Gənclər və İdman nazirliyi, Bakı Gənclər Mərkəzinin rəsmi tərəfdaşlığı, İnkluziv Orqanizeyşının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik Yubileyinə və Beynəlxalq Əllilliyi olan Şəxslər Gününə həsr edilmiş “Uğurun zirvəsi” adlı tədbir proqramı keçirilib.

Tədbir iki hissədən ibarət olub. Birinci hissədə inklüziv istedadlı şəxslərin sərgisi keçirilib. İkinci hissə isə bədii hissədən ibarət olub. Bədii hissə Eşitmə və Nitq məhdudiyyətli gənclərin ifasında Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.

Daha sonra müğənilərimizdən Elnarə Xəlilova, Mirəli Əliyev, Cavidan Fatihi, Ayna Band, Əli Faiq Mirzə, Döngə qrupu, İnklüziv gənc olan Rəvanə Ağamirova və Aysel Əlizadə öz ifalarını səsləndirib. Eşitmə və nitq məhdudiyyətli gənclərin və Xəzər Ulduzları rəqs ansamblı öz rəqsləri ilə çıxış ediblər. Bundan başqa tədbirdə iştirak edən uğur qazanmış əlilliyi olan şəxslər, Nərgiz Abdulova və Vüsalə Kərimova öz uğur hekayələrini bölüşüblər.

Tədbirin sonunda isə İnkluziv Orqanizeyşının təsisçisi və rəhbəri İbrahim Məmmədov gəncləri, eyni zamanda iştirakçıları diplomla mükafatlandırıb.