ABŞ-ın Müharibələr Araşdırmaları İnstitutu bu yaxınlarda bildirib ki, Rusiya qışda Belarus ərazisindən Ukraynaya hücum edə bilər. Məlumata görə Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı məqsədləri dəyişməyib. ABŞ analitiklərinin fikrincə, Rusiyanın Belarusdakı hərbi mövcudluğunun 2022-ci ilin payızından etibarən artması Rusiyanın bu ölkə ərazisindən Ukraynaya hücum edəcəyi ilə bağlı ehtimalı artırır. Məlum olduğu kimi Şərqi Avropada müharibə bu ilin fevral ayının 24-də başlayıb. 10 aya yaxındır davam edən savaş bütün regiona təsir etməkdə davam edir. Müharibə başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, biz 3 günə Kiyevə daxil ola bilərik. Amma onun bu çıxısı özünü doğrultmadı. Baş verənlər göstərir ki, Rusiyanın imkanları getdikcə tükənməkdədir. Belə olan bir vaxtda ABŞ-ın müharibə Araşdırmaları İnstutunun bildirdiyi kimi Rusiyanın Belarus ərazisindən Ukraynaya hücumu heç də doğru deyil.


Bu haqda açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, sözügedən açıqlamanın müəyyən əsasları var: “Birinci onu demek olar ki, Rusiya öncədə Belarus üzərindən Ukraynaya hücum edib. Fevralın 24-də başlamış işğal Kiyev və ətraf ərazilər, o cümlədən Çernobıl məhz Belarus üzərindən Rusiya qoşununun hücumu ilə həyata keçirilmişdir. İkinci bir məqam ondan ibarətdir ki, son günlər Rusiya qoşunu Belarusyada kütləvi şəkildə toplaşmağa və yerli ordu ilə hərbi təlimlər keçməyə başlıyıb. İşğaldan əvvəlki dönəmdə də Rusiya qoşunu Belarusyada hərbi təlimlər həyata keçirirdi. Rusiya qoşununun Belarus ərazisində hərbi təlimlər keçirməsi və dekabrın 5-də Ukrayna tərəfi 9000-lik şəxsi heyətdən ibarət olan Rusiya qoşununun hərbi təlimdə iştirak etdiyni bildirməsi Rusiyanın növbəti dəfə Belarus üzərindən Ukraynaya hücüm edəcəyinin işarəsi ola bilər. Ancaq bunların hər biri sadəcə bir ehtimaldır. Odur ki, bu məsələyə skeptik yanaşıram. Çünki, hazırda Rusiya müharibə nəticəsində kifayət qədər tükənib. Həm iqtisadi sanksiylarla üz-üzə qalıb, həm də beynəlxalq ictimaiyyət tərəfindən dünyadan təcrid olunur”.

Analitikin sözlərinə görə Rusiya döyüşlər nəticəsində xeyli itki verib: “Rusiya əsas diqqətini Baxmut istiqamətində həyata keçirir. Bu hücumlarda da Rusiya yüzlərlə itki verir. Eyni zamanda Rusiyanın fevral hücumundan sonra daxil olduğu ərazilər Kiyev ətrafı və Çernobıl idi. Rusiya həmin ərazilərdən çox uzaqda yerləşdiyinə görə oraları hərbi təchizatla təmin etmək müşkül məsələ idi. Buna görə Rusiya həmin ərazilərdən özü çıxdı. Bunlar Rusiyanın yenidən qış aylarında Belarus ərazisindən hücum ehtimalını azaldan faktorlardır. Rusiyanın Belarus ərazisində bu qədər qoşun yığmasında məqsəd həm hərbi manevra əl atmaq, həm də Kiyevi danışıqlar masasına oturtmaqdır”.
Şahanə Tağızadə, BDU jurnalistika fakültədinin tələbəsi