Ukraynanın əlində taktiki nüvə silahı olduğu qeyd edilir. Prinsipcə, bu. mümkündür. Qərbin xüsusilə, ABŞ Ukraynaya belə bir silah verməsi mümkündür. Bu, Rusiyanı Ukraynaya döyüş meydanında məğlub durumu fonunda taktiki nüvə silahını tətbiq edəcəyindən irəli gəlir. Çünki, Rusiya tərəfi dəfələrlə taktiki nüvə silahından istifadəni mümkünlüyünü vurğulayıb. Əgər, Rusiya taktiki nüvə silahını Ukraynada tətbiq edərsə, Qərb birbaşa Rusiyaya cavab verə bilməzdi. Ona görə də taktiki nüvə silahını məhz Ukraynaya verilib.
Təbii ki, burada ikinci fakt danışıqlarda Ukraynanın mövqeyini gücləndirməkdən ibarətdir. Demək olar ki, Ukraynanin əlində F16 təyyarələri və taktiki nüvə silahı var. Artıq, döyüşlər Rusiya ərazisinə keçib. Ukrayna Rusiyanin Kursk vilayətinidə bir neçə kəndi işğal edib.
Rusiya danışıqlar üçün ABŞ -la təmasdadır. Amma, şərtləri danışıqlarda mümkünsüz edir. Ukrayna prezidenti V. Zelenski V. Putinlə birbaşa danışıqlari ləğv edən sərəncama baxmayaraq danışıqlari mümkün hesab edib. Payız aylarında danışıqlarin Türkiyənin vasitəçiliyi ilə keçirilməsi mümkündür.
Məhəmməd Əsədullazadə, politoloq