Son zamanlar yaranan enerji qıtlığı səbəbindən müxtəlif ölkələrdə nüvə enerjisinə yönəlmə ehtimalları artmaqdadır. Artıq Amerika Birləşmiş Ştatlarında da mövzu ilə bağlı araşdırmalar aparılır. Aparılan araşdırmaya əsasən amerikalılar nüvə enerjisinin ABŞ-da elektrik enerjisi mənbəyi olub-olmaması mövzusunda yekdil fikrə sahib deyil. Sorğunun nəticələrinə əsasən, sualın ünvanlandığı şəxslərin 51%-i nüvə enerjisinin lehinə, 47%-i isə əleyhinədir. 2016-cı ildə aparılan tədqiqatda isə əksəriyyət (54%) nüvə enerjisinə qarşı çıxıb.

  • Yaşıl rəng – Lehinə
  • Bənövşəyi rəng – Əleyhinə

Ən son nəticələr ‘’Gallup’’-un 1-18 mart tarixləri ərzində keçirdiyi illik “Ətraf Mühit sorğusu”-na əsaslanır. Hazırda artmaqda olan neft qiymətləri nüvə enerjisinə dəstəyin 2016-cı ilə nisbətən niyə artdığını izah edə bilər. Qeyd etmək lazımdır ki, dəstəyin niyə hələ də 2009-2010 səviyyələrinə qayıtmadığı bəlli deyil.

Siyasi partiya elektoratlarının nüvə enerjisi üzrə fikir ayrılığı.

ABŞ prezidenti Cozef Baydenin nüvə enerjisini təşviq etməsinə baxmayaraq, onun seçiciləri, yəni demokratlar rəqibləri olan respublikaçılara nəzərən nüvə enerjisinə isti baxmır.

Hazırda demokratların 39%-i, respublikaçıların 60%-i və bitərəf elektoratın 53%-i nüvə enerjisinə müsbət yanaşır. Respublikaçılar və Demokratlar arasındakı 21 faizlik fərq son iki onillikdə orta hesabla eynidir.

  • Qırmız rəng – Respublikaçılar
  • Boz rəng – Bitərəflər
  • Mavi rəng – Demokratlar

Nəticə olaraq ABŞ vətəndaşları nüvə enerjisindən istifadə məsələsində fikir ayrılığı yaşamaqdadır, lakin vətəndaşlar iki ay əvvəl sorğunun keçirildiyi vaxtdan sonrakı daha yüksək qaz qiymətləri ilə qarşılaşacaqları üçün dəstəyin arta biləcəyi ehtimal olunur.