Tarix amili:
Gərginliyin məhz bu tarixlərdə baş verməsi heçdə təsadüfü deyil. Belə ki, sentyabr ayından başlayaraq Rusiyanın Ukraynada ardıcıl məğlubiyyətinin pik nöqtəsi bu 11-12 Sentyabr tarixlərində baş vermişdir. Belə bir vəziyyətdə Rusiyanın Azərbaycanla münasibətləri gərginləşdirilməsi, 2-ci cəbhənin açılmasına səbəb ola bilər. Bu baş verdikdə, Rusiyanın Cənubi Qafqazda mövqeyinə ciddi xələl gətirəcəkdir. Digər tərəfdən, 2-ci cəbhənin açılması üçün Rusiyanı əvvəlki hərbi gücü kifayət qədər deyil. Bu vəziyyət isə Rusiya üçün hal hazırki situasiyada Rusiya üçün arzuolunmazdır.

KTMT amili:
Ermənistan baş naziri Nikol Paşinyan yaranmış vəziyyət ilə bağlı təcili olaraq rəsmi şəkildə KTMT-nin müvafiq müddəasının işə salınmasına dair Rusiyaya müraciət ünvanlayıb. Lakin, KTMT-nin işə salınması aşağıdakı fəsadlara gətirəcəkdir:

  1. KTMT-nin əsas hərbi gücünü Rusiyanın hərbi kontingenti təşkil etdiyi danılmaz faktdır. Lakin, Rusiyanın Ukraynada yaşadığı çox ciddi hərbi itkiləri (texnika və şəxsi heyət baxımından) səbəbindən Rusiya hətta Ermənistanda dislokasiya olunan 102-ci hərb bazasında yerləşən bir çox hərbi texnika və şəxsi heyətini Ukraynaya döyüşlərə cəlb etdi. Bu onu göstərir ki, hal hazırda KTMT-ni işə salmaq üçün Rusiyanın kifayət qədər hərbi gücü yoxdur.
  2. KTMT-nin digər aparıcı üzvlərindən olan Qazaxıstan ilə Rusiyanın arasının ciddi şəkildə soyuması, Azərbaycan ilə isə strateji, hərbi və siyasi münasibətlərin yaxınlaşması, Qazaxıstanın KTMT tərkibində Azərbaycana qarşı çıxış etməsini mümkünsüz edir. Rəsmi şəkildə məcbur edildikdə isə, Qazaxıstan KTMT-dən çıxmaq qərarının ala bilər (bunun üçün Qazaxıstan əsaslı səbəb axtarır).
  3. KTMT-nin işə salınmaması isə, Ermənistanın KTMT-dən çıxmasına rəsmi əsas verir. Ermənistan belə bir qərar verdikdə, hərbi-siyası blokda yeni bir prezident yaratmış olur. Bu prezident isə KTMT-nin digər üzvləri üçün də təşkilatından çıxmalarına zəmin yaradır. Təşkilatdan çıxmalarına dair 2 üzvün müraciəti bu təşkilatın hərbi-siyası baxımdan gücünün heçə endirir. Təşkilatın parçalanması isə – əsasda Rusiya və Belarusiya üçün ağır zərbə olacaqdır.
  4. KTMT hərbi-siyası təşkilat kimi parçalanması və ya gücünün itirilməsi, bu təşkilata üzv olan digər ölkələri (əsas da Orta Asiya ölkələri) üçün ciddi təhlükə yaradacaqdır. Belə ki:
    1) Taliban birləşmələrindən qorunmaq məqsədi ilə Orta Asiya ölkələri mütləq şəkildə hər hansı bir nüfuzlu hərbi-siyasi təşkilatla yaxınlıq etmələri qaçılmaz olacaqdır. Bu zaman həmi regionun Rusiyanın təsir dairəsindən çıxaraq ABŞ və NATO-nun təsir dairəsinə keçmə ehtimalları artır.
    2) KTMT-nin parçalanmasına səbəbkar Ermənistan olduğu üçün Rusiya Ermənistanı cəzalandırmaq fikrinə düşə bilər. Rusiyanın qəzəbindən qorunmaq üçün Ermənistanın qərbə yönəlməsi sürətlənəcəkdir.
    3) Ermənistan, bu vəziyyətdə eyniliklə digər bir hərbi-siyasi təşkilatla yaxınlığı artıracaqdır. Beləliklə də, Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq ABŞ və NATO-nun təsir dairəsinə düşəcəkdir.
    4) Məsələ böyüyərsə, Şuşa Bəyannaməsinə əsasən Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyə dərhal məsələyə müdaxilə etməsi müşahidə olunacaq .
    Bütün bu baş verənlər Rusiyanın Cənubi Qafqazı itirməsinə gətirəcəkdir. Regionda əsas söz sahibi Azərbaycan və müttəfiqi olan Can Türkiyə olacaq. Türkiyənin vasitəsi ilə dolayısı ilə Cənubi Qafqaz ABŞ və NAT0-nun təsir dairəsinə düşəcəkdir.
    Cənubi Qafqazın itirilməsi Rusiyada siyasi böhrana yol açması ehtimalını kritik dərəcədə artırmış olacaqdır.
    Digər tərəfdən, Taliban faktoru və ondan ehtiyatlanan Orta Asiya dövlətlərinin ABŞ və NAT0-nun təsir dairəsinə düşməsi Rusiyanın Orta Asiya regionundan da çıxarılmasına səbəb olacaqdır. Bütün bunlar isə, növbəti ciddi narazılıq yaratmasını artırır.
    Eyni anda Ukrayna, Cənubi Qafqaz, Orta Asiya regionları cəbhələrində hərbi-siyası cəbhələr açılması Rusiya üçün çox ağır və altından qalxa bilməyəcək vəziyyət yaradacaqdır. Rusiyanın hegemonluğunun itirməsi Rusiya daxilində narazılıqların baş qaldırılmasına təkan verəcəkdir. Ukrayna müharibəsində Rosqvardiya şəxsi heyətinin ciddi itkilər verməsi səbəbindən yaranmış narazılıqların yatırılmasını mümkünsüz edir.

ŞOS görüşü:

15-16 Sentyabr 2022-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ŞOS çərçivəsi daxilində bir çox ölkələrin prezidentlərinin görüşləri nəzərdə tutulubdur. Rusiya prezidenti özünün hərbi-siyasi nüfuzunun və təsirinin mövcud olduğunu göstərmək məqsədi ilə bir sıra ölkələrin prezidentlərinə dəvət göndərib. Dəvət olunanlar arasında Azərbaycan Lideri İlham Əliyev cənabları və Ermənistan rəhbəri də var. Dəvətə rədd cavabı vermək Rusiya ilə bir başa konfrontasiya etmək deməkdir. Lakin, hal hazırda sərhəddə yaranmış gərginlik aşağıdakı addımlara rəsmi əsas yaradır:

  1. ŞOS tədbirində iştirak etməmək;
  2. İştirak edildiyi halda isə çox güclü mövqedən çıxış edərək Ermənistanı və onu dəstəkləyənləri Beynəlxalq siyası platformada bir daha iflasa uğratmaq. Bununla da, Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirərək Sülh Müqaviləsinin imzalanmasının və Zəngəzur dəhlizinin qaçılmaz olduğunu göstərməklə, Ermənistanı buna məcbur etmək!