Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistanın boz kardinalı və ya baş nazir Nikol Paşinyanın hələ də hamisidirmi? Rusiyanın Ermənistandakı səfiri də Petrosyanla şəxsən onun yaşadığı malikanəsində bir neçə dəfə görüş keçirmişdir. Dünən isə İranın Ermənistandakı səfiri Ermənistanın birinci prezidenti ilə müzakirə aparıb. İran Paşinyana çatdırılacaq mesajları Petrosyan vasitəsiləmi ötürür? Görüşdə müxtəlif məsələlərə toxunulub, diqqətimi çəkən regional kommunikasiyalarla bağlı hissəsi idi. Ermənistan hakimiyyətinin son zamanlar Zəngəzur dəhlizində İrana tətbiq edilən qaydaların öz ərazisinə də şamil olunmasının kökündə dayanan düyünləri açılmağa başlayır. Proseslər Cənubi Qafqazda nisbətən sakitdir, kövrək vəziyyət hər an dəyişə bilər.

Tural Əliyev, politoloq