- Amerikalılar niyə hələ də işlərini tərk edirlər? COVID-19 pandemiyası dünyanın hər yerindən bir çox insanı pandemiyadan əvvəl qəbul etdikləri şərtlərə dözmək istəyib-istəmədiklərini yenidən qiymətləndirməyə vadar etdi.2022-ci ilin iyul ayında 4.18 milyon amerikalı işini tərk edib və bir çox işəgötürən, xüsusən də aşağı maaşlı sektorlarda vakansiyaları doldurmaqda çətinlik çəkib. İşini tərk edən amerikalıların sayı hələ də tarixən yüksək olsa da, lakin bu, yavaşlama əlamətləri göstərmir.
- Müharibədən altı ay sonra Rusiya iqtisadiyyatının vəziyyəti. Rusiya altı ay əvvəl Ukraynanı işğal edəndə Qərb sərt iqtisadi sanksiyalarla cavab verdi. Rusiya iqtisadiyyatının bu il 12% daralacağı ilə bağlı proqnozlara baxmayaraq, İqtisadiyyat Nazirliyi hazırda 4.2% daralma proqnozlaşdırmaqdadır. Statistikaya görə, işsizlik səviyyəsi iyun ayında 3.9% təşkil edib ki, bu da statistikanın 1992-ci ildə bu rəqəmi dərc etməsindən bəri ən aşağı göstəricidir. Prezident Putin həmçinin inflyasiyanın təsirlərini yumşaltmaq üçün pensiya və minimum əmək haqqının 10% artırılmasına göstəriş verib. Fövqəladə kapital nəzarəti bu il rubla 25%-dən çox dəstək verdi və onu 2022-ci ildə indiyə qədər dünyanın ən yaxşı performans göstərən valyutası etdi.
- Mərkəzi bankın rəqəmsal valyutaları. Rəqəmsal valyutaların mənimsənilməsi nağd puldan uzaqlaşan qlobal dəyişikliyi əks etdirir. Atlantik Şura pulu daha asan və təhlükəsiz etməklə, CBDC-lərin potensial olaraq maliyyə inklüzivliyini yaxşılaşdıra biləcəyini iddia edir. Hazırda 100-dən çox ölkə CBDC-lər üzərində çalışır ki, artıq on ölkə bu sahədə praktiki fəaliyyətə başlayıb. Yamayka bu il JAM-DEX adlı rəqəmsal valyutasını təqdim etdi və Atlantik Şuranın CBDC izləyici alətinə görə, nağd pulun dəyişdirilməsi, saxlanması və idarə edilməsi üçün ildə təxminən 7 milyon dollar qənaət edə bilər.
- Amerikalıların tələbə borcu 1,75 trilyon dollardır. Federal Ehtiyat Sisteminin məlumatına görə, 2021-ci ilin sonunda Birləşmiş Ştatlarda ödənilməmiş tələbə borcunun səviyyəsi 1.75 trilyon dollar təşkil edib. Bununla belə, ABŞ prezidenti Co Bayden milyonlarla amerikalı üçün 10.000 ABŞ dolları, həmçinin aşağı gəlirli tələbələr üçün isə 20.000 dollara qədər tələbə borcunu ləğv etməyə hazırlaşır. Qanunvericilərin bu ilin əvvəlində prezidentə göndərdiyi məktubda isə belə qeyd edilirdi: “Tələbə borcunun ləğvi irqi və iqtisadi bərabərlik problemlərini həll etməyin ən güclü yollarından biridir”.
- İnflyasiya: gələcək illərdə 2%-dən aşağı düşmə ehtimalı çox azdır. Böyük Britaniya və Avrozona son bir neçə ayda rekord inflyasiya artımı ilə üzləşib. İngiltərədə qiymətlər iyul ayında bir il əvvəlki ilə müqayisədə 10.1% artıb. İngiltərə Bankı inflyasiyanın ilin sonunda 13%-i keçəcəyini və yalnız iki il ərzində 2%-lik hədəf səviyyəsinə qayıdacağını proqnozlaşdırır.
İqtisadçı, Pünhan Musayev.