İsrail-Hizbullah münaqişəsi İsrail və Hizbullah arasında baş verən münaqişədir. İsrail və Livanın Hizbullah silahlı qruplaşması arasında 8 oktyabr 2023-cü ildən bəri İsrail-Livan sərhədində və İsrailin işğal etdiyi Colan təpələrində zərbələr mübadiləsi aparılır.
İsrail və radikal şiə qruplaşması olan Hizbullah hərəkatı arasında 2006-cı ildən bəri baş verən ən gərgin qarşıdurma Yaxın Şərqdə mürəkkəb vəziyyət yaradıb. Hazırkı vəziyyətdə diplomatik səylər bu münaqişənin qarşısını almaq üçün vacibdir, müharibə riski mövcuddur və diqqətlə izlənməlidir.
Burada vacıb məqam məhz gərginliyin öz miqyasına görə geniş coğrafiyanı əhatə edə bilməsidir ki, onu Rusiya-Ukrayna müharibəsindən fərqləndirən ən vacib cəhət budur.
İsrailin qonşu ərəb dövlətləri ilə olan tarixi gərginliyi də Yaxın Şərqdə gərginliyin artmasına töhfə verir. Son illərdə bəzi ərəb dövlətləri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, İsrail ilə münasibətləri normallaşdırmaq üçün addımlar atsa da, İran və onun müttəfiqləri bu prosesə qarşı çıxırlar. Ərəb ölkələri arasında geosiyasi rəqabət Yaxın Şərqin regional dinamikalarını formalaşdıran əsas faktorlardan biridir. Bu rəqabət müxtəlif siyasi, iqtisadi, dini və ideoloji fərqliliklərdən qaynaqlanır və regionun güc balansını, həmçinin qlobal güclərin Yaxın Şərqdəki siyasətlərini birbaşa təsir altına alır. Əsasən Səudiyyə Ərəbistanı və İran arasında liderlik uğrunda rəqabət fonunda baş versə də, digər ərəb ölkələri də öz maraqlarını qorumaq və güclərini artırmaq üçün müxtəlif addımlar atırlar. Ərəb ölkələri arasında geosiyasi rəqabət Yaxın Şərqin regional dinamikalarını formalaşdıran əsas faktorlardan biridir. Bu rəqabət müxtəlif siyasi, iqtisadi, dini və ideoloji fərqliliklərdən qaynaqlanır və regionun güc balansını, həmçinin qlobal güclərin Yaxın Şərqdəki siyasətlərini birbaşa təsir altına alır. Əsasən Səudiyyə Ərəbistanı və İran arasında liderlik uğrunda rəqabət fonunda baş versə də, digər ərəb ölkələri də öz maraqlarını qorumaq və güclərini artırmaq üçün müxtəlif addımlar atırlar.
Son günlər və saatlar ərzində Yaxın Şərqdən bir-birindən sensasiyalı xəbərlər gəlir. Belə ki, regionda milli-etnik zəmində silahlı qarşıdurmanın coğrafiyası və miqyası genişlənir. Son 1 il ərzində İsrail ordusu əsasən birbaşa Qəzzada HƏMAS yaraqlıları ilə döyüşürdüsə, artıq quru hərbi əməliyyatlar Livanın ərazisinə keçib.
Xatırladaq ki, 15 gün əvvəl, yəni sentyabrın 27-də “Hizbullah”ın rəhbəri Həsən Nəsrullah və qurumun cənub cəbhəsinin komandiri Əli Karki “məhv edilib”. İsrailin döyüş təyyarələri “Hizbullah” liderinin Beyrutdakı qərargahını hədəf alaraq ora son dərəcə güclü hava zərbələri endirib.
İsrail ordusu, demək olar ki, artıq bir neçə istiqamətdə döyüşlər aparır. 3 gündür ki, Yəməndə husilərin hədəflərinə zərbələr endirilir. “Reuters”in bildirdiyinə görə, İsrailin onlarla qırıcı təyyarəsi Yəmənin Ras İsada və Hodeyda limanlarına hücum edib. Zərbələr Hodeyda liman şəhərində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Reallıq i budur ki, Türkiyədən başqa heç bir dövlət Yaxın Şərqdə sülh üçün ciddi bir iş görmür, yaxud görmək istəmir. Regionda baş verən proseslərin nəticələri yeni dünya düzəninə böyük təsir göstərə bilər. Hələllik bu istiqamətdə tektonik siyasi proseslər gedir.
Bəli, son günlər Yaxın Şərqdə vəziyyət kritik səviyyədə pisləşib. Qəzzada da döyüşlər səngimək bilmir. ABŞ, Qətər və Misir vasitəçilərinin İsrail və HƏMAS arasında atəşkəsə nail olunması məqsədilə aylardır danışıqlar aparmasına baxmayaraq, real nəticə əldə edilmir. Bir sözlə, Yaxın Şərq od içindədir.
Həsənov Nəbati
Azərbaycan Universiteti