda, Qərb uğursuzluqdan bu qədər əsəbiləşib, Ermənistanı silahlandırmaqla və Azərbaycanı sanksiyalarla qorxutmaq fikrinə düşməzdir.

Erməni tərəfi iddia edir ki, Bakı ABŞ və Avropa İttifaqının danışıqlara qarışmasının əleyhinədir. Azərbaycan prezidenti artıq #Moskva və ya #Tbilisidə görüşməyə hazır olduğunu bildirib, lakin Ermənistanın bu formatda görüşlərdə iştirak etməyəcəyi açıqdır.

Amma məsələnin bizim üçün mahiyyəti heç də deyilən kimi deyil, biz sadəcə leqal haqlarımızın tanınmasını və ittiham edilməməyimizi istəmişik.

Konkret olaraq, ABŞ və Fransa Ermənistan Silahlı Qüvvələrinin islahatlarını dəstəkləməyə hazırdır. #Fransa artıq Ermənistanı silah və hərbi texnika ilə təmin edir. Avropa İttifaqı isə Ermənistana hərbi yardım göstərmək niyyətindədir.

İndi bir daha təkrar edirik: Azərbaycan ona qarşı cəbhə alınan bir platformada nə üçün təmsil edilməlidir?

Bu, Azərbaycana bir siqnaldır ki, Brüssel və ya Vaşinqton formatında danışıqlar bərpa olunmasa, Qərb Bakı ilə münasibətləri daha da pisləşdirəcək. ABŞ və Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə həqiqətən qadirdirmi?

Qısa replika: Kanada Rusiyaya dronlarla bağlı hərbi cihazlar satıb.

#ABŞ, #Azərbaycana #Ermənistanla sürətlə danışıqlara başlamaq üçün ultimatum təqdim edir. Bu arada isə  #Bakı #İrəvana təklif edir ki, onlar ikitərəfli müzakirələr yolu ilə müqavilə bağlasınlar.

Böyük oyunda ölkəsini növbəti dəfə bədbəxtliyə sürüklənməsini istəyən Paşinyan bu dəfə də şansları militarist fiaskoyla əvəz etməyə yaxındır – necə deyərlər, 8 Noyabr Prospekti 6 ünvanında bircə fransız modelli silahlar çatışmırdı.

Təəssüf ki, regionun gələcəyi bir sözlə, Ermənistanın verəcəyi qərardan asılıdır.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bəyan edib ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq.

Nəticə:

1 . Ermənistan özünü silahla təmin edəcək tərəfdaş ölkələr axtarır –  yəni yeni silahlanma yarışı başlayır və bu, yeni müharibə deməkdir. Eyni zamanda, bu qarşımızda yeni hərbi güc deməkdir.

  • ABŞ Azərbaycana hərbi yardımları dayandırır – Azərbaycannın silahlarla bağlı problemi mövcud deyil, xüsusilə Türkiyə silahları varkən.
  • ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq –  deyə bilərik ki, ABŞ- Azərbaycana qarşı həlledici təsir imkanları olan addımlar atması hazırkı məqamda çətindir – xüsusilə Aİ və ABŞ seçkilərə getdiyi ərəfədə və Rusiya ilə savaş müstəvisində.
  • Vaşinqton Bakıya yüksək səviyyəli səfərləri də ləğv edib – ABŞ Azərbaycanda çox güclüdür və ən azından onların burda milyardlıq investisiyaları mövcuddur. Dollar yoldaş isə həmişə VİP səfərlərdə olmaqdadır.
  • Rusiya Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin haqlarının təmin edilməsi haqda bəyanatlarını alqışlayır – ABŞ və Aİ-nin etnik təmizləmə ittihamına qarşı Rusiyanın açıqladığı tezis BMT çərçivəsində olacaq qərb təhdidlərinə öldürücü zərbə vurur.
  • Dövlət Departamenti: ABŞ və Aİ Ermənistanın transatlantik müttəfiqləri ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır – Bu daha dəqiq desək, Moskvanın qayğı sahəsinə aiddir, bizi çox da əlaqədar etməməlidir.
  • Hikmət Hacıyev Brüsseldə Aİ diplomatları ilə görüşüb – nə qədər düşmən ritorikası pompalansa da, hər şey deyildiyi kimi deyil. Azərbaycanla Aİ arasında investisiya mühiti münbitdir və Bakıda krantı bağlasalar, erməni ianələri ilə ciblərini isidən avropalı parlamentarilərin canı mənzillərində buz tutacaq, hələ-hələ qarşıda qış varsa.
  • Şarl Mişelin diplomatik müşaviri Simon Mordue bildirib ki, Azərbaycan Aİ üçün önəmli tərəfdaşdır. – Ən ağıllı diplomatlardan biridir, yeganə neqativi fransız olmasıdır (siyasi kimlik).
  • ABŞ hesab edir ki, qarşıdakı bir neçə həftə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması üçün həlledici olacaq. Əgər ABŞ bu cür açıqlamalarla Azərbaycanı günahkar çıxarmağa çalışırsa, aydındır, yox real sülh istəyirsə, İrəvana deməlidir ki, dərhal 8 kəndi təhvil ver.
  • Ermənistan rəhbərliyi KTMT-dən ləng çıxma prosesinə başlayıb. Artıq tablolar açılır və yaxşı olardı ki, Aİ və ABŞ bu prosesdə Rusiyanın qarşısında necə dayanacaqlarını göstərsinlər. Bu, Uraynadakı kimi olacaqsa, heç nə. Amma nəzərə almalıdırlar ki, Moskva hələ dişini gizlədir.
  • Hindistan Ermənistana 150 min ədəd qumbaraatan mərmisi göndərir. – Nə demək olar ki, öz balaca, məğlub müttəfiqlərini silahlandıra bilərlər, amma Azərbaycannın hərbi büdcəsini artırması “Ermənistan ərazisini işğal edəcəklər” kimi yozulması da bir ayrı nosensdir.

Əziz Əlibəyli – STM-in departament müdiri.