12 may 2024-cü il Bakı şəhərində keçirilən Beynəlxalq Təhsil Sammitində Azərbaycan, Gürcüstan, Türkiyə və Hindistanın təhsil sahəsində çalışan rəhbər, müəllim və tələblər iştirak etmişlər. Beynəlxalq Təhsil Sammitində bir neçə təhsil sahəsi haqqında çıxışlar və panel müzakirələr olmuşdur. İştirakçılardan biri də Qobustan rayon Cəyirli kənd Rasim Huseynov adına ümumi orta məktəbin ingilis dili müəllimi Aynur Axundova olmuşdur. Aynur Axundova “Çevik təhsilin şagirdlərin təhsilində rolu və dəyişən sinif mövzusu”nda panel müzakirəsində çıxış etmiş, mövzu haqqında ətraflı məlumat vermişdir.
Sammitin sonunda iştirakçılar və çıxışçılar sertfikatlarla təltif olunmuşdur. Qeyd edək ki, təhsil sammitində Aynur Axundova “Global Teacher Award” mükafatı ilə təltif edilmişdir. Aynur Axundova bu mükafata 2021-ci ildə layiq görülmüşdür, lakin pandemiya səbəbi ilə əlaqədar Hindistanda keçirilən təqdimetmə mərasimində iştirak edə bilmədiyi üçün mükafat Bakıda təqdim edilmişdir. Qlobal Müəllim Mükafatı AKS Education Award tərəfindən hər il keçrilir və bu tədbirdə dünyanın hər ölkəsindən minlərlə müəllim, tələbə iştirak edir. Həmin müəllimlər arasından ən yaxşı 100 müəllim bu mükafata layiq görülür. Mükafat nüfuzuna görə dünya çapında ən tanınmış təhsil mükafatı kimi tanınır. Mükafatın əsas məqsədi gənc nəslin təlim-tərbiyəsində zəhmət çəkən, öz yeni innovativ və kreativ metodu ilə seçilən müəllimlərə stimul, motivasiya verməkdir.