Dünən gözlər həm də Nikol Paşinyanın verdiyi həftəlik brifinqdə idi. O açıqladı ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Dərhal Əliyevin “Paşinyan A deyirsə, B də deməlidir” fikri tirajlandı.Əliyevin dediyi “A” – Paşinyanın dediyi “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” ifadəsi idi, “B” isə “Qarabağ Azərbaycandır” lozunqu olmalıdır. Lakin Nikol hələ də vergül qoyur.

Əliyevin revanşistlərlə bağlı dediyi – Ermənistanda Rusiyaya, İrana və Fransaya ümid bağlayan nakam siyasətçilərə göndərmə idi ki, mən sizinlə qalib ordunun komandanı kimi danışıram və dərhal da yadımıza düşdü ki, dünən İsrail XİN Azərbaycana səfərə gəlib.

Çünki 1. İsrail Azərbaycana daha modern silahlar verir, 2. Azərbaycan hərbi büdcəni daha da artırır. 3. indiki ordu 2020-dəki qalib ordudan da güclüdür.

Xocalı qatilləri ifadəsi əslində Nikola son xəbərdarlıq idi ki, ondan ibrət götürsün, o qatillər təkcə məğlub deyillər, doğulqudqları torpaqlara da qayıtmağa “dux”ları çatmır.

Qarabağdakı ermənilərin separatçı rəhbərlərinə isə “təlxək” bənzətməsi verməklə onların çabalarının yalnız dram, teatr olduğunu açıqladı və ilk dəfə HAMIMIZIN GÖZLƏDİYMİZİ SÖZÜ DEDİ: ya vətəndaşlığımızı qəbul etsinlər, ya da rədd olsunlar. Bunun nə demək olduğunu ifadələr izah elədi: “rədd olsunlar”, “səbrimizi sınamasınlar”, ayrı yerı köçsünlər və s.

Ağalı və Talış kəndlərinə köçü Zabux və SUS-a qayıdış davam etdirəcək: çünki:a) Ağalı – bizim Güney sərhədimizin – Araz konsepsiyasının, Zəngəzur dəhlizinin, Güney Azərbaycanın, Er-an və Türkiyə siyasətinin ana torpağıdır – orda ilk dəfə ordu və xalq birliyi təcəlli edib.b)Talış – Bu, reinteqrasiya prosesinin ana nöqtəsidir – Ağdərəyə, Sərsəngə qayıdışın qaranquşudur.c) Zabux – Laçın konsepsiyası isə bütün Qarabağın bayrağımız altında yaşamağa başlaması anlamına gəlir deməkdir.

Azərbaycan iki ana torpağa QAYIDIR – 1. Zəngəzura 2. Qarabağa – 2,5 ildə Azərbaycan üç cəbhədə savaşaraq irəliləyib: a) Qarabağdab) Ermənistanla sərhəddə) Qlobal informasiya savaşında – Azərbaycan bayrağı Zəngəzurda dalğalanır deməsi isə bu gün yandırılan bayrağın Qafandan, Sisiandan, Zəngəzurdan, Göyçədən görünməsinə işarə idi, Azərbaycan bayrağında ay simvolu var və ay həmişə qərb üçün şərqdən – yəni Azərbaycandan doğur.

Əziz Əlibəyli – siyasi şərhçi

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri