Tədbirdə çıxış edən STM-in Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, Qərbi Azərbaycana baxış dövlətin strateji siyasətinin əsasını təşkil edir, eyni zamanda, ölkə rəhbəri Vətən müharibəsində əldə olunan qələbədən sonra azərbaycanlıların öz dədə-baba yurdlarına sülh şəraitində qayıtması konsepsiyasını irəli sürüb.

Departament müdiri qeyd edib ki, bu, işğaldan azad olunmuş Azərbaycan torpaqlarına Böyük Qayıdış prosesi olsa da, tarixi Azərbaycan torpaqlarına – Qərbi Azərbaycana sülhün əldə olunmasından sonrakı qayıdışı da əhatə edir. Vurğulayıb ki, bu məsələ Azərbaycan tarixinin sinxron bağlarından birini təşkil edir, nəticədə azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, işgəncələrə, insanlıq əleyhinə cinayətlərə məruz qalıblar, onların beynəlxalq səviyyədə hüquqları tapdalanıb, tanınmayıb.

STM rəsmisi kollecin tələbələrinə onu da çatdırıb ki, müasir dönəmdə gənclərin qarşısında mühüm ideoloji vəzifələr müəyyən olunub, bu vəzifələr həm də gənclər üçün tarixə sahib çıxmaq, daim təbliğat aparmaq, Azərbaycanın çox önəmli tarixinə, tarixi anlarına qatqı verməkdən ibarətdir. Söyləyib ki, İrəvan qədim Azərbaycan torpağıdır və İrəvan qalası orada tarixmizin ən mühüm detallarından birini təşkil edir.