Bir il öncə Prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Çox gecikdi bu məsələ . Xatırlayıram ki bir neçə dəfə bu qurumun yaradılmasına cəhdlər olmuşdu.
Hansısa səbəblərdən bunu o zamanlar reallaşdırmaq mümkün olmamışdı.
Artıq belə bir vacib təsisat formalaşıb.
Ötən ay ölkəmizin kiber mühitində qurumla bağlı diqqətçəkən bir görüş olub. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ölkədə fəaliyyət göstərən bütün bankların nümayəndələri ilə görüş keçirmişdi.
Görüş təsadüfi deyildi, regionda və bütün dünyada olduğu kimi , ölkəmizdə də kibersahədə, xüsisilə də bank kartları ilə əlaqəli kibercinayətlərin sayının xeyli artdığı müşahidə olunurdu.
Bu görüşün də məhz maliyyə-bank sektorunda kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə baş tutudğu bildirilirdi.
Açıqlanan məlumatlardan görünür ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Mərkəzi Bank arasında kibertalamalara qarşı birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və profilaktika işləri üçün İşçi Qrup yaradılıb.
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi ?

Ümumiyyətlə, son zamanlar DİN tərəfindən açıqlanan məlumatlardan da hiss olunur ki, bank sektorunda kibercinayətkarlığa qarşı, bank kartlarının kibertalanmasına qarşı tədbirlər gücləndirilib. Kiberdələduzluqla bağlı məsuliyyətə cəlb olunanların sayı hiss olunacaq dərəcədə artıb.
DİN-in məlumatlarında adətən hansı qurum tərəfindən əməliyyat aparılması qeyd olunmasa da, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin formalaşması artıq özünü göstərir.
Kibermaarifləndirmə sahəsində də vətəndaşların rəqəmsal savadlılığını gücləndirən bu qurumdan daha faydalı resurslar, statistikalar, ən yeni kiber dələduzluq ssenariləri haqqında vətəndaşları xəbərdar edən bilgilər gözləyirik.
Bu sitiqamətdə e-Polis mobil tətbiqindən də faydalanmaq, məhz bu istiqamət üzrə qaynar xətt formalaşdırmaq, vətəndaş cəmiyyəti, internet ictimaiyyəti və sahə üzrə ekspertlərlə, sahə üzrə kadrlar hazırlayan Universitetlərlə əlaqələri gücləndirmək də faydalı olardı.
Reallıq odur ki, kibercinayətkar həmişə polisdən bir addım öndə olmağa çalışır. Onlar daha yeni texnoligiyaları mənimsəməklə kiberdələduzluğa başlayırlar.
Statistikalara baxsaq görərik ki kiberdələduzların son istifadə etdiyi texnologiyalar artıq süni intellektə söykənir.
Süni intellekt “dipfeyk kiberdələduzların” da imkanlarını genişləndirir. Süni intellekt vasitəsilə kiminsə adından yaradılan, onun tam eynisi olan videozəng görüntülüəri və danışıqları vasitəsilə həyata keçirilən cinayətkarlığın statistikası, necə deyərlər “sintetik identifikasiya əsaslı kiberdələduzluğun” statisikiası son iki ilə hədsiz artıb.
Mübarizə nə qədər gücləndirilsə də qarşıdakı illərdə bu istiqamətdə kibervcinayətkarlığın dünyada daha da artacağı proqnozlaşdırılır.
Bizim Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu texnologiyalardan istifadə edərək cinayət edənlərin qarşısnı ala biləcəkmi?
Əlbəttə, yeni formalaşn qurum üşün çətin olacaq. Bizim kiberpolis üçün də süni intellekt texnologiyası ilə silahlanmış cinayətkardan bir addım qabaqda olmaq asan başa gəlməyəcək.
Bu sektorda cinayətkarla mübarizə aparanların üzərinə, real dünyada cinayətkarlarla “vuruşanlardan” daha çox ağırlıq düşür. Necə deyərlər, polis kimi formada olmaqla bərabər, həmişə “rəqəmsal” formada olmaq lazım gəlir.
Ümid edirəm bir il öncə yaradılan Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sektorda fəaliyyət göstərən yerli və beynəlxalq tərəfdaşlarla birgə qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək.

Osman Gündüz, İKT eksperti