Birjada ticarət edənlər üçün – gəlir vəd edən yatırımlar hansıdır?
Bu gün ABŞ-da əmək bazarının vəziyyətinə dair statistik məlumatlar açıqlanacaq.
Son həftəyə görə ABŞ-da İşsizlik müavinəti üçün müraciətlərin sayı öncəki həftə ilə müqayisədə 242 mindən 235 minə enib.
Yəni işsizlik üzrə statistik göstəriciləər yaxşılaşıb.
ABŞ-da daşınmaz əmlak bazarındakı bu günə olan informativ bilgilər də açıqlanacaq.
Birja treyderləri olaraq hesab edirik ki, (alternativ mənbələrdən) ABŞ-da may ayında tikintisinə başlanılan yeni evlərin sayı aprel ilə müqayisədə 1.36 milyondan 1.37 milyona yüksəlib.
Bu da müsbət tendensiya olaraq dəyərləndirilir.
ABŞ-da açıqlanacaq makroiqtisadi göstəricilərdən sonra əsasən hansı fyuçerslərin qiyməti arta bilər.
İlkin olaraq artım tendensiyası müşahidə edilməkdədir.
Nyu-Yorkun “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 10.35$ və ya 0.44% artaraq 1 troya unsiyası üçün 2353.05$-a, iyul ayı üzrə gümüş fyuçerslərinin qiyməti isə 1.63% bahalaşaaraq 30.317$-a qədər yüksəlib.
Qızıla yatırım edərək ticarət edənlər uzunmüddətli gəlirlərini planlayaraq ən azı 1.40 gəlir əldə edə bilərlər.
Razi Abasbəyli, iqtisadçı