Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar namizədliyimi 104 saylı Gədəbəy seçki dairəsindən irəli sürdüyümü rəsmi olaraq elan edirəm:
Cənab prezidentin Zəfər əsaslı “𝐘𝐞𝐧𝐢 𝐬𝐢𝐲𝐚𝐬𝐢 𝐯𝐢𝐳𝐲𝐨𝐧” adlandırdığımız müasir siyasi seçki xəttinə və baxışlarına daimi sədaqətlə çıxdığımız bu yolda əsas məqsədlərimizdən biri kimi yerli və regional inkişaf proqramlarına dəstək olmaqdır.
***
Ə𝐳𝐢𝐳 𝐦𝐞𝐝𝐢𝐚 𝐧𝐮̈𝐦𝐚𝐲ə𝐧𝐝ə𝐥ə𝐫𝐢 𝐯ə 𝐝ə𝐲ə𝐫𝐥𝐢 𝐡ə𝐦𝐯ə𝐭ə𝐧𝐥ə𝐫
Bu gün xalqımızın şanlı tarixində yeni bir səhifə açmaq üçün növbəti bir mərhələyə başlayırıq. Azərbaycan xalqı Qarabağın azadlığı ilə tarix yazan Prezident İlham Əliyevin rəhbərliyi altında gücünü və qürurunu dünya səhnəsində nümayiş etdirdi. Qarabağın işğaldan azad edilməsi ilə biz təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, eyni zamanda ədalət və haqq təntənəli şəkildə qalib gəldi. İlham Əliyev müasir dövrün yeganə fatehi və qalib sərkərdəsi olaraq, xalqımızın tarixində və taleyində əbədi hörmətə, dəyərə və qalıcı dəstəyə malik olmaqla bizim ölkəmizdə “Yeni siyasi vizyon” üçün növbəti addımı müəyyən etmişdir: parlament seçkiləri..
Müharibədə əldə edilən zəfər Azərbaycanın hər bir vətəndaşının ürəyində yeni ümidlər və qürur hissi yaratdı. Bu gün gənc nəslin nümayəndələri kimi, vətəndaş olaraq, bu tarixi anı yaşamaq və gələcəyimizə dair böyük ümidlərlə dolu olduğumuzu bildiririk. Qarabağ müharibəsindən sonra ilk dəfə olaraq keçirilən parlament seçkiləri, ölkəmizin yeni bir dövrə qədəm qoyduğunun əyani sübutudur. Bu seçkilər, xalqımızın birliyini və gücünü nümayiş etdirən bir zəfər seçkisi olaraq tarixə düşəcək. Prezident İlham Əliyevin siyasi komandasının təkcə müharibə meydanında deyil, siyasət və digər meydanlarda da əzm və iradə göstərdiklərini unutmamalıyıq. Biz, Azərbaycanın gənc nəsli olaraq, bu ruhu yaşatmalı və ölkəmizin inkişafı və rifahı üçün var gücümüzlə çalışmalıyıq.
Bu gün Azərbaycanın qüdrətli bir ölkə olması üçün hər bir bölgəmiz var gücü ilə İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirməlidir, eləcə də mənim təmsil olunduğum Gədəbəy rayonu. Azərbaycanın bir parçası olan Gədəbəy mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Azərbaycanın dövlətçilik tarixində mühüm xidmətləri olan Gədəbəylilərin “Yeni siyasi vizyon”-da mütləq rolu elə mütləq sədaqəti kimi də davamlı olmalıdır.
Mövcud siyasi gedişatın və aktual fikrin əsas ideyasındakı mesajlardan biri də, xalqın birliyinin və dövlətin gücünün qorunmasıdır. Bu ruhla, parlament seçkilərində iştirak etmək niyyətindəyik və xalqımızın rifahı, ölkəmizin, bölgəmizin inkişafı üçün çalışacağımızı vəd edirik. Qarabağın azadlığından ilham alaraq, Azərbaycanın daha güclü və parlaq bir gələcəyə doğru inamla irəliləməsində iştirakımızla xidmət etmək üçün səy göstərəcəyik.
Qısa şəkildə qeyd edək ki, bu seçkilər:
𝟏. 𝐈̇𝐥𝐡𝐚𝐦 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝐪ə𝐥ə𝐛ə𝐬𝐢𝐧ə 𝐱𝐚𝐥𝐪ı𝐧 𝐝ə𝐬𝐭ə𝐤 𝐬𝐞𝐜̧𝐤𝐢𝐬𝐢𝐝𝐢𝐫:
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük uğurlara imza atmışdır. Bu uğurların davam etməsi üçün xalqımızın seçkilərdə fəal iştirakı və dəstəyi mühüm əhəmiyyət kəsb edir. Xalqımızın səsi, İlham Əliyevin qələbəsinə olan dəstəyin ən böyük göstəricisidir.
𝟐. 𝐙ə𝐟ə𝐫𝐢𝐧 𝐝𝐚𝐯𝐚𝐦ı𝐝ı𝐫:
Qarabağ müharibəsində qazandığımız zəfər yalnız hərbi sahədə deyil, həm də iqtisadi, sosial və siyasi sahələrdə davam edir. Bu zəfəri daha da irəli aparmaq üçün birlik və bərabərlik içində çalışmalıyıq.
𝟑. 𝐁𝐮, 𝐈̇𝐥𝐤 𝐝ə𝐟ə 𝐨𝐥𝐚𝐫𝐚𝐪, 𝐄𝐫𝐦ə𝐧𝐢𝐬𝐭𝐚𝐧𝐝𝐚𝐧 𝐝𝐚 𝐦𝐮̈𝐬̧𝐚𝐡𝐢𝐝ə 𝐞𝐝𝐢𝐥ə𝐜ə𝐤 𝐢𝐥𝐤 𝐁𝐮̈𝐭𝐨̈𝐯 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐒𝐞𝐜̧𝐤𝐢𝐬𝐢𝐝𝐢𝐫:
Bu seçkilər, Ermənistanla münaqişənin həll olunmasından sonra ilk böyük siyasi hadisədir. Bu seçkilər, Azərbaycanın bütövlüyünün və müstəqilliyinin təntənəsi olacaq və bütün dünyada böyük bir təqdirlə müşahidə ediləcəkdir.
𝟒. 𝐏𝐫𝐞𝐳𝐢𝐝𝐞𝐧𝐭 Ə𝐥𝐢𝐲𝐞𝐯 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐘𝐞𝐧𝐢 𝐊𝐨𝐧𝐲𝐮𝐤𝐭𝐮𝐫𝐚 𝐐𝐮𝐫𝐮𝐥𝐦𝐚𝐬ı𝐧𝐝𝐚, 𝐲𝐞𝐫𝐥𝐢 ə𝐡ə𝐦𝐢𝐲𝐲ə𝐭𝐥𝐢𝐝ə𝐧 𝐝𝐚𝐡𝐚 𝐜̧𝐨𝐱 𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐯ə 𝐐𝐥𝐨𝐛𝐚𝐥 Ə𝐡ə𝐦𝐢𝐲𝐲ə𝐭𝐥𝐢 𝐒𝐞𝐜̧𝐤𝐢𝐥ə𝐫𝐝𝐢𝐫:
Prezident İlham Əliyevin rəhbərliyi altında yeni regional və qlobal siyasi konyuktura qurulmaqdadır. Bu seçkilər, yalnız yerli əhəmiyyət kəsb etmir, eyni zamanda regional və qlobal əhəmiyyətə malikdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması üçün bu seçkilər mühüm rol oynayacaq.
𝟓. “𝐁𝐨̈𝐲𝐮̈𝐤 𝐌𝐢𝐬𝐬𝐢𝐲𝐚” 𝐒𝐞𝐜̧𝐤𝐢𝐥ə𝐫𝐢:
Bu seçkilər “Böyük missiya” seçkiləridir. İlham Əliyevin böyük missiyası, Azərbaycanın inkişafını və dünya arenasında mövqeyinin gücləndirilməsini təmin etməkdir. Mən də bu missiyanın bir parçası olaraq, xalqımızın rifahı üçün çalışmaq istəyirəm.
Bundan əlavə:
𝟔. 𝐆ə𝐝ə𝐛ə𝐲 𝐁𝐨̈𝐥𝐠ə𝐬𝐢:
Gədəbəy bölgəsi həmişə qəhrəmanlıq tarixi və qəhrəmanlarla zəngin olduğu üçün müasir zəfərin də əsas əsgərləri, şahidləri və tərəfləri kimi ön planda olmuşdur. Qəhrəman gədəbəylilərin gənc nümayəndəsi olaraq xalqımızın səsini Milli Məclisdə layiqincə təmsil etmək istəyirəm.
Ona görə də, mən, Əziz Əliyev Gədəbəy 104 saylı seçki dairəsindən deputatlığa namizədliyimi rəsmi olaraq elan edirəm və xalqımızın, seçicilərimizin dəstəyini qazanmaq üçün bu yola çıxdıq.
𝐇𝐨̈𝐫𝐦ə𝐭𝐥ə, Ə𝐳𝐢𝐳 𝐍𝐨𝐯𝐫𝐮𝐳 𝐨𝐠̆𝐥𝐮 Ə𝐥𝐢𝐲𝐞𝐯