Prezidentliyə namizəd Zahid Orucun vəkili Əziz Əlibəylinin iştirakı ilə 18 yanvar 2024-cü il tarixində Gədəbəy rayonunda seçicilərlə görüş keçirilib. Görüş çərçivəsində namizədin platforması rayon ictimaiyyətinə təqdim olunub. Əziz Əlibəyli görüş zamanı qeyd edib ki, Gədəbəy rayonu I Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazanılan qələbə ilə anılıb və buna görə son 30 ilin reallıqlarını bu bölgənin insanları daha yaxşı bilir.
Onlar necə ki, Başkənd əməliyyatında və eləcə də digər döyüşlərdə qalibiyyətin memarı olublarsa, eləcə də dinc və gələcək qalibiyyət dövrü üçün də seçki prosesinin vacib iştirakçıları olmalıdırlar. Onların qərarları Azərbaycanın qarşıdakı 100 illik dövrünün müəyyən olunmasına çox əhəmiyyətli təsir göstərəcək.
Onlar Zəfər seçkilərinə kifayət qədər dərk edilmiş həqiqətlər əsasında gedirlər və bu baxımdan, onların 7 fevral seçimləri Azərbaycan dövlətçiliyi naminə və qalib gələcəyə yönəlik olmalıdır. Əziz Əlibəyli bu bölgənin düşmən qarşısında çəpər olması missiyasını vurğulayaraq, Gədəbəy camaatını ölkənin daha dinamik inkişafı, daha güclü siyasi əsaslarla regional və qlobal münasibətlərdə düşmənlərə güclü bir sədd, dostlara isə möhkəm əməkdaşlıq platforması yaratması üçün dəstək verməyə çağırıb.
Görüş iştirakçıları Zahid Orucun platformasında irəli sürülən yeni idarəçilik modeli – Zəfər Respublikasının qurulmasını, bu respublikanın qalib vətəndaş paramentrlərinin, onun həyat tərzinin, yəni qalib həyat tərzinin təsis edilməsi üçün təqdim etdiyi yanaşmasını dəstəklədiklərini bəyan ediblər.
Gədəbəy rayonunda qeydiyyata alınmış Prezidentliyə namizədlərin təbliğat kompaniyasının aparılması üçün bərabər hüquqlu və hər cür şərait yaradılmışdır