İmzatoplama kampaniyasını uğurla başa vurmaq, namizədin geniş xalq dəstəyinə sahib olduğunun və dəyərli seçicilərin ona olan inamının bariz nümunəsidir. Bu, sadəcə seçki prosesində atılan bir addım deyil, eyni zamanda Gədəbəyin inkişafı üçün mövcud şəraitdə yeni bir mərhələ vədinə inam yaratmaqdadır.
Bu kampaniya çərçivəsində, Gədəbəyin hər bir sakini, gələcək üçün olan ümidlərini və gözləntilərini imza vasitəsilə ifadə etmişdir. Vətəndaşlarımızın-seçicilərimizin komandamıza olan inamı və göstərdiyi dəstək Gədəbəyin, başqa sözlə bölgənin inkişafı üçün atılacaq addımlara olan inamınızı simvolizə edir.
Prezident İlham Əliyevin qalib siyasətini öz platformamızda əsas prinsip olaraq qəbul edir və seçicilərə bu yolda xidmət etməyi vəd edirik. Çünki bu siyasət Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş və xalqımızın qalibiyyətini təmin etmişdir.
İmzatoplama kompaniyasında Gədəbəyin və bütövlükdə bölgənin yeni siyasi viziyonda inkişafına fəaliyyəti ilə töhfə verəcəyinə ümid etdikləri namizədə seçki günü səs verməklə əziz seçicilər seçdikləri namizədi dəstəkəyəcək, gələcək üçün əhəmiyyətli qərarlar qəbul edəcəkləri bir an olacaqdır. Yeni siyasi vizyonumuz, Gədəbəyin tarixi əzəmətini daha da canlandırmaq, sosial-iqtisadi inkişafına uyğun səlahiyyət daxilində fəaliyyət göstərmək və bölgənin potensialının açılması yönündə imkanları təbliğ etməkdən ibarətdir.
İmzalarına görə Gədəbəyin hər bir seçicisinə təşəkkür etmək bizim üçün böyük bir şərəfdir. İmzatoplama kampaniyamızın uğurla tamamlanması, sizin göstərdiyiniz inam və dəstəyin bir göstəricisidir. Hər bir imza, Gədəbəyin inkişafı üçün atılacaq addımlara olan inamınızı ifadəsidir.
Biz seçicilərimizin səsi ilə formalaşdırılan bu vizyonla, onların gələcək üçün olan ümidlərini gerçəkləşdirməyi hədəfləyirik.
Ə𝐛ə𝐝𝐢 𝐬ə𝐝𝐚𝐪ə𝐭𝐥ə, 𝐆ə𝐝ə𝐛ə𝐲𝐢𝐧 𝐢𝐧𝐤𝐢ş𝐚𝐟ı 𝐯ə 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧ı𝐧 𝐩𝐚𝐫𝐥𝐚𝐪 𝐠ə𝐥ə𝐜ə𝐲𝐢 üçün 𝐛𝐢𝐫𝐠ə ç𝐚𝐥ış𝐦𝐚𝐪 ü𝐦𝐢𝐝𝐢 𝐢𝐥ə, Ə𝐳𝐢𝐳 𝐨𝐥𝐮𝐧!