Hazırda qitədə – Avropada və Yaxın Şərqdə müharibələr bir növ “generalnıy məşqdir”.
Tutaq ki, Rusiya -Ukrayna müharibəsində, İsrail də ərəblərlə savaşı uddu, bunun dünyada regional müstəvidən başqa heç bir rolu olası deyil.Rusiya belə hazırda qlobal yox, regional güc vəziyyətinə qalıb.Ya da müharibələr quruda gedirsə, bunun heç bir qlobal təsiri qalmayıb. Quru səthinin resursu, həcmi və ya strateji mövqeyi o qədər də qalmayıb.Amma indi məlum olur ki, bütün quru savaşların son nöqtəsi – və ya hazırda həlledici nöqtəsi Çinlə savaşda olmalıdır, yəni ki, açığı Sakit Okeanda – . İndi kimin sifarişidir ki,”Cənubi Koreya administrasiyasının məlumatına görə, Şimali Koreya ordusu Cənubi Koreyaya birləşdirən yolları və körpüləri partlatmağa hazırlaşır”. Koreyada savaş baş verərsə, bu nə Ukraynaya, nə də Fələstinə bənzəyəcək.Çininin hegemoniya savaşında verəcəyi ilk qlobal hərbi sınaq bu olacaq.Sakit Okean bir xəzinədir, sahəsi, mövqeyi resursu, qiyməti – tükənən quruda cəlbedici okeaniya üçün kim vuruşmaz ki…Hələ bölgədə Cənubi Koreya, Yaponiya kimi hərbi baxımından dünyanın TOP 10-luğunda olan ölkələr var.