İran mediası Azərbaycanın Yevlaxda yerləşdirdiyi silahlarla bağlı xəbər yayıb ki, İsrail dronlari İran sərhədindən 125 km məsafədə bazaya verilib.

İndi bunu İran üçün hərbi təhlükəsizlik məsələsi hesab edirlər. LiveUmapda kiçik bir ölçmə apardıqdan sonra görmək olar ki, Yevlaxdan Xankəndinə 97 km, Basarkeçərə isə 107 km təşkil edir. Yəni bu dronlar kimin üçün mövqe alıb, məlumdur. Gələk məsələnin ikinci hissəsinə…

İranın Azərbaycanla sərhədində nə var?

“Din qardaşımız” Azərbaycanla sərhəd boyunca (şəkildə 2, 22 və 32 saylı ordu növləri) hərbi aviasiya, taktiki zərbə bazaları, radar qurğuları, hərbi dəniz qüvvələri, dəniz aviasiyası və s. yerləşdirib.

Nəhayət, Ənzəlidən bizim Astaraya 120 km (125 yox, a), Təbrizdən Cəbrayıla 90 km, Urmiyadan Naxçıvana 158 km təşkil edir.

Əziz Əlibəyli