Nikol Pasinyan 31 kəndin və 170 kvadratmetr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb. Və belə bir xəritə də paylaşıblar. Aydınlıq gətirmək lazımdır ki, Ermənistan bu iddialar ilə sülh prosesinə zərbə vurmağı hədəfləyir – desək, bu, ümumi yanaşmadır. Amma konkret nəyi hədəfləyir? Bax bunu anlamaq üçün iki detalı bölüşmək lazımdır;
1. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib (Açığı, adamın ağlına nüvə silahından başqa nəsə gəlmir)))
2. Niyə 31 kənd məsələsi ortalığa atılır?Çünki proseslər 7 Qazax kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq…
Bəs, 31 kəndin əsl hekayəsi nədir?Deməli, son müharibədən sonra GPS ilə müəyyənləşən yeni postlarımiz elə zonalara düşür kı, orda mütləq erməni kəndi var: Cermux kimi, Qafan aeroportu kimi nümunələr çoxdur.Çünki faktiki sərhədin olmamasından istifadə edib, Azərbaycan torpaqlarını öz əraziləri kimi istifadə ediblər, indi torpağın sahibi gəlib və adamlar dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb.
Əziz Əlibəyli