Sosial Tədqiqatlar Mərkəzi təqdim edir:

“DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ:  İFŞA DETEKTORU” LAYİHƏSİ

Azərbaycana qarşı hücumlar: beynəlxalq hüquq, məhkəmə və ədliyyə sisteminin aparıcı institutlarında erməni diasporunun siyasi korrupsiya fəaliyyəti

Tahirə Allahyarova, STM İdarə Heyətinin üzvü, professor

“Biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur.” Prezident İlham ƏLİYEV

Beynəlxalq hüüquq, ədliyyə və məhkəmə sisteminə kök salmış erməni şəbəkəsinin miqyas və fəaliyyəti onu deməyə əsas verir ki, dünya ölkələrinin səyləri ilə onillərlə bir araya gəlib təsis etdikləri cinayət ədliyyə sistemini və ədalət mühakiməsi məhv olmaq  ərəfəsindədir. Bunlar sadəcə sözlər deyil, bu hesabatda faktlarla əksini tapan gerçəklərdir.

Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Beynəlxalq hüquq, məhkəmə və ədliyyə sisteminin aparıcı institutlarında erməni diasporunun siyasi korrupsiya fəaliyyəti” adlı hesabatda qeyd edilir ki, beynəlxalq hüquq, ədliyyə və məhkəmə sisteminə kök salmış, buraya sızmış erməni şəbəkəsinin miqyas və fəaliyyəti  sayəsində  dünya ölkələrinin səyləri ilə onillərlə bir araya gəlib təsis etdikləri cinayət ədliyyə sistemi və ədalət mühakiməsi  məhv  olmaq  ərəfəsindədir.

Hesabatda qlobal erməni diasporunun BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxaq Cinayət Məhkəməsinin, ABŞ-da və Avropada mənzillənən çoxsaylı məhkəmə hüquq sistemi, ədliyyə qurumlarının fəaliyyətinə müttəşəkkil siyasi korrupsiya şəbəkəsinə cəlb etməsi ifşa edilir. Ölkəmizə qarşı çoxşaxəli pozucu fəaliyyəti nəticəsində beynəlxalq hüququn təminatının istisna olmadan bütün sahələrində yaranan fəlakətli vəziyyət, onun beynəlxalq təhlükəsizliyə və ölkələrarası münasibətlərə təhdidləri, qaçılmaz riskləri diqqət mərkəzinə gətirilir.

Qarabağın azad edilməsindən sonra erməni diasporunun ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media  və hüquq  infrastrukturunu  daha da genişləndirmək üçün davamlı olaraq, buraya yeni institut, tərəfdaş və isimlər cəlb edir. Son bir ildə Qarabağ ermənilərinin hüquqları ilə bağlı çoxsaylı qurumların təsis edilməsi, beynəlxalq hüquq sahəsində vəzifəli yaxud sabiqlərin cəlb edilməsi ilə yeni qurumların yaradılması, onların rəhbər postlara gətirilməsi, proseslərə dünyada müxtəlif sahələrdə tanınmış isimlərin, şou-biznes ulduzlarının cəlb edilməsi ilə təmin edilən səfərbərlik hazırda beynəlxalq hüquq müstəvisinə daşınmaqla- xüsusilə gücləndirilməkdədir.

Məqsəd isə aydındır: Laçın yolu və saxta “blokada” ilə bağlı informasiya hücumu sonrası,  ermənilərin Xankəndindən kütləvi köçünü Azərbaycanı insanlıq əleyhinə və hərbi cinayətlərdə, saxta soyqırımda” ittiham etmək, cəzalandırmaq, sanksiyalara sürükləməklə beynəlxalq imicini qaralamaq, zərbə vurmaq, bu məqsədlə ölkəmizdə ali siyasi rəhbərlikdən tutmuş, ayrı-ayrı şəxslərə qarşı beynəlxalq hüquqi cəza tədbirlərinin görülməsinə nail olmaqdır.

Hazırkı total dezinformasiya şəraitində ermənilərin: beynəlxalq hüquq, məhkəmə, vəkillik  institutları, müxtəlif adlar və sahələr üzrə ölkələrarası:  hüquq profilli akademik ictimaiyyət, universitet hüquq birlikləri, “soyqırım” araşdırma, qadın hüquq təşkilatları, institutlar, assosiasiyalar, fakültələr, təqaüd  proqramları  və s. istiqamətli mərkəzlər, hüquq yönlü QHT-lər, onları yönəldən konkret adlar və s-lə bağlı  təhlillərə kəskin ehtiyac yaranıb.

Bu həm sözügedən şəbəkənin fəaliyyətinə qarşı önləyici-preventiv addımların atılması, həm də onların xalqımıza və dünyaya tanıdılması yönündə strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi (STM), ölkəmizə qarşı aparılan hibrid   müharibənin yeni fazasında məhz bu mövqenin vacibliyini nəzərə alaraq, “Dezinformasiyaya qarşı mübarizə, ifşa detektoru” Layihəsini həyata keçirir. Bu silsilədən  təqdim edilən növbəti analitik hesabatda, 2023-cü ilin avqust ayından başlayaraq Qarabağda ermənilərə qarşı saxta “soyqırımla” bağlı aqressiv tirajlanan “L.M.Okamponun ekspert rəyindən” bəhs edilir. Ölkə mediasında Okamponun rəyinə:1-cisi, ciddiyə alınaraq cavab verilməsi; 2.Okamponun yalnız siyasi korrupsiya fəaliyyətinə toxunulmasının qeyri-kafi və  qeyri-məqbul olması vurğulanır.

Əsas məsələnin-Okamponun özündən daha çox, onu dünyada ilk dəfə yaradılan beynəlxalq hüquq institutuna ilk rəhbər seçilməsinin, son 15 ildə tamamilə unudulan bu fiqurun necə yenidən nə üçün “dirildilməsinin” səbəbkarları və məqsədləri, başqa sözlə deyilsə- arxasında duran qlobal erməniliyin ifşası olduğu xüsusi vurğulanır.

Bu aspektdə, Argentinanın “5-ci kalonu” adlana biləcək, “Transparensy İnternational/Beynəlxalq Şəffaflıq” təşkilatını Latın Amerikasında təmsil edən “Vətəndaş Gücü”(Poder Ciudadano)  adlı QHT-nin  rəhbəri, yerli TV-də sosial problemlərlə bağlı şou-biznes verilişinin aparıcılıq edən Okamponun hələ 1985-ci ildən Argentina ermənilərinin əlinin altında, bu ölkənin məhkəmə-hüquq, media və biznes sektorunu idarə edən zəngin erməni diasporunun nəhəng infrastrukturunda çalışması, onların məqsədyönlü planları sayəsində BCM-nin başına necə gətirilməsi göstərilir.

Bu qisimdə Okamponun Argentinada müsir hüquq-mühafizə sisteminin, islahatlar proqramının banisi və rəhbəri adlandırılan, 90-cı illərdən bütün argentinalı prezidentlərinin  birbaşa məsləhətçisi, “ağsaqqalı” sayılan Levon Arslanlyanın (Leon Karlos Arslanyan) hələ 1980-ci illərdən əməkdaşının olmasına, bu fiquru çoxşaxəli fəaliyyətinə diqqət cəlb edilir.

Türkiyədən Buenos Ayresə mühacirət edən aktyorun oğlu -L.Arslanyan hələ 60-cı illərdən vəkillik fəaliyyəti ilə məşğul olub, 1982-ci ildə Arslanyan Cinayət Apellyasiya Məhkəməsinin hakimi, 1991-ci ildə Ədliyyə naziri, Argentinanın milli Təhlükəsizlik naziri, 1998–2007-ci illərdə 15 milyondan çox əhalisi olan Buenos-Ayres şəhəri/əyalətinin təhlükəsizlik naziri, daha sonra Buenos Ayres Cinayət Siyasəti və Təhlükəsizlik İnstitutunun prezidenti olub. 2005-ci ildə Buenos-Ayresdə “911 hüquq xidmətini” yaradıb Çoxsaylı hüquq institutlarının, Argentina İnsan Hüquqları Klubunun təsisçisi, Latın Amerikası ölkələrinin hüquq platformalarının təsisçi və rəhbəri olan Arslanyanın Argentinada ən böyük özəl hüquq şirkəti də var. Burada müxtəlif vəzifəli şəxslərin, transmilli biznes rəhbərlərinin, oliqarxların, prokurorların, prezidentlərin məhkəmə işlərinə baxılır. Qardaşı Xuan Arslanyan da Buenos-Ayres şəhərinin meri olub.

L.Arslanyan ən çox 80-ci illərdə Argentinada dövlət çevrilişi ilə hakimiyyətə gələn hərbçilərin (1976-1983) Qərbin müdaxiləsi ilə devrilməsindən sonra onların üzərində dünya mediasında rezonans doğuran, Nürnberq prosesi ilə müqayisə edilən “Xunta məhkəməsi” adlanan uzunmüddətli məhkəmə prosesinə rəhbərlik edib. Buna gösə “əfsanəvi prokuror, hüquq sisteminin banisi” və s. adlandırılır.  Xunta məhkəməsi ilə bağlı erməni diasporunun da səyləri ilə filmlər çəkilir, təbliğ edilir.

Erməni diasporun 3 nəslinin güclü şəbəkə yaratdığı, 90-cı illərdə Livandan olan erməni əsilli prezident, İrəvanın fəxri vətəndaşı, 24 apreli ermənilərə görə dözüm günü elan edən Karlos Menemin idarəçilik dövründə erməni diasporunun bütün rəhbər vəzifələrə-hüquq mühafizə sistemi, Arslanyanın təhlükəsizlik, Karlos Melkonyanın Argentina Milli Bankına sədr təyin edildiyi, xüsusilə hüquq-mühafizə sisteminin başına keçdiyi, Argentina hüquq məhkəmə sisteminə Arslanyanın rəhbərlik etdiyi bir vaxtda  L.M.Okampo QHT işindən müvəqqəti ayrılır.   Latın Amerikası üzrə Qərb yönümlü Transparensy təşkilatının təmsilçisi Arslanyanın əməkdaşı olur.

Argentinada qeyd edilən xunta məhkəməsi ilə bir mərhələnin  sonu və guya demokratiya erasının başlanğıcı görüntüsü yaradılır. Sözügedən Arslanyanın rəhbərlik etdiyi məhkəmə prosesi gedişində Okampo ittihamçı prokuror tərəfindən araşdırmaya köməkçi kimi dəvət edilir. Xunta məhkəməsindən sonra başda Arslanyan olmaqla, prosesi aparan heyət  “demokratiya simvolları” adı ilə siyasi məqsədlərlə təbliğ edilir. Proseslər bağlı sənədli filmlər çəkilir, kitablar yazılır. Bu prosesdə Okampo da erməni diasporunun yeni fiquru kimi təbliğ edilir.

Hesabatda Okamponun izi ilə BCM-nin yaranmasında bəri onun rəhbər heyətlərində, hakimləri sırasında argentinalıların,  bir qayda olaraq hüquqi dövlət imici ilə tanınmayan Argentinanın BCM-ni sözün əsil mənasında ələ keçirməsi, BCM-nin rəhbərliyində, eləcə də, rəhbər heyətdə argentinalıların böyük faiz təşkil etməsi,BMT-nin hüquq profilli strukturlarında irəli çəkilməsi, açar fiqurlara çevrilməsində bu ölkənin hüquq, media və biznes sektorunu idarə edən erməni milyarderlərin konkret “xidmətləri” faktlarla göstərilir.

Hesabatda Okamponun beynəlxalq hüquq sahəsində yaradılan ilk qlobal sistemin başına ermənilərin dəstəyi ilə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaradıldığı ilk dövrdə necə alternativsiz  namizəd kimi irəli sürülməsi və seçilməsi prosedurlarında baş verən qanun pozuntularının peşəkar hüquqşünasların dəfələrlə yazması, rəhbərliyinin ilk on ilində bu qurumun nüfuzunu darmadağın etməsi, bu səbəbdən dünya media və analitik təhlil gündəmində olması, ABŞ-ın davamlı kəskin tənqidinə məruz qalması faktları gətirilir.

BCM-nin baş prokurorluğa namizədləri irəli sürülməsi və seçilməsi prosesində Argentinanın BMT-dəki mümayəndəsi olan xanımın fəallığı, namizədliyini verən 2 Afrika ölkəsini onu geri götürməyi tövsiyə edərək buna nail olması, son anda Okamponun alternativsiz namizəd kimi tək qalması, bu alternativsiz seçki vəziyyətin BCM-Roma statusuna üzv ölkə olan Almaniya tərəfindən tənqid edilməsi və s. maraqlı məqamlar diqqətə çəkilir. Okamponun ilk dəfə yaradılan BCM-nin rəhbərliyinə gətirən erməni diasporunun çoxşaxəli fəaliyyətinə toxunulur.

Bu aspektdə hesabatda hələ BCM-nin hüquqi əsası olan Roma statutunun yarandığı ilk vaxtlardan BMT-də uzun müddət-1962-ci ildə, 24 yaşından mühasibliklə başlayıb-Baş Katibliyə qədər  gələn Kofe Annan fiquru ətrafında yuva salmış erməni diasporunun  gizli fəaliyyətindən bəhs edilir.

Sosial Tədiqatlar Mərkəzi öz araşdırmalarında dünya erməni diasporunun ciddi maskalanması səbəbindən ölkəmizdə məlum olmayan üzvlərinin qlobal fəaliyyətini ilk dəfə aşkara çıxarıb. Onlardan biri- Livan doğumlu dünya almaz-brilyant sənaye maqnatları (Bogh-Art”), hazırda Fransa, İngiltərə və Brüsseldə mənzillənən Albert, Jan, Ralf və Robert  Boqosyan qardaşlarından bəhs edilib. Hazırda Natali Luazo ilə əlbir olaraq, Avropa Parlamentində ölkəmizə qarşı yaradılan şəbəkənin başında Rafael Gluksmanın-Boqosyanlar ailəsinin üzvü olması göstərilib.Boqosyanların bacısı Meri Boqosyan 2000-ci ildən Livan mədəniyyət naziri olmuş Hassan Salamenin həyat yoldaşıdır.Hasan Salame uzun müddət Kofe Annanla birgə çalışıb.Ümumilikdə Kofe Ananın ətrafında ermənilərin sayı-heyrətamiz dərəcədə olub ki, bunun başlıca səbəbi-Boqosyan-Hassan Salame əlaqələri olub.

Butros Qalinin ABŞ-a münasibətdə müstəqil siyasəti fonunda bəlli  dairələr ABŞ-a daha loyal baş katib seçilməsi niyyəti ilə Qanadan olan Kofe Annanı BMT-nin 7-ci baş katibi vəzifəsinə gətirib. Bu vaxtdan ermənilərin BMT və beynəlxalq hüquq sahəsinə davamlı yerləşməsi olduqca intensivləşib. Sonda bugünkü mənzərə yaranıb-başqa sözlə deyilsə,bürokratik Qərbin hər gün çevikliklə Azərbaycana qarşı qətnamələr qəbul etməsi kimi vəziyyət yaranıb.

Kofe Anan-2005-ci ildə Hassan Salameni müxtəlif aralıqla İraq, Liviya və s. münaqişəli ölkələrdə BMT nümayəndəsi təyin edilir. Bu fəaliyyət gedişində Kofe Annanın oğlunun miqyaslı korrupsiya fəaliyyəti, BMT-nin ərzaq yardımı müqabilində külli miqdarda İraq neftinin alqı-satqısına bulaşdığı İsveçrə biznesi böyük qalmaqalların və  ayrıca tədqiqatın mövzusudur. Aydındır ki, bu fəaliyyət Kofe Annanın təmsilçisi olan Hassan Salamenin “həssas” diqqətinin nəticəsi olub. Bununla yanaşı, əsas məsələ, Kofe Ananın sərəncamı ilə təyin edilən Boqosyanlar ailə üzvü Hasssan Salamenin bu  quruma yerləşdirdiyi ermənilərdir. Kofe Annanın sağlığında onun köməkçilərindən olan Fransa vətəndaşı olan Korin Momal-Vanian hazırda BMT-nin Cenevrə ofisində “Konfransların İdarə Edilməsi və Çoxdillilik üzrə Əlaqələndirmə Mərkəzi”nin direktorudur. Ermənilərə hər cür şərait yaratmasının nəticəsidir ki, bu gün “Beynəlxalq Kofe Annan Fondunun” rəhbərliyində də Hassan Salame-Boqosyan, Korin Momal-Vanyan  və s. ermənilər keçib.

Kofe Annan fiquru dolayısı ilə Roma Statutu və BCM-nin yaradılmasında erməni faktorunun olduqca güclü mövqelərə sahib olmasını şərtləndirib.Məhz onun vaxtlarından beynəlxalq hüquq və cinayət-ədliyyə sistemində: 1. Amal Kluni və 2. Luis M.Okampo səhnəyə çıxır, sözügedən müstəvidə diasporlaşma-şəbəkələşmə tam gücü ilə davam edir.

Haqqında növbəti arayışın təqdim ediləcəyi Amal Kluni ənənəvi dünya ədalət ilahəsini əvəzləyərək, qlobal erməniliyin Femidasına çevrilir. Azərbaycanda 5-ci kalonun (Xədicə İsmayıl, Tofiq Yaqublu və s.) Avropa Məhkəmələrində vəkillik edən livanlı Amal Kluni 2010-cu illərdən livanlı-Boqosyanların dəstəyi ilə Kofe Annanın köməkçisi təyin edilir.

Həmin vaxtlardan bu günə qədər artıq özünün qlobal hüquq şəbəkəsini yaradan Amal Kluni BMT Ədalət məhkəməsinin, BCM-nin, AİHM-nin bütün əsas prosedurlarında aparıcı vəkil, ittihamçı və s. qismində fəaliyyətini davam etdirir. ( “Perincek İsveçrəyə qarşı” işində də ermənilərin vəkili olur). Xüsuilə, BCM-ndə Okamponun baş prokuror seçilməsindən sonra, indiki vaxta qədər də  bütün prosedurlarda iştirak edir.

Hesabatda Okamponun BCM-nə səriştəsiz rəhbərliyi dövründə, Afrika qitəsi ölkələrinin siyasi liderlərinə qarşı rüsvayçı qərəzli münasibətinə, onlara qarşı əsassız cinayət işləri qaldırmasına, daxili sabitliyi pozmağa hesablanmış uzunmüddətli axtarış və məhkəmə prosedurlarına cəlb edilməsi görə BCM-nin “kolonializmin xidmətçisi” adlandırılması, Afrika qitəsi ölkələrinin Okamponun sifarişli və qərəzli məhkəmə çəkişmələrinə kəskin etiraz əlaməti olaraq, BCM-nə üzvlükdən kütləvi və nümayişkəranə sürətdə çıxması, qitə əhalisinin mediada “Okampo  üsyanı” adlanan kütləvi etiraz aksiyaları təşkil etməsi, bu şəxsin kənardan idarə edilən bu şəxsin sifarişlər əsasında gördüyü işlər nəticəsində beynəlxalq hüququn “Okampo siması” ilə eyniləşdirilərək məruz qaldığı ağır nüfuz itkisi, ədalət institutu kimi aldığı zərbələr faktlarla təhlil edilir.

Hesabatda Okamponun BCM-nə rəhbərliyi dövründə qurumun idarəçiliyində baş verən kobud səhvlər, məhkəmə prosedurlarının hüquq adına utanc gətirən fəaliyyəti ilə bağlı beynəlxalq hüquq sahəsində peşəkarların çoxsaylı ifşaedici tədqiqatlar mənbələrlə, beynəlxalq ədalətin təminatında konfidensial sayılan prosedurları şou-biznes sahəsi təmsilçilərinin cəlb edilməsi ilə ilə  yolverilməz şəkildə “həll etmək səyləri”nə dair sübutlar misal gətirilir.

BCM-nin, yalnız Afrika ölkələrinin rəhbərlərinə qarşı bəlli mərkəzlərin sifarişi ilə siyasi rejimləri dəyişdirmək məqsədi ilə qərəzli cinayət işləri açmaq, onları həbs etmək  yönündə fəaliyyəti ilə bu ölkələrdə vətəndaş müharibəsi həddinə çatan qeyri-sabitlik proseslərinə rəvac verməsi, on il sürən əzablı məhkəmə çəkişmələrinə cəlb etməsinə baxmayaraq, heç nəyə nail olmaması və s. nəticəsində qurumun nüfuzunu məhv etməsi ilə bağlı sahənin peşəkar hüquqşünasları tərəfindən yazılan 10-larla tədqiqat  mənbələri dəqqət mərkəzinə gətirilir.

Okamponun beynəlxalq hüquqşünas kimi BCM rəhbərliyində bu sahədə tələb olunan yüksək mənəvi meyarların, şəffaflıq və hesabatlılıq prosedurlarının heç birinə əməl etməməsi, qərəz və korrupsiya fəaliyyəti  sayəsində hüquqşünas simasını itirərək tamamilə gözdən düşməsi, 2010-cu illərdən bəri hüquq cameəsində unudulması qeyd edilir. Yalnız vaxtaşırı Ermənistanda keçirilən beynəlxalq soyqırım konfranslarında iştirak etmək üçün 2010-cu ildə və 2015-ci illərdə erməni prezidentlərlə görüşməsi vurğulanır.

Okampo adının beynəlxalq hüquqda unudulduğu 15 ildən sonra, Azərbaycanın Qarabağda Zəfərindən, xüsusilə, 2022-ci ildən başlayaraq, ermənilər tərəfindən “yenidən diriliş” ssenarisinin təfərrüatları, bu sahədə aparılan təbliğatın tamamilə saxtakarlıq və yalan üzərində qurulması  faktlarla  təqdim edilir.

2022-ci ildə 1.qondarma respublikada və 2.İrəvanda Amal Kluninin beynəlxalq insan hüquqları şəbəkəsinin 2 mərkəzi təsis edilir. Baş qərargahı Los-Ancelesdə yerləşən bu mərkəzlərin qarşısına Azərbaycanın “hərbi cinayətləri” ilə bağlı faktlar toplamaq vəzifə kimi qoyulur. A.Klunini beynəlxalq vəkil şəbəkəsi və Amerikanın “Erməni vəkillər Asosiasiyası” Xankəndində və İrəvanda treninqlər keçirir, beynəlxalq konfranslar təşkil edir. Xüsusilə, saxta “blokada” qalmaqalının yaradıldığı 9 ay ərzində bu 2 mərkəz olduqca fəallıq göstərir.

Nəhayət, 2023-cü il avqustun 7-də qlobal erməni vəkil şəbəkəsinin hazırladığı hesabat “Okamponun ekspet rəyi” adı altında tirajlanır. Heç yerdə adı olmayan Okampo son 15 ildə ermənilərin Amerika v Avropadakı təhsil, hüquq  və s. qurumlarında müvəqqəti təqaüdlərlə başını girləyir. Yaydakı hesabatından sonra onun “məşhur ekspert kimi” yenidən diriltməsinə çalışsalar da-alınmır.

L.M Okamponun siyasi korrupsiya fəaliyyəti ilə bağlı qeyd edilsə də onun bütün miqyası və ən çirkin metodlara əl atması haqda geniş yazılmayıb. Hesabatda bu məqamlara-Okamponun Sudan prezidenti Omar əl Bəşəri aldadıb məhkəməyə gətirmək üçün dünya şou biznes nümayəndələri, Hollivud ulduzu olan Anjelik Joly ilə BMT-nin konfidensial materiallarını paylaşması, Anjelikanın Omar Başiri tədbir adı ilə aldadıb gətirməsi ilə bağlı xahişi və s. çoxsaylı utancverici hərəkətlərinin  beynəlxalq hüquq cameəsində hiddətlə qarşılanması, qlobal rəngli inqilabların sponsoru olan Pyer Omidyarın həyat yoldaşından da analoji xahişlər etməsi və s. rüsvayçılıqları yer alıb.

Hesabatda Okamponun Liviyada və Afrikada-Sudanda baş verənləri araşdırmaq üçün Amal Kluninin həyat yoldaşı, “ermənidən daha çox erməni” olan Hollivud ulduzu Jorc Kluninin CİA tərəfindən maliyyələşdirilən özəl dron kəşfiyyat şirkətini cəlb etməsi kimi kəskin qanun pozuntularına yol verməsi, Hollivud ulduzları və  BCM rəhbərliyi arasında münasibətlərin beynəlxalq hüquq adına gətirdiyi nüfuz itkisi ilə bağlı peşəkar ekspertlərin öldürücü tənqidlərinin yer aldığı mənbələr təhlil edilir.

Siyasi korrupsiya və ofşor qalmaqalları bəlli olan Okamponun son dövrdə daha bir siyasi korrupsioner amerikalı erməni lobbiçisi Bob Menendesin əlaqələri, Konqresdə birgə müzakirələr keçirməsi, sonuncunun hazırda istintaq prosesində olması fonunda, dünya erməni şəbəkəsinin hüquq və ədalət sisteminə gətirdiyi qərəz və korrupsiyanın ağır nəticələrinə  diqqət cəlb edilir.

Hesabatda Okampo nümunəsində Argentinada erməni diasporu ilə bağlı tədqiqatların, Argentina xarici siyasətində erməni faktoru məsələsinə toxunulur. Erməni prezident Karlos Menemdən sonra ötən həftə prezident seçkilərində yenidən demək olar ki, ermənilərin qalib gəlməsi vurğulanır. Bu aspektdə Argentinanın 2-ci ən varlı şəxsi, dünyada 53 hava limanı olan Eduardo Ernekyan  fiqurunun son 50 ildə ermənipərəst siyasətin əsas isimlərindən olması qeyd edilir.  Ötən həftə prezident seçilən Xavyer Miley – 15 il E.Ernekyanın iqtisadi müşaviri olub və onun tövsiyəsi ilə seçkilərə qatılıb. Ernekyanın maliyyəsi ilə qalib gəlib.

Dünyada erməniləri himayə edən dövlətlər sırasında Fransanı önə çəkilməsi fonunda Argentina kölgədə qalıb. Halbuki Fransa dünya ermənilərinin siyasi paytaxtı, Argentina isə-maddi-maliyyə paytaxtıdır. Bu 2 məqam isə bir biri ilə sıx bağlıdır. Argentina əsilli şəxslərin beynəlxalq hüquq məkanına intensiv yerləşdirilməsi, BCM-də ilk prokurorun (Okampo) argentinalı, onun müavininin, Okampodan sonrakı baş prokurorun da argentinalı xanım olması, BMT-nin saxta soyqırım sənədini qəbul etdirən şəxsin argentinalı olması diqqəti çəkir. G-20 son sammitində Argentina prezidenti Fernandesin Laçın blokadasından bəhs etməsi sensasiya olmaqla yanaşı, təsadüf sayıla bilməz. Çünki Fernandesin seçki kompaniyası L.Arslanyanın maliyyəsi ilə təşkil edilmişdi. Bu dəfə seçilən Xavyer Mileyi isə Eduard Ernelkyan maliyyələşdirir. Argentinada biznes-media və maliyyə müstəsna olaraq ermənilərə məxsusdur. 2010-cu ildə ermənilər bu ölkəyə R.T.Ərdoğanın nəzərdə tutulmuş səfərini ləğv elətdirmişdi. O zaman Türkiyə XİN rəsmi bəyanatla erməni diasporunun bu ölkəni yönəltdiyini açıqlamışdı. Bütövlükdə, hazırda ölkəmizə qarşı açılan yeni: beynəlxlaq hüquq, məhkəmə-diplomatik savaşda Argentina-Fransa, ispandilli ölkələrin hüquq şəbəkəsinin mütəşəkkil fəaliyyətinin nəticələrinin uzun müddət “qanqaraldıcı” effekt yaradacağı istisna deyil. Bu hücumlara qarşı isə ilk və başlıca məsələ, həmin mütəşəkkil “beynəlxalq hüquq mafiyasının” çevik ifşa edilməsi, konkret şəxslərlə bağlı faktların təqdim edilməsidir.

Əlavələr:

Dünyanın ən varlı ermənilərinin 2-cisi argentinalı, ötən həftə prezident seçilən şəxsin sabiq şefi və maliyyəçisi Eduard Ernekyandır.1-ci yerdəki Sergey Qalitski Bakıdakı Maqnit mağazalar şəbəkəsinin sahibidir.

Arslanyan  və işçisi Okampo

Okampo və şefi Arslanyanla bağlı

2010-cu ildən BƏM-BCM BMT də Kofe Ananı yönəldən Amal Kluni

Xankəndi və İrəvanda Kluni mərkəzlərində Okampo təlimləri 2015-ci ildə   Okampo irəvanda

Hassan salame Boqosyan

Okampo Amal Kluni Hassan Salame 2017-ci ildə İraqda

https://www.instagram.com/p/BUAjyCXga4w/    •Embassy of Iraq – London. MAY 13, 2017

Hazırda BCM-nin rəhbəri Kərim Xan erməni diasporuna xidmət edir. Amal Kluni onun müşaviridir

Okampo və Kərim xan Amal Kluninin Mərkəzində rəhbərlikdədir

Ernekyanın seçdirdiyi yeni prezident  

Ernekyanın himayə etdiyi Xavyer Mileyin seçki simvolu-motopiladır…