Kim deputat ola bilər? Deputat olmaq, xalqın maraqlarını təmsil etmək və onların səsini qanunvericilik prosesində eşitdirmək üçün seçilmiş bir vəzifədir.
Demokratiya, insanların öz idarəçilərini sərbəst şəkildə seçməsi və dövlət işlərinə təsir göstərə bilməsi üçün əhəmiyyətli bir sistemdir. İnsan haqları, hər bir fərdin layiq olduğu bərabərlik və ədalət prinsipinə əsaslanır, hakim siyasi iradə isə bu hüquqları qorumaq və inkişaf etdirmək üçün mühüm rol oynayır. Tarix boyu deputat olmaq üçün fərdlərdən müəyyən xüsusiyyətlər tələb olunub, edilib, yox, çünki deputat olacaq şəxsdən gözlənilən tələbdən daha vacibi, onun yetişkin və gözləntilərə adekvat cavab verə biləcək hazırlığının olmasıdır. Ənənəvi olaraq, liderlik qabiliyyətləri, ədalət və dürüstlük kimi xüsusiyyətlərə malik olan şəxslər deputatlıq üçün uyğun namizədlər sayılmışdır. Əsas tələblərdən biri də xalqın etimadını qazanaraq onların maraqlarını təmsil etmək bacarığıdır. Müasir dünyada isə təhsil səviyyəsi, siyasi təcrübə və müxtəlif sahələrdə ekspertizaya sahib olmaq da deputat olmaq üçün mühüm şərtlər arasında yer alır.Hər siyasi cəmiyyətin spesifik aspektləri olduğu kimi Azərbaycanın da bu prizmadan öz yanaşmaları, keçdiyi tarixi yolu və əldə etdiyi təcrübəsi, konkret olaraq isə milli maraqları gözləmək, müdafiə etmək yolu mövcuddur. Belə ki, bizdə də deputat olmaq xalqın maraqlarını və dövlətin rifahını qorumaq üçün böyük məsuliyyət tələb edir. Bu vəzifəni uğurla yerinə yetirmək üçün mühüm xüsusiyyətlərə malik olmaq önəmlidir.
Bəs, açıq şəkildə sual versək və tarixi, sosial -siyasi realizm aspektindən təhlil edərək, soruşsaq ki, kimlər deputat ola bilər və olmalıdır:
1. Obyektiv siyasi realizmi anlayanlar
Siyasi realizm, beynəlxalq və daxili siyasətin obyektiv təhlilini təmin edir. Deputatlar ölkəsinin maraqlarını qorumaq üçün real siyasətin nə olduğunu anlamalıdır. Məsələn, Heydər Əliyev 1993-cü ildə ölkəni siyasi xaosdan çıxararaq sabitliyi bərpa etmiş, Azərbaycanı mühüm ölkələrə nəzərən strateji tərəfdaşa çevirmişdir. Xüsusilə, bir çoxları Ata Əliyevin ilkin siyasi fəaliyyət dönəmində parlament – “parle” dərsləri verdiyini tarix də özündə qızıl cümlələri ilə qeyd edib.
2. Şəxsi mənfəətini ümumi marağa qurban verə bilənlər
Deputatlar da digər məsuliyyətli nəfərlər kimi şəxsi mənfəətlərdən imtina edib, xalqın rifahını ön planda saxlamalıdır. Müasir siyasətin patriarxı İlham Əliyevin pandemiya dövründə əhalinin rifahını qorumaq üçün iqtisadi və sosial proqramlar həyata keçirərək xalqın rifahını ön planda tutması, vətən müharibəsinin qalibi olması və müasir qlobal arxitekturanın qurucusu kimi rolu onun ümumazərbaycan rolunun şəxsi mənfəətdən nə qədər uca olmasında gördüyümüzü tarix də isbat edir.
3. İctimai-siyasi proseslərə obyektiv yanaşanlar
Siyasətçilər, eləcə də deputat olmağa çalışanlar sosial və siyasi proseslərə obyektiv yanaşmalı, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını nəzərə almalıdır. Amma yüzlərlə, minlərlə siyasi romantiklərin, reallıqdan uzaq, pafos və səthi düşüncəyə, hay-küyə söykənən bəsit təfəkkür səviyyəsi siyasətin mahiyyətindən çox adına heyran olan həvəskarların ucbatından daha çox əhəmiyyət kəsb etməkdədir. Bu şəxslərin böyük əksəriyyəti uzunmüddətli daxili eqoizm xəstəliyi və sosial şəbəkənin bədbəxt etdiyi layk xəstəlikləri ucbatından uğur qazana bilməyən “qrabitellərdir”. Lakin faktlar deyir ki, bir zamanlar dövrün obyektiv siyasi realizmini ölçən Heydər Əliyev, multikulturalizmi və tolerantlığı dövlət siyasətinə çevirmiş, Azərbaycanın müxtəlif etnik və dini qruplar arasında harmoniya yaratmışdır. Təsəvvür edirsinizmi? 2024-cü ildə günün trendlərinin nə olduğunu anlamayan minlərlə siyasətçi adına iddia edən şəxs fəaliyyət göstərmək adına iddiaçı kimi görünməyə çalışır.
4. Dövlət başçısının siyasi addımlarının potensial məqsədlərini anlaya bilənlər
Deputat olmağa iddialı şəxs dövlət başçısının strategiyalarını anlamalı və bu addımların ölkə üçün faydalı olmasına nə dərəcədə töhvə verəcəyini anlamalıdır. Yəni, deputat olmağa iddialı şəxs milli maraqları ön planda tutaraq, strateji planların həyata keçirilməsi prosesində aktiv iştirak etməli və zəruri hallarda qurban verməyə hazır olmalıdırlar. Həmçinin, deputatlığa namizəd dövlətin uzunmüddətli inkişaf hədəflərinə uyğun şəkildə fəaliyyət göstərərək, xalqın rifahını artırmaq üçün çalışmalara təqdiqatçı kimi baxmağı bacarmalıdır. Bu cür şəxslər, həm xalqın etimadını qazanır, həm də ölkənin daha güclü və sabit bir gələcəyə doğru irəliləməsinə dəstək olurlar. Məsələn biz, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Qarabağ zəfərində, Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsində, eləcə də tarixi Yevlax görüşü və parlament rəhbərliyinin mühüm xarici görüşlərində bunun nə qədər əhəmiyyətli olduğunu görə bildik..Ayrıca, xalqın səsini dinləyən və anlayanlar, müxtəlif sosial qruplarla əlaqə qurma bacarığı olanlar, qanunvericilik təcrübəsinə və biliklərə sahib olanlar, etik və vicdanlı davranışa sahib olanlar, konstruktiv tənqidə açıq olanlar bu qəbildən sayılmalıdır. Şəxsən, biz bu sıraya aid edirik:
Gələcəyə yönəlik vizyon və strateji düşüncə sahiblərini
Günə, aktuallığa cavab verib, uzunmüddətli planlar və strateji düşüncə ilə ölkənin inkişafına töhfə verməyənlər bura aid ola bilməzlər. Ölkənin vizyonunda gənclik enerjisi ilə yaşıl iqtisadiyyatın, COP 29-la, güclü Azərbaycan inşasının ideyalarına yaradıcı yanaşanların yeri və rolu determinant rolunu almaqdadır.Bu keyfiyyətlərə sahib olan insanlar, deputat kimi fəaliyyət göstərərək, ölkənin və xalqın rifahını artırmaq üçün çalışaraq, Azərbaycanın siyasi liderləri, Heydər Əliyev və İlham Əliyevin siyasi kursuna keyfiyyətləri fəaliyyətləri ilə əvəzsiz töhfələr verə bilərlər.Hazırda Azərbaycan seçicisi öz “səs”ini gözləyir, vizyonu olan təmsilçisini gözləyir, hazırda Azərbaycan vətəndaşı yüksək intellektual səviyyədə olan namizədini gözləyir, hazırda Azərbaycan seçicisi seçki gözləyir ki, getsin məntəqəsinə, səsinin gücünü seçdiyi fərdlərə göstərməklə onları ölkə prezidentinin qalib siyasətinə dəstək verməyə yönləndirsin. “Kim deputat olacaq” sualının cavabı o imza və o qutudadır.
Əziz Əlibəyli