Türk-erməni münasibətləri Türklərin 11 ci yüzilliyin də Anadoluya köç etmələriylə başlamış çox keçmiş bir münasibətdir. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, Cənubi Qafqaz da sülh stabillik baximindan mühüm bir addımdır. Tarixi münaqişələr, etnik gərginliklər və regional dinamikalar bu münasibətlərin formalaşmasinda əhəmiyyətli rol oynayır.

Türkiyə və Ermənistan arasındakı münasibətlər XX əsrin əvvəllərindəki hadisələrdən təsirlənmişdir. 1915-ci ildə başlayan hadisələr, iki ölkə arasında böyuk bir problem yaratmışdır.

1915-ci il hadisələri, Türkiyənin Ermənistanla münasibətlərində mühüm rol oynayır və mərkəzi bir yer tutur. Bu məsələyə yanaşma, siyasi və ictimai müzakirələr də fərqli baxışların ortaya çixmasina səbəb olur. Ermənistan, bu hadisələri soyqırım olaraq qəbul edir və bunun tanınmasını tələb edir. 1991-ci ildən sonra Ermənistan müstəqillik qazandıqdan sonra, Türkiyə Ermənistanla sərhədləri bağladı, bu da iki dövlət arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb oldu.Türkiyə Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki rolu və regionda sabitliyin təmin edilməsi baxımından Ermənistanla münasibətlərin normallaşdırılmasını vacib hesab edir. Türkiyənin Azərbaycana dəstəyi, Ermənistan tərəfindən mənfi qiymətləndirilir. Bu Türkiyə ile gərginliyin əsas səbəbidir. Ermənistan Respublikası ile Türkiyə arasındaki münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaq bağlıdır.

Son dövrlərdə regionda baş verən dəyişikliklər xüsusile Dağlıq Qarabağ münaqişəsi çərçivəsində atılan addımlar iki ölkə arasında yeni bir dialoq üçün imkanlar yaratmışdır. Həm Türkiyə həm də Ermənistan, regional əməkdaşlığın vacibliyini vurğulayır.

Mənim fikrimcə sərhədlərin açılması və iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı anlaşma və etimadın artırılması önəmlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda sabitliyin bərqərar olması, regional münaqişələrin azaldılması Türkiyə Ermənistan arasında Diplomatik münasibətlərin qurulması bu hallar da reallaşa bilər.

Türkiyə – Ermənistan münasibətlərinin normallaşması, yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir. Münaqişələrin aradan qaldırılması, iqtisadi əməkdaşlığın artırılması və sülhün təminat edilməsi üçün diplomatik münasibətlərin inkişaf etdirilməsi zəruridir. Gələcək də bu münasibətlərin daha da irəliləməsi üçün qarşılıqlı etimadın yaradılması və dialoqun davam etdirilməsi önəmlidir.

Əskərova Şərəfnaz

Azərbaycan Universiteti