Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Əliyevə zəng etməklə Azərbaycan-Rusiya geosiyasi karyerasının gedə biləcəyi yerləri dəqiqləşdirir. Rusiya Ermənistanla bağlı əldə etdiyi və ya elə göstərməyə çalışdığı heyranedici kəşfiyyat məlumatlarını Azərbaycanla bölüşməyi zəruri hesab edir və bununla Moskva iki məsələni prioritetləşdirir:

Rusiya Azərbaycan üzərindən Ermənistana siqnallar ötürməklə Moskvanın regiondakı ambisiyalarını Qərbin sıxışdırılması tendensiyası ilə tutuşdurmağa çalışır,

– Rusiya regional kommunikasiyaların açılması məsələsinin təzyiq yoxsa siyasi yolla həllini yoxlayıb nəticələri buradan yola çıxaraq təmin etmək istəyir. Putinlə Əliyevin telefon danışığında Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin (Zəngəzur dəhlizi) açılması ilə bağlı fikir mübadiləsi aparılması məsələnin Bakı-Moskva xəttində ağırlıq təşkil edən mövzu kimi diqqətdə saxlanılması deməkdir. Bu, əsasən üç məsələni aktuallaşdırır:

– Cənubi Qafqazda İranın Zəngəzur dəhlizinə maneə yaratması risklərinin qalması Rusiyanın Tehranla danışıqlar masasını hədsiz canlandırmasına təkan verir,

– Regionda Rusiya ilə Qərb arasında geosiyasi maxinasiya qurmaq üçün apardığı rəqabət Azərbaycanı düzgün strateji qərarlar verməyə məcbur edir,

– Bunlar, Ermənistanın silahlanmaqla regionun mərkəzi səhnəsinə çıxmağa hazırlaşdırılması fonunda aşkar şəkildə görünəcək.

NƏTİCƏ

Əliyevlə Putinin telefon danışığı Azərbaycan-Rusiya müzakirə siyahılarında Zəngəzur dəhlizi prioritetlərinin ön sırada dayandığını göstərir.

Burada Kreml Azərbaycan-Ermənistan sülh gündəliyində etibarlı vasitəçi qismində görünmək istəsə də, bu, Bakı tərəfindən yüksək profilli nəticə kimi qiymətləndirilmir.

Ancaq nəticədə Azərbaycan-Rusiya danışıqlarındakı “Zəngəzur atmosferi” Ermənistanın onsuz da məhdud seçim imkanlarını aradan qaldırır və Bakının şərtləri əsasında İrəvanın güzəştə getməsi üçün təzyiqlər yaradır.

Prosesin sülh danışıqları və ya güc tətbiqi ilə reallaşması isə ən çox Ermənistanın güzəşt kodeksinə hansı dərəcədə əməl edib-etməyəcəyindən asılıdır.

Aqşin Kərimov, siyasi şərhçi