Tehranda səfirliyimizə terror hücumundan bir il ötür. İranda səfirliyimizə terror hücumundan bir il ötür. Bir il ərzində İran hakimiyyəti və istintaq orqanları bu terroru məişət səviyyəsinə endirməyə cəhd edirlər. Bir il ərzində törədilmiş terrora baxmayaraq İran tərəfi terrorçu ilə bağlı qərar vermir. Bugün terrorçunun məhkəməsi olacaq. Bu məhkəmənin məzhəkə olacağı şübhəsizdir. Çünki bu terrorun arxasında SEPAH dayanır. Azərbaycanın tələb və təkliflərinə baxmayaraq Tehran rejimi bu hücumu terror kimi qəbul etmir və istintaqı qəsdən aparmır. Ne vaxt terrorçu İran qanunlarına görə edam hökmü ilə cəzalandırılacaqsa, yaxud uzun müddətli həbs veriləcəksə, Azərbaycanın Tehrandakı səfirliyi onda fəaliyyətə başlamalıdır.

Məhəmməd Əsədullazadə, politoloq