Gəldik çatdıq, Azərbaycanın ən həssas ucunda dünən baş verən hadisələrin pərdəarxasına.
Ermənistana külli miqdarda silah verən qərb yeni müharibə sifarişi edib.
Ermənistan mediası qan-qan deyir.
Azərbaycan rəhbəri xəbərdarlıq edir. Maraqlıdır ki, bu coğrafiyada savaş çıxacaqsa, İran və Rusiya hədəfə gələcək. Amma İrəvana silahlar Gürcüstan və İrandan buraxılır. Bir növ, hər iki dövlət öz ayağına sıxmaqla məşğuldur.
Azərbaycana gəldikdə, ATƏT, Aİ, AŞ və s. missiyalar üzərimizə təzyiq etməklə, ABŞ isə birbaşa düşmən ordusunu silahlandırmaqla Yaxın Şərq və Ukrayna coğrafiyası arasında yeni zəncir qurmağa çalışırlar.
Buna ən müsaid coğrafiya, təəssüf ki, normal dövlət hakimiyyətinin olmadığı Ermənistandır.
Təxminən, düzxətt boyunca 2500 kmlik məsafədə yeni münaqişə xəttinin əhatə edəcəyi ərazilər isə dünyanın ürəyi hesab edilən zonalardır.
Xəzər akvatoriyası – Xəzər – Qara dəniz zonası və dərhal Orta Asiya ölkələri, İran, İran körfəzi və Türkiyə, Ermənistan və Gürcüstan. Qafqaz, ənənəvi kommunikasiya yolları.
Üçüncü savaş xəritəsinin konturlarını cızan mərkəzləri bütün istiqamətlərdə işləməkdədirlər.
Sərhəddə binoklla, Bakıda diplomatik geyimdə, Avropada və qərbdə biznesmen və lobbiçi kimi, İrəvanda isə silah tüccarı kimi.
Qeyd: Təkcə, Türkiyə ətrafında aktiv 7 müharibə zonası movcuddur, Azərbaycanla da bunu inşa etməyə çalışırlar.
SWOT analizlərə hələ müraciət etmirik, amma əmin olun ki, müsbət dinamikalarımızla cavab verəcək üstünlüyümüz daha çoxdur.
Parisdə, Delhidə, Tehranda və Vaşinqtonda qərarın nə olmasından asılı olmayaraq.
P.S. Azərbaycan ordusu dünən əsgərimizin snayperlə hədəfə alınmasından sonra ilk dəfə bu ildə “qisas” əməliyyatı keçirib. Onlardan ölənlər var. Bu, həm də o deməkdir ki, Ermənistanın yeni silahlarına qarşı ordumuz ilk sınağını da uğurla vermiş oldu.
Əziz Əlibəyli
Ekodünya” Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri