İran artıq bir-neçə gündür İraq, Suriya və Pakistana ağır raket atışları etməyə başlayıb. Bəs sözdə islam ölkəsi olan, şəriət ölkəsi olan İranın müsəlman ölkələrinə qarşı niyə belə xain addım atır? İranın bu hücumları daxili plandırmı? Məqsədləri nədir?
Xatırladaq ki, ötən ayın sonlarına doğru başlayan İsrail-Fələstin müharibəsində İran üzdə olmasa da pərdəaxrasından bu müharibəyə qoşulmuşdu. Hətta İrana aid terror təşkilatı sayılan Hizubullah da İsrailə qarşı savaşmağa başlamışdır. Amma artıq İranın iç üzü ortaya çıxmağa başladı. İsrail-Fələstin müharibəsi başlayan zaman İsraili mülki vətəndaşları öldürməklə təqsirləndirən İran hal-hazırda özü bu yola əl atır. İranın Pakistana atdığ raketlər, bir-neçə mülki vətəndaşın hələk olmasına səbəb olub.
İranın belə bir addım atmasının səbəbi bölgədə güc sahibi olmaq istəyidir. Düzdür, buna çox nail olmasa da belə xain planlar quraraq hədəflərinə çatmağa çalışırlar. Müsəlman qardaşlarının qanını axıdan İran niyə o, zaman “İran İslam Respubilkasıdır”?
İsrali və ABŞ qınayan İran özü hal-hazırda İslam dünyasının ən böyük düşməni hesab olunur. Pakistan İrana lazımi cavab verdi və bildirdi ki, lazım olsa İranı yox edə bilərik. Bəli, Pakistanın bu gücü var. Pakistan nüvə silahına sahib olan ölkələrdən biridir.
Bəs İran bunu bilə-bilə niyə belə hegomonyalıq etməyə çalışır?
Bu məlum məsələdir ki, İran bunu öz gücü və ağlı ilə etmir. İran Qərbi nə qədər pisləsə də, nə qədər münasibətləri gördüyümüz qədər yaxşı olmasa da, həm Qərb, həm də ABŞ tərəfindən dəstək alır. Çünki vaxtıilə İraqa girən ABŞ-dan heç bir fərqi yoxdur. Onlar da ABŞ müsəlman ölkələrinə hücum edirlər. Amma İranın bu planları tezliklə olunacaq və müsəlman ölkəri arasında öz nüfüsunu itirəcəyini düşünürəm.
Əgər İran İslam dininə bağlı bir dövlət olsaydı, Azərbaycanın düşməni olan Ermənistanla yaxın əlaqələr qurub Azərbaycanın arxasından xain planlar qurmazdı. Digər müsəlman ölkələri İranın iç üzünü indi görməyə başlayıb. Amma Azərbaycan isə İranın necə nankör, saxtakar və iki üzlü dövlət olduğunu çoxdan bilirdi. İran İslam dövlətləri arasında üz qarası kimi adını tarixə yazdı və yazmağa da davam edəcək.
Əminəm ki, bütün İslam ölkələri İranın bu xain əməllərinə qarşı lazımi cavabı verəcək.
Eltac Zülfüqaroğlu