Tarixən Türkiyənin Cənubi Qafqaz siyasətinə aşkar marağı olmuşdur. Sovet ittifaqının dağılması,Türkiyənin xarici siyasətində Cənubi Qafqaz strategiyasının yaradılmasının əsasını qoydu. Cənubi Qafqaz dövlətləri içərisində Azərbaycan həm enerji, həm də təhlükəsizlik baxımından Türkiyə üçün perspektivə çevrilmişdir.
1991-ci il 18 oktyabr Azərbaycanın Dövlət müstəqilliyini elan etdikdən qısa müddət sonra, 1991-ci ilin 9 noyabr tarixində Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyaraq diplomatik nümayəndəliklərin funksiyasıyalarını geniş miqyasda yerinə yetirilməsinə, rəsmi və qeyri-rəsmi beynəlxalq təşkilatlarda təmsil edilməsinə yardımçı olmuşdur.
Dağlıq Qarabağ münaqişəsində konkret olaraq Azərbaycan mövqeyində çıxış etmiş, 2-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi üçün hərbi, siyasi, mənəvi gücünü ortaya qoymuşdu.
Cənubi Qafqaz dövlətlərinin yeni müstəqillik çağında Türkiyə Azərbaycan münasibətlərinə gəlincə isə, onu qeyd etmək olar ki, SSRİ-nin süqutu nəticəsində Cənubi Qafqaz regionunda Azərbaycan, Ermənistan, Gürcüstan, respublikaları yeniden dövlət müstəqilliklərini bərpa etdi. Dövlətlər arasında regionda üstünlük üzərində rəqabət başladı. Türkiyə bu rəqabətdə öz yerini almışdır. Rəqabətim əsas səbəblərindən biri Xəzər dənizinin enerji ehtiyatları olmuşdur. Xəzər denizinə birbaşa çıxışı olan Azərbaycan həmdə coğrafi strateji üstünlüyü sayəsində Türkiyənin xarici siyasətində ki, əsas amilə çevrilmişdir. Bakı Tiblisi Ceyhan boru xettinin çəkilməsi, Azərbaycan neftinin Ceyhan limanından dünya bazarına çatdırılmasında uğurlu başlanğıc olmuşdur.
Dağlıq Qarabağ münaqişəsi əsnasında Türkiyə birbaşa Azərbaycanın maraqlarını müdafiə etmiş ərazi bütövlüyünü qoruması üçün lazımi siyasi addımlar atmışdır. Hətta Ermənistanla olan mədəni əlaqələrini sonlandırmışdır.
Yaxın keçmişdə Türkiyənin Azərbaycana siyasi mövqeyinin qardaşlıq səciyyəsi daşımasının arxasında dayanan səbəblər sırasında Azərbaycan Respublikası müstəqilliyini elan etdiyi vaxtdan etibarən 2-ci Qarabağ müharibəsidə daxil olmaqla bu günə qədər Türkiyə açıq şəkildə Azərbaycanın siyasətini dəstəkləmişdir. Müharibədən əvvəlki, müharibə dövrü və müharibədən sonrakı, dövründə də Türkiyə hərbi-texnoloji və silah-sursat, mənəvi, siyasi baxımdan Azərbaycanı dəstəkləmişdir.
Nəticəyə gəlincə isə, qeyd etmək yerinə düşər ki, 1990-cı ildə SSRİ-dən ayrılaraq müstəqilliklərini yenidən bərpa edən dövlətlərin dünya siyasi arenasında tanınması proseslərini, Dağlıq Qarabağ münaqişəsi əsnasında Türkiyənin, Ermənistan və onun havadarlarına göstərdiyi siyasi münasibətləri Cənubi Qafqazda Azərbaycanın coğrafi strateji üstünlüyü layiqincə dəyərləndirməsi və bunu açıq şəkildə bildirməsi göstərir ki, Türkiyənin Cənubi Qafqazda Azərbaycana meyli güclüdür. Əlbəttə ki, burada tarixi kök ve etnik amillər bu meylin daha da güclənməsində əsas rol oynayır .
Dənyarlı Turan
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi