Məlum olduğu kimi, bu il Azərbaycan Respublikasında COP29 tədbiri keçiriləcək. Noyabrın 11-dən keçirilməsi planlaşdırılırdı. COP-29 konfransı 1995-ci ildən başalyan və əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə 29-cu konfransıdır. Ötən il 28-ci konfrans isə Birləşmiş Ərəb Əmirliklərdə baş tutmuşdur.
Şübhəsiz ki, bu konfransın məqsədi, iqlim dəyişikliyinin idarə olunması, iqlim dəyişikliyinin qarşısının alınması və ekologiyanın qorunmasına gətirib çıxaran ən mühüm tədbirlərdən biri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugün uğrumuzda həlledici rol oynayır. Onu da qeyd etmək lazımdır ki, COP-29 tədbirinin keçirilməsi məqsədilə Azərbaycana təxminən 198 ölkə nümayəndələrinin gələcəyi vurğulanmışdı və bu nümayəndələrin Azərbaycan Respublikası ərazisində yüksək səviyyədə qarşılanması və onların müəyyən müddət Azərbaycan Respublikası ərazisində qalması üçün xeyli tədbirlər həyata keçirilib və onlar üçün ən rahat yaşayış yerləri yaradılmışdır. Bütün qeyd edilənləri nəzərə alaraq demək olar ki, COP-29 tədbirinin Azərbaycan Respubikası üçün olan faydaları danılmazdır.
Son illər ərzində təkcə ölkəmizdə deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində və regionlarında şirin su ehtiyatlarının azalması, çayların quruması, meşə təsərrüfatlarının məhv olması, səhralaşma prosesinin sürətlənməsi, qlobal istiləşmənin 1,5 dərəcə artması da dünyanı gözləyən ciddi problemlərdən xəbər verir. Bu mələlərin həlli, yeni texnoloji imkanlardan daha geniş istifadə üçün müzakirələrin aparılması üçün COP-29 konfransının önəmini xüsusilə qeyd etmək mümkündür.
Əlbəttə ki, keçrilməsi nəzərdə tutulan COP-29 konfransının Azərbaycan üçün faydaları müəyyən sahədə, xüsusilə də, iqtisadi-sosial, siyasi, mədəni xüsusəndə ekoloji sahədə öz faydalarını verəcəyinə böyük inam var. Eyni zamanda inanırıq ki, iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alınmasına gətirib çıxaran tədbirlərdən biri olacaq.
Nəticə olaraq qeyd etmək mümkündür ki, COP-29 konfransı yalnızca ölkəmiz üçün deyil, eyni zamanda dünyanın əsas diqqət mərkəzində olan, qlobal istiləşmənin, ekoloji fəlakətlərin, sürətli çirklənmənin acı nəticələrinin qarşısını almaq istəyən digər ölkələr üçün vacib əhəmiyyətə malik tribuna olacağı və məsələlərin həll ediləcəyi sammit kimi qiymətləndirilir.
Hesab edirəm ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması, həm ölkəmizin beynəlxalq imici baxımında, həm turizm potensialını nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malik olduğunu qeyd edə bilərik.
Vahidli Xədicə
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi